Microsoft Word rasim isguzar etiket docx



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix29.12.2021
ölçüsü0,52 Mb.
#48707
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
sheyx rasim

 

 

 


45 

 

FƏSİL 2. İŞGÜZAR ETİKET QAYDALARININ 



REALLAŞDIRILMASI MEXANİZMİ 

2.1. İşgüzar etiketin formalaşmasının müasir aspektləri 

 

Bir  elm  kimi,  etika  -  tətbiqi  fəlsəfəyə  aiddir.  Normativ  etikanın  tədqiqat 



predmeti  mövzusu  mənəviyyat,  yaxud  əxlaqdır.  Normativ  etikanın  tətbiqi  cəhəti 

ondan  ibarətdir  ki,  o  nəinki  əxlaqı  öyrənir,  eyni  zamanda  o,  əxlaqın  təcrübədə 

işlənilməsi  üçün  tövsiyyələr  verir.  Başqa  sözlə,  o  bizə  nəyi  etməli  olduğumuzu 

göstərir. Təsviri etika isə nəyin edildiyi ilə maraqlanır və tarixçilər və sosioloqların 

tədqiqat mövzusudur. Sosial etika insanların cəmiyyətdə davranışını, işgüzar etika 

da  müvafiq  olaraq  insanların  biznesdə  davranışını  öyrənir.  Peşəkar  etika  işgüzar 

etikanın  tərkib  hissəsidir  və  müəyyən  peşələr  üçün  davranış  standartlarını  təyin 

edir.  Ən  çöx  işlənilən  və  məlum  olan  həkimlər  və  vəkillərin  peşəkar  etik 

prinsipləridir. 

Ə

xlaq  insanın  cəmiyyətdə  düzgün  davranışını  əks  etdirən  fəlsəfi  mücərrəd 



anlayış,  abstraksiyadır,  hərəkətin  düzgün  və  yanlış  olmasına  dair  mühakimə 

çıxarmaqdan  ötrü  mənəvi  dəyərlərdən  (müəyyən  sosial  qrupda  qəbul  olunan 

mücərrəd  mənəvi  kateqoriyalar  toplusu)  ibarət  olan  mənəvi  normaların  tətbiq 

edilməsi  zəruridir.  Məsələn,  ədalət,  xeyirxahlıq,  vicdan,  ləyaqət  və  mənəvi 

prinsiplər (mənəvi dilemaların həll edilməsi üçün qəbul olunan müəyyən anlayışlar 

və  nəzəriyyələr).  Məsələn,  «Mən  sənə  qarşı,  sən  mənə  etdiyin  hərəkəti  edə 

bilərəm». 

Mənəvi  normaları  və  dəyərləri  iki  kateqoriyaya  bölmək  olar:  universal  və 

spesifik.  Bu  anlayışlar  müxtəlif  cəmiyyətlərdə  və  hətta  bir  cəmiyyət  daxilində 

müxtəlif zaman kəsiyində əsaslı surətdə fərqlənir. 

Bu  o  demək  deyildir  ki,  bütün  bəşəriyyətin  qəbul  etdiyi  universal  mənəvi 

qanunlar  mövcud  deyildir.  Məsələn,  heç  bir  cəmiyyət  baş  verən  qətl  hadisəsinə 

bəraət  qazandırmır,  çünki  bu  halda  insanların  şəxsi  təhlükəsizliyi  pozula  bilər. 

Eləcə də biznes heç bir cəmiyyətdə yalana bəraət qazandıra bilməz, çünki bu cür 




46 

 

münasibət alıcıların etibarını qıra bilər. Universal mənəvi prinsiplərdünyanın bütün 



dinlərində, demək olar ki, eyni dərəcədə şərh olunur. Spesifiknorma və dəyərlər isə 

müəyyən insan qrupları və konkret zaman kəsiyi üçünsəciyyəvidir, işgüzar etikanın 

normaları fəaliyyət növlərindən asılı olaraq bir-birindən köklü sürətdə fərqlənir. 

Məsələn, Qərb biznesində bir çox peşələrdə hələ ötən əsrin 1980-cı illərində 

xidmətlərini reklam etmək və birbaşa potensial müştərilərlə əlaqəyə girmək qeyri-

etik hərəkət sayılırdı, amma sərt rəqabət bir çox peşəkarları (məsələn, vəkilləri) bu 

təcrübəni  bir  norma  kimi  qəbul  etməyi  məcbur  etdi.  Buna  baxmayaraq,  əgər 

dəfnetmə  bürosunun  sahibləri  yaşlı  adamlara  öz  xidmətlərini  təsvir  edən  reklam 

prospektlərini  göndərməli  olsalar,  bu  çətin  ki,  nə  vaxtsa  və  kiminsə  xoşuna  gələ 

bilər. 


Din.  Dindar  cəmiyyətlərdə  davranış  tənzimləyicisi  rolunu  din  oynayır. 

İ

lahiyyat  bəyan  edir  ki,  etika  Allah,  xristianların  İlahisi,  yaxud  Budda  tərəfindən 



insanlara  açıqlanan  «ən  yüksək  mənəviyyat»a  əsaslanır  və  kainatın  mənəvi 

hökmdarı və insanların davranışının hakimi məhz Allah Təaladır. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin