Microsoft Word rasim isguzar etiket docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix29.12.2021
ölçüsü0,52 Mb.
#48707
1   ...   9   10   11   12   13   14   15   16   ...   43
sheyx rasim

Səlahiyyətin ötürülməsinə imkanlarını arayın. Hər bir menecer səlahiyyət-

lərin  ötürülməsi  imkanlarını  axtarmalıdır,  lakin  səlahiyyətin  həddən  artıq  ötü-

rülməsi  də  işçilərdə  belə  hiss  yaradır  ki,  menecer  öz  vəzifələrini  yerinə 

yetirməkdən qaçır. 



Öz  hakimiyyətinizin  həddini  düzgün  müəyyən  edin.  Siz  ancaq  öz 

malikolduğunuz  səlahiyyətləri  başqasına  ötürə  bilərsiniz.  Buna  görə  də 

özhakimiyyət funksiyalarınızın həddini dəqiq bilməyə çalışın. 

İ

nsan  mürəkkəb  və  təlabatları  sonsuz  məxluq  olduğundan  rəhbər  şəxsiyyəti 



maksimum  anlamağa  çalışmalı,  onun  maraq  və  ehtiyaclarını  nəzərə  almalıdır. 

Neqativ  möhkəmlətmə  hakimiyyət  verilmiş  adamlar  tərəfindən  çoxdan  istifadə 




31 

 

olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır 



ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarda deyildiyi kimi insan 

tam  gücü  ilə  kötək  altında  deyil,  ona  real  qazanc  əldə  etmək  imkanı  olduqda 

işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan 

düşür. 


İ

nsanın əmək fəaliyyətinin müsbət cəhətlərini üzə çıxarıb onu həvəsləndirmək 

və  hər  cürə  müdafiə  etmək  daha  doğru  üsuldur.  Bu  halda  rəhbər  işçinin  işə  can 

yandırmasını müəyyən etməyə və mükafatlandırmaya xüsusi əmək sərf edir. 

Bu cür həvəsləndirmənin ən mühüm növləri aşağıdakılardır: 

- yaxşı işi qeyd etmək: 

- tərifləmək: 

- sizdə olan informasiyanı verməyə hazır olmaq: 

- başqalarına nümunə kimi yaxşı işi göstərmək : 

- uyğun pul mükafatları vermək: 

- xidməti vəzifədə irəli çəkmək : 

- firma xaricində də insanın işini qiymətləndirmək: 

- əlavə mükafatları artırmaq. 

İş

çilərlə  rəhbər  arasında  əks  əlaqənin  olmaması,  ona  səbəb  olur  ki,  öz  işinə 



heç  bir  reaksiya  hiss  etməyən  işçinin  əli  işdən  soyuyur.  Rəhbərlə  işçi  arasında 

gündəlik qarşılıqlı münasibət mükafatlandırma ilə sıx bağlıdır. Menecer tərəfindən 

hansı  mükafatın  seçilməsi  işçinin  sabit,  sürətli  və  məhsuldar  işləməsindən  çox 

asılıdır. 

Beləliklə,  ən  yaxşı  rəhbərlik  üsulu  sərbəst  fikir  mübadiləsi  və  qarşılıqlı 

mübadiləyə əsaslanan münasibətlərin yaradılmasıdır. Buna nail olmaq üçün rəhbər 

daim  adamlarla  ünsiyyətə  can  atmalı,  onları  qiymətləndirdiyini  nümayiş 

etdirməlidir. Dediklərimizin hamısı sizin həqiqi hisslərinizə əsaslanmışdır. Belə ki, 

fırıldaq,  yaxud  yalan  qarşılıqlı  münasibətləri  pozur.  Siz  bütün  çətinliklərə 

baxmayaraq  reallığa  uyğun  olaraq  qarşılıqlı  münasibətləri  yaxşılaşdırmağa 

çalışmalısınız. 



32 

 

«Çətin  işçilər»,  «çətin  uşaqlar»  kimi  sözlərlə  tez-tez  rastlaşırıq.  Yadda 



saxlamaq  lazımdır  ki,  hər  şeydə  olduğu  kimi  insan  münasibətləri  də  iki  tərəfli 

prosesdir. Yəni sizin «çətin» hesab etdiyiniz işçi öz növbəsində sizi «çətin» hesab 

edə  bilər.  Çətin  qarşılıqlı  münasibətləri  aydınlaşdırsanız siz hər  ikinizə təsir  edən 

hərəkətlərinizi müəyyən edə bilərsiniz. 

Tabelikdəçi  işçi  ilə  münasibətlərin  formalaşmasında  öz  payınızı 

qiymətləndirmək üçün iki vasitə var: 

a) ətrafdakılarla əks əlaqəni yaratmaq 

b) öz qiymətli fikir və ideyalarınızı bəyan etmək 

Bunlar heç də sadə iş deyil, buda öz üzərində müəyyən qədər işləməyi tələb 

edir. 


Ə

trafdakıların  reaksiyası  sizə  mühüm  informasiya  verir,  çünki  kənardan  hər 

ş

ey daha yaxşı görünür. Lakin onların reaksiyası yalnız şəxsi fikirləri olduğundan 



tam həqiqət deyil. Subyektliliyi aradan qaldırmağa çalışın: 

1. Birbaşa ətrafdakıların fikirini soruşun. 

2.  Ətrafdakılara  hirsləndiyinizi,  incidiyinizi  və  paxıllıq  etdiyinizi  biruzə 

verməyin. 

3.Sərbəst  fikir  və  informasiya  mübadiləsinə  imkan  verən  şərait  yaratmağa 

çalışın. 

4.Sizdən xahiş edirlərsə, ətrafdakılarla fikrinizi bölüşdürün. 

5.Ətrafdakıların dediyi sözün təsirinə uyğun zahiri effekt nümayiş etdirməyə 

çalışın. 

Siz ətrafdakıları fikir mübadiləsinə dəvət etməklə əks əlaqələr qura bilərsiniz. 

Bu  da  sizin  onlara  necə  təsir  etdiyinizi  öyrənmək  üçün  sizə  imkan  yaradır.  Özü 

haqda  daha  çox  öyrənməyin  bir  vasitəsi  də  öz  fikir  və  baxışlarını  açıqlamaqdır. 

Çox  vaxt  daxili  «mənlik»  rasional  ictimai  «mənlikdən»  çox  fərqlənir.  Öz 

mövqeyinizi  lizah  edib  başa  salmaq  yolları  asan  olmur.  Bu  işdə  aşağıdakı 

göstərişləri əldə rəhbər tutmaq lazımdır. 



33 

 

2.



  Öz dəyərləriniz və münasibətləriniz üzərində işləmək üçün şərait yaradın. 

Bu işdə qoy sizə yaxınlarınız və dostlarınız kömək etsinlər. 

3.

  Öz hisslərinizi ifadə etməyə hazır olun (deyilənlər bir-birinin ziddinə olsa 



belə). 

3.

  Öz baxışlarınızı (fikirlərinizi) yazmağa çalışın. 



4.

  Öz  hərəkətlərinizi  öyrənmə  prosesində  ətrafdakıların  fikirləri  sizi 

həyacanlandırmasın, sizin məqsədiniz - özünüzü daha yaxşı dərk etməkdir. 

Adamların  «çətin»  olması  müxtəlif  səbəblərdən  ola  bilər.  Onların  bir  sıra 

xarkterik xüsusiyyətləri aşağıdakılardır: 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin