Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


dövrün  tələbini  yerinə  yetirməkdən  boyun  qaçıra



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə70/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   66   67   68   69   70   71   72   73   ...   166
dövrün  tələbini  yerinə  yetirməkdən  boyun  qaçıra 
bilərdi? 
Azərbaycanda 
yaşaya-yaşaya 
kim 
əks 
mövqedə  dayana  və  həqiqəti  qələmə  ala  bilərdi?»  Bu 
sual cümlələrinin üstündən də xətt çəkdik və beləliklə mən 
yapon  müəllifləri  kimi  məqaləmin elə cümlələrindən sərf-
nəzər etdim. 
Şaiq  öz  otağına  getdi.  Saat  1-ə  işləyirdi.  Yuxu 
gözümə  gəlmirdi.  Başıma  şe’r  gəldi.  Əlbəttə,  Yaponiya 
haqqında: 
 
Gündoğar ölkə 
 
Ey qoca Yer Kürəsində 
Vaxtın münasib bir və’dəsində 
Hamilə bir torpağın 
Gömbul qarnından çıxan 
Şahin Fazil 
 
 
92 
Gündoğar ölkə! 
Səni Allah yaratdı, 
Səni Yaradan yaratdı, 
Yaratdı və yaşatdı, 
Mə’lumdu bu. 
Səni Gün doğdumu, 
Yaponiya? 
 
Gecə-gündüz yanar 
Qap-qaynar 
Gündənmi doğuldun? 
Öz hərarəti ilə 
Gün elə qamaşdırdı gözünü, 
Qıyıqgöz oldun. 
Bəs başqa qıyıqgözlər? 
Bəs nanaylar,  
kalmıklar, 
qırğızlar? 
Axı o yerlərdə də 
Qıyıqgözdür adamlar, 
Amma,  
bənzəmirlər sənə o yerlər, 
çünki, sən 
Gündoğar ölkəsən, 
Yaponiya, 
İşıqlısan büsbütün,  
çünki, 
Yeri yaradan, 
Göyü yaradan, 
Günəşi yaradan 
Yaradanın –  


  Йапонийа сяфярнамяси 
 
 
93 
mamaça Allahın izni ilə 
Səni doğdu Gün, 
Yaponiya – 
Ey Gündoğar ölkə! 
 
Senday, 20 fevral 
Şahin Fazil 
 
 
94 
V.21 fevral. 
 
Tohoku  Universiteti.  Elmi  Forumun 
açılışı.    Saat  10.  Geniş  elmi  mə`ruzə  və 
verilən suallara cavablarım ( 1 saat 15 də-
qiqə). Məndən sonra prof ; Vaja Kiknad-
zenin  oxuduğu  elmi  məruzə  .Başqa  çıxış-
lar və məruzələr ( Hiroki Oka, Seiçi  Kita-
qava,Takaşi  Kuroda,  Hiroki    Takakura). 
“Hotel    Leopalase  Sendai”  Şərəfimizə  zi-
yafət. 
 
Dünən  yağan  qarı  axşam  başlayan  yağış  elə  dünən 
də  büsbütün  əritmişdi.  Amma,  gecə  yenə  də  qar  yağdı. 
Yaşıl  otların,  üryan  ağacların,  müxtəlif  rəngli  damların 
üstü  ağappaqdı.  Qar  ara-sıra  yenə  yağır.  Amma  günəş 
şüaları  da  çadra  buludların  üstünü  cırıb  özlərini  yerə 
çatdırmaq istəyirlər. 
Televizorun düyməsini basdım. ABŞ-ın yeni Dövlət 
Katibi  xanım  Hillori  Klintonun  Yaponiyaya  səfərindən 
fraqmentlər  göstərilir.  Müxtəlif  yerlərdə  bu  xanımın 
şərəfinə  təşkil  edilən  görüşlər,  jurnalistlərlə  press-
konferensiya və s... 
Vaxtımı  boş  keçirmək  istəmədim.  Televizoru 
keçirib, dəftərimi götürdüm: 
 
Qəzəl 
 
Mən Yaponda şərəfi, düzlüyü me’yar gördüm 
Və yaponlarda təmizlik sayağı var gördüm. 
 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin