Səlahiyyətin ötürülməsinə imkanlarını arayın. Hər bir menecer səlahiyyət-
lərin ötürülməsi imkanlarını axtarmalıdır, lakin səlahiyyətin həddən artıq ötü-
rülməsi də işçilərdə belə hiss yaradır ki, menecer öz vəzifələrini yerinə
yetirməkdən qaçır.
Öz hakimiyyətinizin həddini düzgün müəyyən edin. Siz ancaq öz
malikolduğunuz səlahiyyətləri başqasına ötürə bilərsiniz. Buna görə də
özhakimiyyət funksiyalarınızın həddini dəqiq bilməyə çalışın.
İ
nsan mürəkkəb və təlabatları sonsuz məxluq olduğundan rəhbər şəxsiyyəti
maksimum anlamağa çalışmalı, onun maraq və ehtiyaclarını nəzərə almalıdır.
Neqativ möhkəmlətmə hakimiyyət verilmiş adamlar tərəfindən çoxdan istifadə
31
olunur. Bu cür yanaşma adamların tənqid və cəzadan qaçmaq cəhdlərinə əsaslanır
ki, bunun nəticəsində onların davranışı dəyişir. Lakin yuxarda deyildiyi kimi insan
tam gücü ilə kötək altında deyil, ona real qazanc əldə etmək imkanı olduqda
işləyir. Neqativ stimullar isə onun əlini işdən soyudur, nəticədə hər iki tərəf ruhdan
düşür.
İ
nsanın əmək fəaliyyətinin müsbət cəhətlərini üzə çıxarıb onu həvəsləndirmək
və hər cürə müdafiə etmək daha doğru üsuldur. Bu halda rəhbər işçinin işə can
yandırmasını müəyyən etməyə və mükafatlandırmaya xüsusi əmək sərf edir.
Bu cür həvəsləndirmənin ən mühüm növləri aşağıdakılardır:
- yaxşı işi qeyd etmək:
- tərifləmək:
- sizdə olan informasiyanı verməyə hazır olmaq:
- başqalarına nümunə kimi yaxşı işi göstərmək :
- uyğun pul mükafatları vermək:
- xidməti vəzifədə irəli çəkmək :
- firma xaricində də insanın işini qiymətləndirmək:
- əlavə mükafatları artırmaq.
İş
çilərlə rəhbər arasında əks əlaqənin olmaması, ona səbəb olur ki, öz işinə
heç bir reaksiya hiss etməyən işçinin əli işdən soyuyur. Rəhbərlə işçi arasında
gündəlik qarşılıqlı münasibət mükafatlandırma ilə sıx bağlıdır. Menecer tərəfindən
hansı mükafatın seçilməsi işçinin sabit, sürətli və məhsuldar işləməsindən çox
asılıdır.
Beləliklə, ən yaxşı rəhbərlik üsulu sərbəst fikir mübadiləsi və qarşılıqlı
mübadiləyə əsaslanan münasibətlərin yaradılmasıdır. Buna nail olmaq üçün rəhbər
daim adamlarla ünsiyyətə can atmalı, onları qiymətləndirdiyini nümayiş
etdirməlidir. Dediklərimizin hamısı sizin həqiqi hisslərinizə əsaslanmışdır. Belə ki,
fırıldaq, yaxud yalan qarşılıqlı münasibətləri pozur. Siz bütün çətinliklərə
baxmayaraq reallığa uyğun olaraq qarşılıqlı münasibətləri yaxşılaşdırmağa
çalışmalısınız.
32
«Çətin işçilər», «çətin uşaqlar» kimi sözlərlə tez-tez rastlaşırıq. Yadda
saxlamaq lazımdır ki, hər şeydə olduğu kimi insan münasibətləri də iki tərəfli
prosesdir. Yəni sizin «çətin» hesab etdiyiniz işçi öz növbəsində sizi «çətin» hesab
edə bilər. Çətin qarşılıqlı münasibətləri aydınlaşdırsanız siz hər ikinizə təsir edən
hərəkətlərinizi müəyyən edə bilərsiniz.
Tabelikdəçi işçi ilə münasibətlərin formalaşmasında öz payınızı
qiymətləndirmək üçün iki vasitə var:
a) ətrafdakılarla əks əlaqəni yaratmaq
b) öz qiymətli fikir və ideyalarınızı bəyan etmək
Bunlar heç də sadə iş deyil, buda öz üzərində müəyyən qədər işləməyi tələb
edir.
Ə
trafdakıların reaksiyası sizə mühüm informasiya verir, çünki kənardan hər
ş
ey daha yaxşı görünür. Lakin onların reaksiyası yalnız şəxsi fikirləri olduğundan
tam həqiqət deyil. Subyektliliyi aradan qaldırmağa çalışın:
1. Birbaşa ətrafdakıların fikirini soruşun.
2. Ətrafdakılara hirsləndiyinizi, incidiyinizi və paxıllıq etdiyinizi biruzə
verməyin.
3.Sərbəst fikir və informasiya mübadiləsinə imkan verən şərait yaratmağa
çalışın.
4.Sizdən xahiş edirlərsə, ətrafdakılarla fikrinizi bölüşdürün.
5.Ətrafdakıların dediyi sözün təsirinə uyğun zahiri effekt nümayiş etdirməyə
çalışın.
Siz ətrafdakıları fikir mübadiləsinə dəvət etməklə əks əlaqələr qura bilərsiniz.
Bu da sizin onlara necə təsir etdiyinizi öyrənmək üçün sizə imkan yaradır. Özü
haqda daha çox öyrənməyin bir vasitəsi də öz fikir və baxışlarını açıqlamaqdır.
Çox vaxt daxili «mənlik» rasional ictimai «mənlikdən» çox fərqlənir. Öz
mövqeyinizi lizah edib başa salmaq yolları asan olmur. Bu işdə aşağıdakı
göstərişləri əldə rəhbər tutmaq lazımdır.
33
2.
Öz dəyərləriniz və münasibətləriniz üzərində işləmək üçün şərait yaradın.
Bu işdə qoy sizə yaxınlarınız və dostlarınız kömək etsinlər.
3.
Öz hisslərinizi ifadə etməyə hazır olun (deyilənlər bir-birinin ziddinə olsa
belə).
3.
Öz baxışlarınızı (fikirlərinizi) yazmağa çalışın.
4.
Öz hərəkətlərinizi öyrənmə prosesində ətrafdakıların fikirləri sizi
həyacanlandırmasın, sizin məqsədiniz - özünüzü daha yaxşı dərk etməkdir.
Adamların «çətin» olması müxtəlif səbəblərdən ola bilər. Onların bir sıra
xarkterik xüsusiyyətləri aşağıdakılardır:
Dostları ilə paylaş: |