Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   17   18   19   20   21   22   23   24   ...   162
Sədi Şirazi Gülüstan Bustan

ızıldatmağı rəva germədim, sözümü bu iki beytlə müxtəsər etdim: 
 
 
Şer 
 
Bilmirdin, nəsihət dinləməyəndə,  
Nəhayət ayağın düşəcək bəndə?  
Əqrəb yuvasına barmaq uzatma,  
Əgər ağrısına tab yoxsa səndə! 
 
17. Hekayət 
 
Dərvişlərdən bir neçəsi mənimlə dost idi. Onlar zahirən təmiz 
adamlar idilər. Buna görə də böyük mənsəb sahiblərindən biri onlara 
həddən artıq inanaraq, hərəsini bir vəzifəyə  təyin etmişdi. Bir gün 
onların birindən dərvişə yaraşmayan bir hərəkət baş verdi, mənsəb 
sahibi hamımızdan  şübhələnməyə başladı  və beləliklə bazarımı
kasadlaşdı. Yoldaşların işini bir təhər yenidən bərqərar etmək üçün 
mənsəb sahibinin yanına getdim. Qapıçı  bəd üz göstörib əvvəlcə 
məni içəri buraxmadı. Mən onda günah görmədim. Çünki məsəl var 
deyərlər: 
 
51
 
Şer 
 
Əmirin, vəzirin və hökmdarın,  
Səbəbsiz dolaşma ətrafında sən.  
Dərban da, köpək də qəribi tutar.  
Birisi yaxadan, biri ətəkdən.  
 
Hökmdar mənim qapıda gözlədiyimi bilən kimi, dərhal məni içə-
ri apartdırıb hörmətlə yuxarı başda yer göstərdi, lakin mən tava-
zökarlıqla aşağı başa keçib dedim: 
 
Beyt 
 
Nə olar qoy olum sənə bir bəndə,  
Bəndələr səfində oturum mən də. 
 
Dedi: 
– Allah eləməsin, bu nə sözdür? 
 
 
 
Beyt 
 
Otursan gözlərim üzərində sən  
Nazını çəkərəm ki, nazəninsən. 
 
Xülasə, oturub hər tərəfdən danışdıq, nəhayət yoldaşların ağı
yaşayışından söz açıb dedim. 
 
Şer 
 
Nə gördü bizdə ki, nemət verən beyük sultan,  
Baxır qəzəblə bizə, dindirir məlamətlə.  
Xuda uçün yaraşar lütfü mərhəmət daim,  
Günah görəndə belə lütf edər kəramətlə. 
 
Bu söz hökmdara çox xoş  kəldi, dostlarımın maddi vəziyyətini 


 
52
qabaqkı kimi bərpa etməyi, boş gecən günlərin də  əmək haqqını
verilməyini əmr etdi. Minnətdarlığımı bildirdim, vaxtını almağa cəsa-
rət etdiyim üçün üzr istədim və təzim edərək çıxanda dedim: 
 
Şer 
 
Kəbə niyaz qibləsidir, ona görə əhali,  
Ziyarətə gələr onu uzaq–uzaq yollardan  
Sən də gərək çox dözəsən verdiyimiz zəhmətə,  
Çünki barsız bir ağaca daş atmazlar heç zaman. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin