16. Hekayət
Bir gün dostlarımdan biri yanıma gəlib həyatının uğursuzluğun-
dan şikayətlənərək dedi:
– Ailəm çox, gəlirim yox, yoxsulluq dərdinə də tab gətirə bil-
mirəm. Dəfərlərə bu fikrə düşmüşəm ki, baş götürüb özgə vilayətə
gedim, orada necə yaşasam, nə yaxşımı bilən olar, nə pisimi.
Beyt
Çox ac yatmış, lakin onu bilməmişdir bir insan,
Çox ölənin başı üstə tapılmamış ağlayan.
Yenə düşmənin tənəsindən qorxub düşünmüşəm ki, məni dalda
lağa qoyarlar, ailəm haqqında göstərdiyim səyi namərdlik hesab edib
deyərlər:
Şer
Bircə sən o nanəcibə nəzər sal,
Gülməyəcək bəxti onun üzünə,
Tək özünə asudəlik düşünür,
Ailəni salır çölün düzünə.
Sənə məlumdur ki, mühasibat elmindən azacıq başım çıxır. Əgər
sənin hörmətin xatirinə mənə bir iş versələr, ürəyim rahat olar, nə
qədər ömrüm var sənə minnətdar olaram.
Dedim:
– Qardaşım, şah sarayında xidmət etqməyin iki başı var: ümid və
qorxu, yəni bir tərəfdən çörək, digər tərəfdən can qorxusu.
Çörək ümidilə canı qorxuya salmaq isə ağıllı adamdarın işi deyil.
Şer
Heç bir şeyi olmayana deməzlər,
«Torpaq və bağ vergisi ver darğaya»
Ya qüssəyə, qəmə, dərdə razı ol,
Ya da pay ver cigərini qarğaya.
47
Dostum israr etdi:
– Sözlərin istəyimə müvafiq, sualıma mütabiq olmadı. Yalnız
xəyanətkarlar sorğu–sualdan qorxar.
Beyt
Düzlüyü çox sevər talei yazan,
Görmədim düz yolda yolunu azan.
Filosoflar demişlər: «Dörd adamın dörd adamdan xoşu gəlməz:
quldurun – sultandan, oğrunun – qarovulçudan, əyyaşın – xəbərçidən
və fahişənin – darğadan. Haqq–hesabı düz olanın hesab verməkdən
nə qorxusu!».
Şer
Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa çırpılar natəmiz paltar.
Dedim:
–Sənin hekayətin tülkünün əhvalatına oxşayır. Bir gün gördülər
ki, tülkü özünü itirmiş halda qaçır, özünü ora–bura vurur, gan yıxılır,
gan durur. Bir nəfər soruşdu: «Nə olub ki, belə qorxuya düşübsən?»
Tülkü dedi:
– Eşitmişəm ki, dəvəni biyara aparırlar.
Soruşan dedi:
–Ay axmaq, dəvə ilə sənin nə əlaqən, heç sən dəvəyə oxşayırsan-
mı?
Dedi:
–Sus, əgər paxıllar qərəzlə desələr ki, dəvədir, məni də tutub
apararlar. Onda kim dərdimə qalıb, can yandıracaq və mənim tülkü-
lüyümü sübut edəcək? Eşitməmişsən ki, deyiblər: «Tülkü tülkülüyün
sübut edincə, dərisini boğazından çıxardarlar?!»
–Sən ağıllı, düz və etibarlı adamsan. Lakin paxıllar pusquda,
düşmənlər isə küncdə gizlənmişlər. Onlar gözləyirlər ki, imkan tap-
48
caq sənin yaxşı sifətlərini şahın qarşısında pis qələmə versinlər və
onun sənə qəzəbi tutsun. Belə bir hal baş verərsə, kimin danışmağa
cürəti çatar ki, səni müdafiə etsin? Məsləhət görürəm ki, aza qənaət
edib rəislik fikrindən daşınasan.
Beyt
Dənizdən çox xeyir olsa da hasil,
Şübhəsiz yaxşıdır yenə də sahil.
Dostum bu sözləri eşitcək hirsləndi, üzünü çevirib ağır sözlər
deməyə başladı və dedi:
–Sən nə danışırsan, ağıllı, düşüncəli adam belə sözlər deyərmi?
Atalar doğru demişlər: «Dost dar gündə bilinər, süfrə başında düşmən
də dost görünər».
Şer
Ona dost demə ki, süfrə başında,
Deyə: «Qardaşın da, dostun da mənəm»
Ona dost deyərəm ki, çətin gündə,
Dostun arxasında dayana möhkəm.
Dostumun açıqlandığını və nəsihətimi qərəz sandığını gördükdə
Sahib–divanın
29
yanına getdim. Çoxdan bəri yaxın olduğumuza görə
dostumun əhvalını ona nağıl etdim, ləyaqətli, və sədaqətli olduğunu
söylədim. Nəhayət, dostumu kiçik bir vəzifəyə təyin etdilər. Bir
müddət həmin vəzifədə işlədikdən sonra düz və bacarıqlı olduğunu
görüb bəyəndilər, daha yüksək bir vəzifəyə təyin etdilər. Beləliklə,
getdikcə onun tale ulduzu yüksəldi, nəhayət istədiyi ən yüksək mərtə-
bəyə çatdı, hökmdarın rəğbətini qazanaraq onun ən yaxın xidmətçi-
lərindən biri oldu. Kefinin köklüyündən xəbərdar olduqda sevinib
dedim:
Beyt
Darıxma iş görünsə bir qaranlıq quyuda
Çünki qaranlıqdadır o dirilik suyu
30
da,
49
Beyt
Qardaşım, qəm çəkib etmə ahü–zar,
Allahın çox gizli mərhəməti var
Beyt
Zəmanə dərdindən çəkmə qəm, kədər,
Səbr acı olsa da, şirin bar verər.
Təsadüfən mən bir necə dostumla səfərə getməli oldum. Məkkə-
dən qayıdanda həmin dostum məni qarşılamağa gəldi. Dərhal
duydum ki, işdən çıxarıblar, Çünki dövlət adamları ancaq işdən çıxa-
rıldıqları zaman dostu axtarmağa vaxt tapa bilərlər.
Şer
Vəzifə başında, baxt gülən zaman.
Dostların üzünə baxmaz bircə an.
Kasıblıq, çətinlik üz verən dəmdə.
Dostuna söyləyər dərdini haman.
Üzündə qəm nişanəsi qiyafəsində kədər ifadəsi görüb soruşdum
ki, bu nə haldır?
Dedi:
–Necə ki, demişdin, elə də oldu. Bəzi adamlar paxıllıq edib, mə-
ni xəyanətkarlıqda ittiham etdilər. Hökmdar isə işin nə yerdə olduğu-
nu aydınlaşdırmaq üçün səy köstərmədi. Qədimki dostlarım, səmimi
yoldaşlarım da keçmiş sədaqəti unudaraq həqiqəti deməkdən
çəkindilər.
Şer
Vəzifə başında olan kəslərə,
Hamı söyləyər: mərhəba, afərin,
50
Vəzifə baş ından salan tək fələk,
Baş ından basarlar, ürəklərdə kin,
Xülasə, cürbəcür işgəncələrə məruz qald ım. Nəhayət bu həftə
həccə gedənlərin sağ–salamat qay ıtmalar ı münasibətilə məni həbsdən
azad etdilər və yaln ız atadan qalan miras ı geri verdilər.
Dedim:
–O zaman sözümü qəbul etmədin, hökmdarlara xidmət etmək
dəniz səfəri kimidir, həm qorxusu var, həm faydas ı, ya xəzinə tapar-
san, ya dənizdə batarsan,
Beyt
Ya xacə bağr ına basar simü zər,
Ya dəniz xacəni
31
bir gün qərq edər.
Bundan art ıq onu danlamağ ı, yaral ı könlünə duz səpib yenidən
s Dostları ilə paylaş: |