Yazılmamış əxlaq qaydaları. Hər cəmiyyətin öz yazılmamış mənəvi
normalar toplusu mövcuddur. Bunlar insanlar tərəfindən sosiallaşma prosesi,
yaxud ailədə, dostlar arasında, dini təşkilatlarda və əmək kollektivləri də daxil
olmaqla sosial qruplarda ünsiyyət prosesi ərzində və adi tədris zamanı dərk olunur.
Məsələn, islam dinində davranış yalnız hüququ olan şəriət tərəfindən deyil, eyni
zamanda da yazılmamış qaydalar toplusu olan adətlər tərəfindən tənzim olunur. Bu
adətlər islamdan əvvəlki əxlaqa məxsusdur və çox zaman islam normalarına da
zidd olur, məsələn, Qafqazda geniş yayılmış qan qisası adəti.
Dostları ilə paylaş: |