olmağı üstün tuturlar. Məsələn, bir neçə il əvvəl Bakıda özəlləşmə çekləri ilə
fırıldaqçılıq edən Minaret şirkəti öz əməkdaşlarına Bakıdakı xarici şirkətlərdə
mövcud olan orta maaşlardan qat-qat üstün maaş verməyə məcbur oldu.
Altıncısı, etika mənfəətin artmasınaimkan yaradır. Mütəxəssislərin
hesablamalarına görə, «köhnə tərəfdaşları saxlamaq yenilərini qazanmaqdan 5 dəfə
ucuz başa gəlir». Məsələn, Azyevrotel Müştərək Müəssisəsi (MM) bu istiqamətdə
səmərəli tədbirlər görür. Bu şirkət müştərilərinə mümkün texniki qüsurlar,
profilaktik işlər və İnternetə hansı vaxt qoşulmağın mümkün olmamasıhaqqında
bildirişlər göndərir. Digər internet provayderi Azeronlayn bu cür bildirişlər
göndərmir, halbuki, onun işində ən azı həftədə bir dəfə nasazlıq baş verir.
Nəhayət, ölkəmizin indiki şəraitində dövlətin bir sıra səbəblərə görə əhalinin
çox hissəsi üçün layiqli həyat səviyyəsini təmin edə bilmədiyi zaman bu vəzifə
biznesin maraqlarına uyğun olaraq onun öhdəsinə verilməlidir. Sosial korporativ
məsuliyyət mövqeyindən çıxış edərək, yəni yaxşı maaşlı iş yerləri yaratmaqla,
sosial proqramları dəstəkləyərək, istehlakçılar üçün məqbul qiymətləri təyin edərək
izafi gəlirlərdən imtina etməklə, ətraf mühiti korlamayaraq biznes müəyyən qədər
ictimai gərginliyi yatırır.
Bu əfsanə başlıca olaraq belə bir təsəvvürə əsaslanır ki, biznesin əsas məqsədi
«pul qazanmaqdır». Mühasibat balansı gəliri dəqiq göstərir, onu dollarla, yaxud
manatla hesablamaq olar, bəs biznesin mənəvi əsaslarını necə qiymətləndirmək
olar? Biznesdə rentabellik və gəlirin vacibliyini inkar etmədən belə bir sual verək:
bəs müasir dünyada digər iştirakçılar və onların maraqları ilə hesablaşmadan pul
qazanmaq mümkündürmü? Qərb ölkələrində «vəhşi» kapitalizm dövrü çoxdan
keçmişdir. Postsovet məkanında da mədəni bazarın bərqərar olması meylləri
artmaqdadır.
51
Yaxın keçmişdə Şell və BiPi şirkətləri İngiltərə ictimaiyyətinin təzyiqlərinə
məruz qalmışdılar, çünki Nigeriya və Anqolada neft hasil edərkən bu ölkələrin
korrupsiyalanmış hökumətlərinə ödədikləri haqqında heç bir məlumat dərc
etməyiblər, faktiki olaraq diktator recimlərini dəstəkləyiblər və bununla da həmin
ölkələrin talan edilməsinə yarpdım ediblər. Ona görə də bu şirkətlər ingilis
ictimaiyyəti tərəfindən təzyiqə məruz qalmışdırlar. Nəticədə hər iki şirkət öz etik
prinsiplərini sərtləşdirib və öz gəlirlərini, o cümlədən Azərbaycandakı gəlirlərini
də daha şəffaf edəcəklərini öhdələrinə götürüblər.
Bu gün meyl etdiyimiz sivili bazar şəraitində işləyən bizneslər aşağıdakı
mənəvi dəyərləri rəhbər tuturlar:
- qənaət və səmərə;
- gəlirin və ictimai ədalətin tarazlığı;
- qanun çərçivəsində fəaliyyət azadlığı və bazarın bütün iştirakçıları üçün
bərabər imkanlar;
- digərlərinin azadlığına hörmət və onların qüsurlarına dözümlülük.
Belə bir fikir vardır ki, Şərqdə və o cümlədən Azərbaycanda biznesdə
etikprinsiplərin riayət olunmasından narahat olan azdır. Məsələn, hesab edirlər ki,
yerlibazlıq və rüşvətxorluq mədəniyyətimizdə o qədər iz qoyub və xalqın
mentalitetinə o qədər yeriyib ki, bu cür hallarla mübarizə aparmaq qeyri-
mümkündür. Gəlin araşdıraq, doğrudanmı rüşvətxorluq Azərbaycan xalqının
mentaliteti ilə qırılmaz tellərlə bağlıdır. Birincisi, əxlaqında rüşvətxorluq yer tapan
xalq yoxdur, eləcə də elə bir cəmiyyət yoxdur ki, onun üzvləri düşünsün ki, «onun
rəhbərləri digərlərinin maraqları hesabına öz şəxsi məqsədlərinə nail olmalıdır».
Rüşvətxorluq hər yerdə baş alıb gedən şəraitdə insanlar yaşamaq üçün korrupsiya
sövdələşmələrinə qatılmağa məcburdurlar və bu mənfi ictimai hala müəyyən
dərəcədə dözümlü münasibət göstərirlər, məsələn, məmur aparatının səlahiyyətləri
Avropanın şimalındakı ölkələrdən daha çox bizimkinə oxşar olan İtaliyada etik
sayılan hər bir şeyə çox çevik yanaşırlar və eyni zamanda burada çox sərt qanunları
yan keçmək meyli güclüdür. Başqa bir hüquqi-təsərrüfat məkanına düşən
52
azərbaycanlılar özlərini başqa cür aparırlar. Azərbaycanlıların koppursiyalaşdığı
haqqında tezisi xarici şirkətlərdə işləyən çoxsaylı azərbaycanlılar ordusu təkzib
edir.
Yerlibazlığa gəldikdə isə etiraf etmək lazımdır ki, doğrudan da çox sıx ailə
münasibətləri mədəniyyətimizə xas olan bir şeydir. Amma müşahidələr göstərir ki,
bu gün Azərbaycandakı bir sıra şirkətlər işə götürmə zamanı «mənimkidir-özgədir»
prinsipini yox, işçinin peşəkar uyğunluğunu üstün tuturlar. İkincisi, bu cür
münasibətlərin yaranma səbəbini mentalitetimizdə axtarmaq lazım deyildir, çünki
ziddiyyətli qanunvericilik və korrupsiya bir çox biznesləri yarım mafıoz qurumlara
çevrilməyə və ancaq «özününkünə» etibar etməyə məcbur edir. Belə durum təkcə
Azərbaycanda mövcud deyildir.
Buna baxmayaraq, biznesdə təzahür edən ayrı-ayrı qeyri-etik davranış
hallarına və o cümlədən korrupsiyaya qarşı müəyyən dözümlülük heç də bu hal ilə
mübarizə aparmağın əbəs olduğunu göstərmir. Elə onu xatırlamaq kifayətdir ki,
ABŞ-da XIX əsrin sonu və XX əsrin əvvəlində iri inhisarların təşəkkülü zamanı
korrupsiya və milli sərvətlərə talançı münasibət, işçilərin istismarı və biznesdə etik
standartların olmaması o dərəcədə həyat normasına çevrilmişdir ki, ingilis
sərmayədarları öz keçmiş müstəmləkələrinin sürətlə inkişaf edən iqtisadiyyatına
investisiya qoymaqdan imtina edirdilər. Vaxt keçdikcə yuxarıda göstərilən amillər
toplusu indiki vaxtda işgüzar etikanın normalarının və prinsiplərinin təcrübədə
tətbiqinə gətirib çıxardı.
Azərbaycan xalqının böyük hissəsi dini ehkamlara riayət etməsə də
Dininxalqın mentalitetinə təsirini inkar etmək çətindir. Quran və Şəriət
(islamınhüquqi normalar və müddəalar toplusu) qərbin işgüzar etikasının nəzərdən
keçirdiyi, demək olar ki, bütün aspektləri qısa şəkildə özündə ehtiva edir.
Məsələn, islam korrupsiyanı pisləyir, ədalət məhkəməsi həqiqi islam
tərəfındən həyata keçirilirsə hakim korrupsiya və rüşvətxorluqdan üstün olmalıdır,
məhkəməyə cəlb olunan şəxslərin qüdrətindən qorxmamalıdır.
53
İ
slam zəhmətsevərliyi təbliğ edir, bekarçılığı pisləyir, təbiət və insan
resurslarından səmərəli istifadəni tələb edir. Burada eyni zamanda işə götürən şəxs
ilə işçi arasında münasibətlər dəqiq müəyyən edilmişdir. İşçi sahibkarın əmlakına
hörmət etməli və vicdanlı işləməli, sahibkar isə işçiləri ilə ədalətli davranmalı və
onların əməyinin haqqını vaxtında ödəməlidir. Quranda korporativ ictimai
məsuliyyət «zəkat», yaxud hər il yoxsulların, yetimlərin və ehtiyaclıların xeyrinə
keçirilən məcburi ödənişlər formasında öz əksini tapmışdır.
Eləcə də qulların azadlığa buraxılması məqsədilə satın alınması və hər kəsin
öz ailə üzvlərinə və icrasına maddi yardım göstərməsi təşviq olunur.
Bir çoxları səhvən hesab edir ki, islam bank fəaliyyətini qadağan edir, bunsuz
isə müasir dünyada biznesin təşəkkülü və inkişafı mümkün deyildir. İslam pulun
varlanma məqsədilə sələmlə istifadəsini, yaxud «ribanı», yəni pulun əmtəə
şə
klində istifadəsini qadağan edir. Pulun hərəkətsiz saxlanması da təşviq edilmir.
Bir çox islam dövlətləri dövriyyədə olan pulun yox, banklarda saxlanılan
vəsaitlərin üzərinə vergi qoyur. Müsəlman cəmiyyətlərində xüsusi banklar, daha
doğrusu, qarşılıqlı yardım xəzinələri yaradılır və burada yalnız xidmətə görə faiz
tutulur. Belə təcrübə şübhəsiz ki, biznesin yaranması üçün zəruri olan ilkin
kapitalın əldə olunmasını çətinləşdirir. Ona görə də dünya müsəlmanlarının
ə
ksəriyyəti «islam mirasının həyatın dəyişməkdə olan şəraitinə və dünya
ictimaiyyətinin qloballaşmasına müvafiq olaraq uyğunlaşmasının labüdlüyünü başa
düşürlər». Bundan əlavə, həyat səviyyəsinin artması əlavə gəlir tələb edir, bunu isə
ailəyə işləyən qadın gətirə bilər. Digər tərəfdən müasir dünyada biznesin inkişafı
qadınların istehsal aləminə qoşulmasını tələb edir, amma islamın qadınlara aid bir
çox müddəaları bunun qarşısını alır.
Biz hər gün etik məsələlərlə üzləşməli oluruq: bu, həm qəzetlərin icmalı, həm
iş masası üzərindəki qeydləri, gecə xəbərlərində səslənən xoşagəlməz yeniliklər ola
bilər... etik problemləri təhlil edən şəxs tez-tez çıxılmaz vəziyyətə düşür. Əgər
söhbət etik davranışın qiymətləndirilməsindən gedirsə, biz bu və yadigər halda
özümüzü necə aparmalıyıq? Etik problemlərin təhlilində birinci addım həmişə asan
54
olmasa da, ancaq aydındır: faktların toplanması. Ancaq yalnız quru faktlara malik
olmaq kifayət deyildir. Faktlar özləri özlüyündə, nəyinsə olmasından xəbər verir,
ancaq onlar necə olması sualına cavab vermir.
Burada əlavə etmək lazımdır ki, etik problemlərin həlli faktların
istifadəsindən başqa, dəyər meyarlarına əsaslandırılmanı da tələb edir. Bu meyarlar
bir neçə səviyyədə mövcuddur: bütöv cəmiyyət, ayrıca götürülmüş təşkilat, konkret
fərd. Bu zaman ola bilsin ki, müxtəlif səviyyəli meyarlar bir-biri ilə uzlaşmasın.
Bundan əlavə müəyyən etmək lazımdır ki, hərəkətin üç tərkib hissəsindən bizim
üçün daha vacibi hansıdır: hərəkətin özü; onun nəticələri; onun səbəbləri (niyyət və
şə
rait). Hal-hazırda belə metodika dörd başlıca yanaşma əsasında kifayət qədər
işlənilmişdir.
Dostları ilə paylaş: |