dayanmayacağıq. Yalnız xatırlayaq ki, etik nəzəriyyələrə iki əsas yanaşma vardır.
olanı etməlisən»), şəraitdən («Əgər başqa yolla qazana bilmirsənsə, oğurluğa
bəraət qazandırmaq olar») və cəmiyyətdən («Adamyeyənlər cəmiyyətində Adam
yemək mənəvi cəhətdən bəraət qazanır») asılıdır. Nisbi etika öz ifrat formasında
«bunu hamı edirsə, buna görə bu düzgündür» prinsipinə əsaslanaraq nəyə desən
dərəcəsini tədqiq edir. O, 5 yaşlı uşaq üçün aydın sadə bir nəzəriyyəni təmsil edir
və bu onun müsbət tərəfidir. Amma bu, özünün ifrat təzahüründə dözümlüyə
gətirib çıxarır. Məsələn, xristian missionetləri xristinlığı, kommunistlər isə «işıqlı
gələcək» ideyalarını od və qılıncla yayırdılar, bu isə əksər hallarda onların xeyir
47
Qanun. Etika da qanun kimi bir sıra qayda və qanunları müəyyənləşdirir və
bunları əsasən insan cəmiyyəti ümumilikdə və ayrı-ayrı qruplar üçün fərdi qaydada
fəaliyyət göstərir. Bu halda belə bir sual meydana çıxır: onda qanun ilə etika
arasında fərq nədədir?
Qanunun yerinə yetirilməməsi (qanunun aliliyi mövcud olan cəmiyyətdə)
cəza ilə nəticələnir. Etik normalara riayət etmək isə könüllüdür və müxtəlif
prinsiplər əsasında birləşən fərdlərin və insan qruplarının dəyər toplularına
ə
saslanır. Başqa sözlə, müəyyən coğrafi bölgədə yaşayan, yaxud müəyyən konkret
peşəyə və hətta ailəyə məxsus olan sosial sinif, insan qrupu üçün etik normaların
müxtəlif sistemləri mövcuddur. Bu halda müxtəlif qrupların normaları arasında
ə
həmiyyətli ziddiyyətlər təzahür edə bilər.
Etikadan fərqli olaraq qanun hamı üçün eynidir. Bundan başqa, qanun bizə
minimumu verir, etik qərarlar isə sonsuzdur.
Dostları ilə paylaş: