4. Hekayət Məğrib ölkəsində qaraqabaq, acıdil, tündxasiyyət, mərdümazar,
gəda təbiət, bədgirdar bir mədrəsə müəllimi gördüm. Sir-sifətini
görən müsəlmanların işi düz gətirməz, quran oxumasına qulaq
asanların üzü gülməzdi. Bakirə qızlar, pakizə oğlanlar onun əlindən
zara gəlmişdilər, nə gülməyə cürət edirdilər, nə danışmağa cəsarət:
Gah birinin al yanağına sillə vurardı, gah o birinin əl-ayağını fələqqəyə qoyardı. Müxtəsəri axırda, valideynlər onun qəddarlığını başa düşdülər, döydülər, incitdilər, mədrəsədən qovdular. Dərsləri
həlim, yumşaq xasiyyət, mehriban, ehtiyacı olmayınca danışmayan,
heç kəsin qəlbinə dəyməyən, könlünə toxunmayan bir müəllimə
tapşırdılar.
Birinci
müəllimin qorxusu şagirdlərin ürəyindən çıxdı, ikinci
müəllimin mələk təbiətli olduğunu görüb div xasiyyətli olmağa
başladılar. Onun həlimliyinə bel bağlayıb elm oyrənməyi tərk etdilər,
oxumaq əvəzinə oyun çıxardır, min bir gələk qururdular, əlindəki
yazı lövhələrini bir-birinin başına vurub qırırdılar.
Beyt
Müəllim olarsa səssiz, mülayim,
Uşaqlar bazarda oynayır daim.
İki həftədən sonra həmən mədrəsənin yanından keçirdim,
gördüm birinci müəllimin könlün alıb yenə öz yerinə qaytarmışlar.
195
Açığını deyim ki, bərk incidim, ixtiyarsız olaraq dedim: «Yenə də bu
iblisi bu mələklərə müəllim ediblər?!» Dünyagörmüş hazırcavab bir
qoca dedi:
196
Şer
Mədrəsəyə göndərdi oğlunu bir padşah,
Gümüş bir lövhə qoydu onun yanına həmən.
Lövhün başı üstündə qızıl xətlə yazdırdı,
Xoşdur ustad cəfası ata məhəbbətindən.