Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə62/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   58   59   60   61   62   63   64   65   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
81 
Daşdan çıxarmışıq çörəyimizi... 
Sevgi yumşaltsa da ürəyimizi 
Əfqan diyarında bərkimişik biz. 
Ölümdən qorxmayıb bir an da belə 
Olarıq vətənə qurban da belə, 
Nizami də belə, Mehman
1
 da belə... 
Əfqan diyarında bərkimişik biz, 
Bərkimişik biz! 
 
        
(«İkinci Divan», səh. 696-697) 
 
Mənim  Əfqanıstan  şe’rlərim  çoxdur.  Oradan 
qayıtdıqdan  sonra  Bakıda  bə’zi  «əfqanlara»  (orada  uzun 
illər 
olan, 
yaxud 
döyüşlərdə 
fəal 
iştirak 
edən 
vətəndaşlarımıza  «əfqan»  deyirdilər)  olduqca  kobud 
münasibətin şahidi də olduq. Əlimdən nə gəlir ki? Bir şe’r 
yazdım: 
 
 
Məni o diyara kim göndərib bəs? 
 
«Səni  Əfqanısta-
na mən göndərməmi 
şəm...»  (Əfqanıstandan 
yaralı  qayıdan  bir  sovet 
əsgərinə 
sovet 
hə-
kiminin dediyi söz) 
 
                                                
1
  Низами  Мящрям  щазырда  Бакыда  ишляйир,  филолоэийа  цзря  фялсяфя 
докторудур, тарих елмляри доктору Мещман Сцлейманов ися Азярбайъан 
Республикасынын Иран Ислам Ъцмщуриййятиндя щярби атташесидир. 
Şahin Fazil 
 
 
82 
Dil necə qıyaraq o sözü deyib? 
Məni o diyara kim göndərib bəs? 
Sən göndərməmisən, o göndərməyib, 
Məni o diyara kim göndərib bəs? 
 
Hərə yaxasını çəkir bir yana, 
Gözü yaşlı qaldı nə qədər ana... 
Kim mənə «get, - deyib, - Əfqanıstan?» 
Məni o diyara kim göndərib bəs? 
 
Kim məni yollayıb oda, ölümə? 
Kim məni qurşayıb belə zülümə? 
Qumbara, tapança verib əlimə 
Məni o diyara kim göndərib bəs? 
 
Günümüz qaraydı, ayımız qara, 
Tale boxçasında payımız qara... 
Tamarzı qoyaraq yoldaşa, yara 
Məni o diyara kim göndərib bəs? 
 
Əlim getməzdi heç badam qırmağa, 
Yadam öldürməyə, yadam qırmağa... 
Adam öldürməyə, adam qırmağa 
Məni o diyara kim göndərib bəs? 
 
Mənmi yaralıyam, yaralımı sən? 
Həkim, duymayırsan məlalımı sən. 
Karsan? Eşitmirsən sualımı sən? 
Məni o diyara kim göndərib bəs? 
Məni o diyara kim gönədrib bəs? 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin