_______________
Milli Kitabxana______________
7
terminlər mənimsəyib istifadə edirlər. Ən çox istifadə olunan
belə terminlərə misal olaraq aşağıdakıları göstərmək olar:
1.
İrq – antropoloji termin olmaqla, mənşə etibarilə
qohum olan insanların müəyyən bir qrupunu ifadə edir. Tarixən
konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki
əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan
qruplarına
irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki
əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf
fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması
prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması yuxarı
paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin
ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki
əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya
xalqalrına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas
irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid.
Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial
irqindən avstraloid irqinin ayrılması tövsiyyə olunur. İrqləşmə,
yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin
dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada
adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər
həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan
qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi
əlaqələri nəticəsində
dəyişikliyə
məruz qalmış
və
yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını
antropoloji tip adlandırırlar.
Dostları ilə paylaş: