164
Əlbəttə, sözlərim prof. K. İşiqukanın xoşuna gəlmədi.
Azərbaycanın orta əsr və yeni dövr tarixi və XX əsr
tarixşünaslığına dair suallara isə geniş cavablar verirdim.
Azərbaycan Respublikası tələbələri daha çox
maraqlandırırdı. Hamının qarşısında mənim tərcümeyi-
halımı əks etdirən və üzərində rəngli kiçik şəklim olan vərəq
vardı. Yaponları mənim keçdiyim həyat yolum, səfərlərim,
elmi və bədii yaradıcılığım maraqlandırdı.
Qeyd edim ki, Yaponiyanın Azərbaycandakı sabiq
səfiri nədənsə gəlib çıxmadı.
Görüşümüz bitdi. Küçəyə çıxdıq. Yağış yağırdı.
Ətrafımdakı adamların əksəriyyətinin əllərində çətirlər peyda
oldu. Xanım Ayumi və mən bir çətir altında addımlayırdıq.
Mə’lum oldu ki, o da Tehran Universitetində oxumuşdur.
Söhbətimiz fars dilində gedirdi. Məni menyuda əsasən balıq
yeməkləri olan yaraşıqlı bir restorana gətirdilər. İçki təklif
olundu. Hamı şərab istədi, özü də Fransa şərabı.
Şam yeməyi qurtardıqdan sonra taksi maşınlarına
mindik və Tokionun mərkəzində olan 5 ulduzlu «Sunroute»
otelinə gəldik. Şaiqlə mənə bu oteldə ayrı-ayrı otaqlar
verildi.
Ayrılarkən prof. T.Kuroda mənimlə sağollaşdı. O, sa-
bah İran səfirliyində Tehrana qarşıdakı səfəri ilə əlaqədar
məsələsini həll etdikdən sonra Sendoya qayıdacaq.
İçərisində hər bir şəraiti olan yığcam otağımdayam.
Yatağa uzandım. Gözümə yuxu gəlmir. Üç gündən sonra
qayıdıram vətənimə inşallah. Yenə Tokio-Moskva məsafə-
sindəki 10 saatdan çox uçuş. Yenə Moskvanın «Şeremetyevo
–2» aeroportunun tranzit zalında 9-10 saatlıq gözləmək.
Sonra Bakı istiqamətinə uçuş. Boş yerə darıxmaqdansa şe’r
yazmaq yaxşıdır. «İstiqamət» adlı bir şe’r yarandı: