Qolunda zor varsa göstərmə barı,
Sən basıb sındırma zəif qolları.
Gücsüzə zülm edib ziyan vermə sən,
Ki, daha güclüdən zərər görərsən.
Hikmət. Ağıllı adam dava–dalaş gördü qaçar, barış gördü ləngər
salar. Orada salamatlıq kənardadır, burada rahatlıq ortada.
Zər atana se–şeş lazımdır, lakin se–yek gəlir.
Beyt
Meydandan min dəfə xoşsa çəmənzar,
Atın ki, əlində deyil ixtiyar.