biznes şirkətləri daxili sənədlərində öz etik prinsiplərini təyin edirlər. Bu sənədlər
iş, yaxud işgüzar etika kodeksi və ya davranış kodeksi adlanır. Məcəllələr elə bir
sahələrə yayılmışdır ki, burada dövlət tənzimetməsi yetərincə deyil, ya da
sahibkarların və şirkət menecerlərinin fikrincə kifayət qədər sərt deyildir. Bir çox
Kodekslər bir neçə əsas tələblərə cavab verməlidir. Birincisi, onlar ölkənin
qanunlarına tam uyğun olmalıdır. İkincisi, onlar qanunlara nisbətən daha sərtvə
48
təfərrüatla işlənilmiş normaları ehtiva etməlidir. Üçüncüsü, şirkətin fəaliyyət
növünün xüsusiyyətlərini nəzərə almalıdır. Nəhayət, etik pozuntulara görə cəzanın
dərəcəsi qanun tərəfindən nəzərə alınmayıbsa rəhbərlik tərəfindən müəyyən
olunmalıdır.
İ
lk baxışdan elə görünə bilər ki, etika kodeksləri sovet vaxtında mövcud olan
müəssisələrin inzibati fəaliyyətinə dair əsasnamələrdir. Əlbəttə ki, burada oxşarlıq
vardır, ancaq əsaslı fərqlər də göz qabağındadır. Birincisi, kodekslər hər şirkət
tərəfindən müstəqil işlənib hazırlanır, əvvəlki dövrdə isə bu cür əsasnamələr
yuxarıdakı təşkilatlar tərəfindən hazırlanırdı və müəyyən sahənin bütün
müəssisələri üçün eyni olurdu. Qanuna riayət etmək şərti ilə hər şirkətin öz
qaydalarını təsis etmək hüququ vardır, məsələn, əməkdaşların tibbi müayinəsinin
keçirilməsi, yaxud qanda alkoqolun mövcudluğunun gözlənilməz yoxlanılması
hüququ. İkincisi, işçilərin öhdəlikləri və bu öhdəliklərin yerinə yetirilməməsinə
görə cəzalardan başqa, kodekslər işçilərin hüquqlarını müdafiə edən müddəaları da
özündə ehtiva edir. Kodekslər müdiriyyət, müştərilər, tərəfdaşlar və digər maraqlı
tərəflər ilə münasibətlərin qurulması üçün işçilərə yardımçı olan bir alətdir.
Hələ Hummarapi Məcəlləsində (eramızdan əvvəl II minillik) yaxın zamana
qədər biznes «Alıcı, sayıq ol!» prinsipini rəhbər tutmuşdur. Bəs onda nəyə görə
XX əsrin ortalarından biznes təcrübəsinə etik normaların və prinsiplərinin tətbiqi
məcəlləsi diqqəti daha çox cəlb etməyə başlamışdır? Məgər biznesin əsas məqsədi
pul qazanmaq, dövlətinsə vəzifəsi - vergi yığmaqla və sosial proqramları həyata
keçirməklə sosial ədalət prinsiplərinə riayət olunmasını təmin etmək deyilmi?
Bunun cavabı çox sadədir: qərbdə sərt bazar rəqabətinin yaranması, vətəndaş
cəmiyyətinin inkişafı və dövlət idarəçiliyinin təkmilləşməsi ilə biznes anladı ki,
pulu istənilən «cəngəllik qanunu» ilə bazarın digər iştirakçıları ilə hesablaşmayaraq
qazanmaq mümkün deyildir. Çünki biznes elə bir cəmiyyətdə fəaliyyət göstərir ki,
həmin cəmiyyətə xidmət edir və ondan asılıdır. Bundan əlavə, biznes belə bir
nəticəyə gəlmişdir ki, qısamüddətli və uzunmüddətli perspektivlərin mənfəəti
arasında böyük bir fərq mövcuddur.
49
Etik normalardan boyun qaçırmaq ola bilsin ki, doğrudan da qısamüddətli
mənfəət gətirə bilər, ancaq uzaq perspektivdə ola bilən ziyan - ani xeyirdən daha
güclü zərər vura bilər.
Biznesdə etik davranışın nə üçün «mənfəətli» olması səbəblərini gözdən
keçirək.
Birincisi, qeyri-etik davranış şirkətin nüfuzuna islaholunmaz zərbə vura bilər
və bu şirkətin bazardan sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Məsələn, Bakıda
hər bir gözlənilməz hadisədən (zəlzələ, qar, mülki iğtişaşlar) sonra artıq yüklənmə
nəticəsində Azərsel şirkətinin abonentlərinin telefonları işləmir və onun rəqibi olan
Baksel şirkətinin müştərilərinin sayı artır.
İ
kincisi, etik prinsiplərə riayət etməyən şirkət səmərəli idarəetmə
Dostları ilə paylaş: