159
nun bütün taksomotor və yükdaşıyan parklarındakı maşınlar
bütünlüklə qaz ilə işləyirlər. Bugün havasının və küçələrinin
təmizliyi şəhərin ən diqqətəlayiq xüsusiyyətdir.
Nəhəng şəhər oyanan kimi, minlərlə elektrik qatarı
bir-birindən iki dəqiqə yarımlıq intervalla şəhərə milyonlarla
adam gətirir. Saat 9-a qədər gəlib iş yerinə çatmaqdan ötrü
onlar gərək ən yaxşı halda saat 7-də qatara əyləşsinlər... Yol
Tokioya gəlib-gedən işçilərin saat yarımdan iki-üç,
bə’zilərininsə dörd saatadək vaxtını aparır...
Tokioda qaranlığın başlanma vaxtını tutmaq olmur.
Hava dərhal qaralır. Elə bil sehirli çubuğun sehri ilə
küçələrdə təxminən eyni bir vaxtda reklam işıqları yanır,
restoranların, kafe və barların adlarını bildirən lampalar
işıqlanır... Gecə yarısı bir neçə saat ərzində par-par yanan
işıqlı reklamlar sönür, ...amma gəlirləri az olan tokioluların
yaşadıqları Kabukityo adlı rayon səslərlə dolur. Bu rayonda
dörd mindən çox kiçik restoran, kafe və qəlyanaltı yerləri
var... Hər tərəfdən ciyilti, gülüş səsləri, rok-musiqi sədaları
eşidilir. Elə buradaca səkilərdə üstünə fanarlar qoyulan,
içərisində isə şamlar işıldayan stollar görünür. Onlar Tokio
falçılarının stollarıdır ki, falçılar az ödənişlə gəzintiyə çıxan
adamların falına baxır, əllərindəki cizgilərlə talelərini
söyləyirlər.
Lakin burada əhalinin az bir hissəsi vaxt keçirir ki,
onlar da əsasən vaxtlarını belə sərf edən cavanlardır. Əməkçi
Tokio isə yatır...» (Bax: Yaponlar, səh.71-75).
Tokio haqqında yığcam mə’lumat Azərbaycan Sovet
Ensiklopediyasında da vardır: «Tokio... – Hönsü adasının
şimal hissəsində, Kanto düzənliyində, Edoqava, Arakava,
Sumida, Tama çaylarının Tokio körfəzinə töküldüyü
yerdədir. İqlimi subtropik mussondur. Zəlzələlərə mə’ruz