sisteminəmalik ola bilməz. Məsələn, Azərbaycana gəlişi səs-küylü qalmaqalla və
bu layihədən gözlənilməz olaraq Simens şirkətinin sıxışdırılıb çıxarılması ilə
müşaiyət olunan Barmek şirkəti istehlakçıların hüquqlarını müntəzəm pozduğuna
və idarəetmə sistemində nasazlığına görə, məsələn, yaşayış binalarında kütləvi
halda işıqların söndürülməsinə (o cümlədən səliqəli ödəyicilərin tənzimllərində də)
görə KİV tərəfindən tənqid olunur. Nəticədə, enerji haqqını ödəyə bilməyənlərlə
yanaşı bir çox müştərilər də haqqı ödəməkdən imtina edir. Məlum deyildir ki,
bazarda yeni bir rəqib meydana gələrsə, bu inhisarçı şirkətin neçə nəfər müştərisi
qalacaqdır.
Üçüncüsü, şirkətin nüfuzu potensial investorlar üçün vacib rol
oynayır.Məsələn, Azərbaycan əhalisi pullarını yerli banklarda (bu bankların iflasını
xatırlayaraq) saxlamağa az həvəs göstərirlər. Bu qaydadan istisna kimi bir neçə
bankı göstərmək olar, məsələn, öz təşkilatının etibarlı olmasını fəal təbliğ edən
Beynəlxalq bank və sosial proqramları dəstəkləyən Azəriqazbankı bu qaydadan
istisna təşkil edir.
Dördüncüsü, etik normaların olmaması gec və ya tez faciə ilə nəticələnir və
bundan sonra, adətən bu sahədə dövlət tənzimləməsi sərtləşir. 2003-cü ilin
yanvarında Bakı sirkində baş vermiş və iki uşağın həlakı ilə nəticələnmiş faciəni
50
xatırlamaq kifayətdir. Bu hadisə dövlət əyləncə yerlərində texnikitəhlükəsizliyin
nəzarətini gücləndirməyə məcbur etdi.
Beşincisi, yüksək ixtisaslı mütəxəssislər nüfuzu ləkələnmiş şirkətdən uzaq
Dostları ilə paylaş: |