Passiv və sözsüz tabeçilik şəraitində rəhbərlik. Bu şəraitdə əməkdaşların
davranışı ciddi şəkildə reqlamentləşdirilir, şəxsiyyətin fəallığı və müsbət
xüsusiyyətləri inkar edilir, kollektivə nisbi müstəqillik verilir. İdarəçilik
funksiyaları tabeçilikdə onlanlara verilmir. Bu simasızlaşdırılmış formal bürokratik
rəhbərlik üslübudur.
Təsir metodunun seçkili olmasını nəzərdə tutan idarəetmə. Məsələn bir
fəaliyyət sferasında sözsüz tabeçilik tələb olunur ki, burada da məcbur etmə
metodlarından istifadə olunur. Əgər həll edilən məsələnin səviyyəsi sözün həqiqi
mənasında müstəqil təşəbbüs və yaradıcılıq göstərməyi tələb edirsə bu halda
idarəçilik funksiyalarının bir hissəsi kollektivə verilir və bununla da özünü
dərketmə elementləri tətbiq edilir. Bundan başqa qarışıq rəhbərlik tipi də
mövcuddur.
Dostları ilə paylaş: |