III . 19 fevral Aeroportda müxtəlif yoxlama mər- hələləri. Qarşılanma və gözləmə zalı. Bakı Dövlət Universiteti Şərqsunaslıq Fakültəsi “Yapon dili və Ədəbiyyatı” şöbəsinin mə zunu, hazırda Tohoku Universitetinin magistrantı Şaiq Cəfərzadə. Tokio şəhəri .Seyirçi tanışlıq. Sakura ağacı. Dərhal yazdığım şeir – “Bu ağac”. Tokio- Senday istiqamətinə yollanan sür`ət qatarı – Şin- kansen. Senday şəhəri. “ Hotel Com`s”. Axşamüstü. Saat 18. Hiroki Oka, Takaşi Kuroda, Seiçi Kitaqava, həmçinin Senda- ya dünən gələn Vaja Kiknadze ( Gürcüs- tan Elimlər Akademiyası Tarix İnstitu- tunun direktoru) ilə ilk tanılıq.
Moskvanın «Şeremetyevo»sunda göyə qalxan
nəhəng dəmir quş Yaponiyanın «Narita»sınada yerə endi.
Özümüz də artıq yerdəyik. Saatın əqrəbləri 10
45
-i göstərir.
«Gündoğar ölkədəyəm, üstümə gün doğmuşdur, Bir səda gəldi qeybdən mənə Şahin - quşdur».
Doğrudan da, təyyarədə, gəmidə, maşında olan
insanlar quş kimidirlər. Dünən hardaydım, bu gün
hardayam.
Şahin Fazil
60
Aeroportun bir neçə mərtəbədən ibarət, müasir
üslubda inşa olunmuş yaraşıqlı olduqca böyük binası.
İçəridəyik. Müxtəlif yoxlama mərhələləri. Bu, sizin
vəzifənizdir, yoxlayın bizi, ey xüsusi peşə geyimli
aeroport işçiləri, yoxlayın. O qədər yoxlamalardan,
sınaqlardan, imtahanlardan keçmişəm ki... Bir polis
məndən yapon dilində nəsə soruşdu. Təbii ki, onun nə
dediyini anlamadım. Qarşısındakı mizin yeşiyindən illərlə
varaqlanmış və pis vəziyyətə düşmüş iri bir dəftər çıxardı.
Hansı dili bildiyimi xəbər aldı. Dəftərin ayrı-ayrı
səhifələrində dünyanın onlarla dilində müxtəlif suallar
yazılmışdı. Məsələn, rus dili, fars dili, türk dili, ərəb dili və
başqa dillərdə yazılmış sorğu-suallar : «Haradan
gəlmisiniz?»;
«Haraya
gedirsiniz?»;
«Səfərinizin
məqsədi?»; «Narkotik maddə qəbul edirsinizmi?» və s.
Sualların qarşısında isə cavablar: «Hə!», «Yox!». «İşgüzar
məqsədlə gəlmişəm». «Elmi e’zamiyyətə göndərilmişəm»
və s. Yapon gömrük işçisi ilə mənim aramda söhbət türk
dilində (əlbəttə, dəftərin köməyi ilə) gedirdi. O, barmağını
dəftərin bir sualının üstünə qoydu. Orada yazılmışdı:
«Narkotik və uyuşdurucu maddədən istifadə edirsinizmi?».
«Yox»
cavabı
verdim.
Növbəti
sual:
«Siqaret
çəkirsinizmi?».
Cavabım
yenə
inkaredici
oldu.
Gülümsəyən polis «o’key» deyib dəftəri örtdü və yerinə
qoydu. Mən də «o’key» deyərək onunla xudahafizləşdim.
Budur, «Narita»nın qarşılanma və gözləmə zalı.
Şaiq Cəfərzadə burada olmalıdır. Amma, hələ görmürəm
onu. O da məni görmür. Çünki bir-birimizi tanımırıq. Zalı
gəzə-gəzə ətrafa diqqətlə baxmaqdayam. Gözüm təyyarədə
məndən ayrılan rəqqas Kohşon Nanamiyə sataşdı.
Telefonumu ona göstərib başa saldım ki, bu telefon burada