67
Düzlüyün, doğruluğun munisi oldum daim, Vermədim mən yaxamı əyriliyin caynağına. Vətənim müstəqil olmuş, coşuram baxdıqca, Rəngi üç bayrağına, ulduzu bir bayrağına. Gündoğar ölkəyə gəlmək diləyirdim, Şahin, Doğdu gün bəxtimə, gəldim Yaponun torpağına. Tokio-Senday, 19 fevral
Şaiqlə, bizim üçün müəyyən olunmuş otelə
yollandıq. «Hotel Com’s» («Kams» oteli), 6-cı mərtəbə,
611-ci otaq mənimdir.
Azacıq istirahət. Telefon zəngi. Şaiq idi. Dedi ki,
saat 18-də yapon professorları mənimlə görüşə gələcəklər.
- Kimlər gələcək?
- Sizin qiyabi tanıdığınız cənablar Oka və Kuroda.
Onların gəlmələrinə hələ 2 saat vaxt vardı. Moskva-
Tokio istiqaməti ilə uçarkən bir qəzəl qaralamışdım.
Professorlarla görüşə isə hələ 2 saat vaxt vardı.
Vaxtı qənimət bilib təyyarədə başladığım qəzəli
otel otağında bitirdim:
Surət diləsəm də onu xülyadə görürdüm; Mən surəti, əlbəttə ki, mə’nadə görürdüm. Hər bir səfərimdə qonağa ehtiram üçün İran ilə Türkiyyəni amadə görürdüm. Mən Bağdada getdikdə hələ təhlükə yoxdu, Şahin Fazil
68
Əfqanlarısa cəngdə, qovğadə görürdüm. Görmək diləyirdimsə də, olmurdu müyəssər, Hərçənd Yapon yurdunu röyadə görürdüm. Allaha şükürlər ki, dilək qönçəsi açdı, Mən meylimi tez-tez bu təmənnadə görürdüm. Mən badəni atdım yerə, tutdum qələmimdən, Əvvəllər əlimdə arabir badə görürdüm. Şahin, qoca dünyanı dolan, gəz, qocalırsan, Öldükdə demə «surəti mə’nadə görürdüm».