Rəhbərin vəzifəsi, əsas məqsədi dəqiq müəyyənləşdirməkdən və iş üçün
zəruri şərait yaratmaqdan ibarətdir.Rəhbər subyekt kimi (öz-özünə idarə olunan
sistem kimi) kollektivə şəxsiyyətə aiddir. Bu şəraitdə əsas təsir üsulu inandırmadır.
Lakin bu ayrı-ayrı hallarda beyninə yeritmə və təşkiletmə (məcburetmə) xarakterli
elementləridə inkar etmir. Yuxarıda qeyd etdik ki, bu rəhbərlik tipi müasir qərb
menecmentində daha perespektivlidir.
Rəhbərin əməkdaşlara təsir göstərməsi iki əsas nəticəyə gətirib çıxarır:
Ruhlandırmaya ( mükafatlandırma, tərifləmə və .s.)
Məyusetməyə (müəyyən vəzifələrin yerinə yetirilməsindən kənarlaşdırmaq,
diqqət göstərməmək, cəzalandırmaq və s.) Bunlardan başqa bir çox aralıq
variantlarda mövcuddur.
|