45. Hekayət
Bir padşah dərvişlərə alçaq nəzərlə baxırdı. Onlardan biri bunu
sezib dedi: – Ey şah, bu dünyada doğrudur, ordumuz yoxdur, bunda
səndən daldayıq, lakin güzəranımız xoşdur. Öləndə bərabərik,
qiyamətdə isə səndən irəlidə olacayıq.
Şer
Ölkə alan padişahlar qoysalar da qızıl tac.
Dərvişlər də çörək üçün duysalar da ehtiyac,
Hər ikisi ölən dəmdə olar bir cür natəvan.
Aparmazlar bir kəfəndən başqa bir şey dünyadan.
Can mülkündən bir gün köçmək lazım gələrsə əgər
Gədalıq çox sultanlıqdan şərafətli körünər.
46. Hekayət
Dərvişliyin zahiri əlaməti köhnə paltar, qısa saçdır, lakin
haqiqətdə nəfsini öldürüb, qəlbini diri saxlamaqdır.
Şer
Arif deyil qapılarda dolaşan,
İddiası rədd olduqda savaşan.
Arif odur, dağdan uçsa bir qaya,
O qayanın qarşısından qaçmaya.
111
Tərbiyət.
Dərvişliyin yolu zikr, şükür, ibadət, itaət, sədəqə, qənaət, tohid,
təvəkkül, hər çatinliyə qatlaşıb hər bəlayə dözməkdir. Bu sadalanan
sifətlər kimdə varsa, qəba geymiş olsa da əsl dərvişdir. Lakin, hərzə-
hərzə danışan, binəmaz, xeyrə-şərə yaramaz, əyyaş, səhərdən axşama
qədər şəhvət hayına qalan, axşamdan səhərə qədər qəflət yuxusuna
dalan, qabağına gətiriləni yeyən, ağzına gələni deyən, əba geymiş
olsa da, dərviş deyil, lotudur.
Batini təğvadan
72
boş olan yazıq.
Zahirdə geymisən riyadan paltar
Qapından yeddi rəng pərdə, gəl, asma,
Sənin ki evində bircə həsir var.
73
Dostları ilə paylaş: |