Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə47/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   43   44   45   46   47   48   49   50   ...   166
(«İkinci Divan», səh.97) 
 
Qatarda  yol  gedirik.  Senday  şəhərinə  çatanadək 
Bakıdan  Lənkərana  qədərki  məsafə  qət  olunmalıdır.  Bu 
məsafəni getmək isə Azərbaycanda azı 8-9 saat vaxt tələb 
edir... 
Bir saat və bir neçə dəqiqəyə  Sendaya çatdıq. Əsla 
heyrətlənmədim. Axı, bura Yaponiyadır. Bizi gətirən qatar 
da  taqqa-tuqla  yırğalana-yırğalana  gedən  sovetlərdən 
qalma qatar yox, bir rels üzərində şütüyən yapon qatarıdır. 
Tokioda  olduğum  və  Sendaya  yollandığım  bir  saat 
və bir neçə dəqiqə ərzində bir qəzəl yazdım: 
 
Şahdağımdan götürüb atdı neçə yad dağına, 
Dözmüşəm kəc fələyin gör nə nə qədər şıltağına... 
 
Görmüşəm bir neçə cür rəngi olan hicranı, 
Lə’nət olsun ilanın qarəsinə, həm ağına. 
 
Amma, gözmuncuğu tək tapdım, itirdim yarı, 
Çatmışam mən qaragün indi ahıllıq çağına. 
 
Təpədən-dırnağacan el-obamın aşiqiyəm, 
Afərinlər ola mən tək bu vətən müştağına. 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin