Anlamaz yerinə qoydun özünü,
Nadanı özünə eylədin həmdəm.
Alimdən istədim versin nəsihət,
Dedi ki, nadanla oturma bir dəm,
Əgər alim isən nadan olarsan,
Nadansan olarsan nadan da kəm.
241
Hikmət. Dəvənin həlim olduqunu hamı bilir. Noxtasını bir uşaq
tutub yüz ağac
115
aparsa yenə itaətindən çıxmaz. Lakin təhlükəli bir
uçuruma rast gəldikdə, uşaq nadanlıq ucundan keçmək istəsə, dəvə
artıq itaətdən boyun qaçırar, dartıb noxtanı uşaqın əlindən alar, çünki
belə vaxtda sərt olmaq əvəzinə həlim olmaq düzgün deyildir. Məsəl
var deyərlər: Düşmən yumşaqlıqla dost olmaz, bəlkə bir az da tamahı artar.
Şer
Qulu ol, baxsa sənə kimsə məhəbbətlə əgər,
Kim sənə əyri baxa, durma çıxar gözlərini
Yumuşaq söyləmə sən qəlbi daşa sözlərini,
Ki, pas atmış dəmirə incə yiyə etməz əsər.