Йапонийа сяфярнамяси
57
Xəyalım şe’rdə, nəzərim monitordadır.
Tokionun «Narita» adlanan aeroportuna çatanadək
aerobusumuz bu yerlərin üzərindən keçir: Kostroma,
Voloqda, Sıktıvkar, Yekaterinburq, Uxta ilə Perm arasında
yerləşən Ural dağları, sonra Qərbi Sibir düzənliyi,
Novosibirsk, İrkutsk, Xabarovsk, oradan şimalda Curcur
dağları və Tatar boğazı... Ada bax ha-Curcur. Boğaza bax
ha – Tatar! Yəqin ki, bu yerlərdə qədimlərdə türklər
yaşayıblar (Oljas Süleymenovun çoxdan oxuduğum «Az i
ya» kitabını bir də nəzərdən keçirməliyəm).
Maqadan şimalda qaldı. «Maqadan» dedim, yadıma
Cəmaləddin düşdü. Qohumum Cəmaləddin. 13-14 yaşım
vardı. Cəmaləddin günlərin bir günü Qubaya gəldi.
«Müharibədə itkin düşənlər» siyahısındaydı onun adı. Sən
demə, itkin deyilmiş, Maqadandaymış. 1953-cü ildə gəlib
çıxdı
Azərbaycana,
Qubaya.
Yaman
«vurandı».
Qohumlarım İmrana, Tariyelə, kiçik qardaşım Nərimana
və mənə çaxır içmək öyrətdi. Özü isə spirt içirdi. 96
dərəcəli spirt. Çox içdiyi üçün çox tez öldü. Biz isə çox
içmədik. Doğrudur, İmran da, Tariyel də, Nəriman da çox
yaşamadılar. Əməkdar İncəsənət xadimi İmran Xəlilov,
əsgərlikdən sonra Özbəkistanın Nəvai şəhərində ömür
sürən Tariyel Zeynalov və mənim müstəntiq qardaşım
Nəriman Fərzəliyev çoxdan Allah rəhmətinə qovuşublar.
Mən isə, hələ ki, sağam və hazırda Yaponiyaya
uçmaqdayam. Şükür sənə İlahi:
Hər yanan sönməlidir, sönməlisən, ey Şahin,
Əriyib şam təhəri söndü Nəriman da belə.
Dostları ilə paylaş: