Microsoft Word Sadi Gulustan doc


Hekayət      Bir zahid oğluna  əmilərindən çoxlu miras qaldı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə112/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   108   109   110   111   112   113   114   115   ...   162
Sədi Şirazi Gülüstan Bustan

5. Hekayət 
 
 
Bir zahid oğluna  əmilərindən çoxlu miras qaldı. O, bunu eyş 
işrətə israf etməyə başladı. Görmədiyi yaramaz iş, dadmadığı içki 
qalmadı. Nəhayət ona nəsihət verib dedim: 
 –Oğul, adamın gəliri çaya, eyş–işrət isə dəyirmana oxşar. Yalnı
o adam kefi istədiyi kimi xərcləyə bilər ki, kifayət qədər gəliri olsun. 
 
Xərçini az elə, yoxdursa gəlir, 
«Dəniz mahnısında» belə deyilir. 
«Yağmasa dağlara əgər yağış, qar, 
Bir ilin içində Dəclə quruyar». 
 
 –Ağlını başına toplayıb eyş–işrətdən  əl çək. Var–dövlətin 
tükənər, darlığa düşüb peşmançılıq çəkərsən! 
 Kef 
məclisində çalğıya qulaq asmaq oğlana xoş  gəldiyi üçün 
sözüm qulağına batmadı, etiraz edərək dedi. 
 –Bu 
günün 
şadlıq və sevincini sabahkı  qəm qorxusu ilə puç 
etməyi aqıllı adamlar bəyənməzlər. 
 
Şer 
 
O varlı-dövlətli bəxtəvərlərin, 
Bəd gündən varmıdır qorxusu bəyəm?  
Kefindən əl çəkmə bir anda, dostum, 
Sabahkı gün üçün bü gün çəkmə qəm. 
 
 Bundan 
əlavə  mən səxavət taxtında oturub, mərhəmət kəmərini 
belimə bağlamışam və əliaçıqlıqda camaat içində şöhrət qazanmışam. 
 
 
197
Şer 
 
Kimin səxavətdə çıxdısa adı
Pulu saxlamağı o bacarmadı
Elə ki, yaxşı ad qazandı insan, 
Kərəm qapısını bağlamaz bir an. 
 
 
Nəsihət qəbul etmədiyini və  mənim isti nəfəsimin onun soyuq 
dəmirinə  təsir etmədiyini gördükdə, öyüd verməkdan  əl çəkdim, 
onunla dostluğu kəsdim və filosofların bu sözünü yerinə yetirdim: 
«Sən sözünü de, qəbul etməsələr, özləri təqsirkardırlar». 
 
Şer 
 
Sözünə yoxsa da bir qulaq asan, 
Sən yenə öyüd ver mərd-mərdana. 
Çox çəkməz görərsən döşünə döyən 
İlişib düşəndə dara, zindana, 
Əlini dizinə vurub söyləyir: 
Kaş qulaq asaydım o mərd insana. 
 
 Az 
keçdikdən sonra, necə ki, düşünmüşdüm, elə  də oldu. Onu 
acınacaqlı bir vəziyyətdə gördüm: paltarlarına yamağı yamaq üstün 
dən vurub, bir loğma çorək üçün dilənirdi. Əhvalına ürəyim yandı, bu 
halda onu, danlamağı və yaralı ürəyinə duz səpməyi insafsızlıq hesab 
edib öz-özümə dedim: 
 
Şer 
 
Yaramaz bir hərif məstlik zamanı
Düşünməz ki, sabah qalacaq darda. 
Ağaclar baharda meyvə versə də, 
Qış fəsli lüt qalar soyuqda, qarda. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin