Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə56/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   52   53   54   55   56   57   58   59   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
75 
«Milli  yapon  poeziyası  VII  əsrdə  yaranan  «vaka», 
yaxud  «tanka»  (beşlik)  və  XVI  yüzillikdə  vakanı  tam 
üstələyən  «hayku»,  yaxud  «hokku»,  ya  da  «haykay» 
(üçlük)  şe’rləri  ilə  zəngindir.  Son  illərdə  bir  neçə  xarici 
ölkədə, o cümlədən Azərbaycanda da yapon şe’rinə maraq 
çoxalmış,  nəticədə  hayku  poeziya  nümunələri  qələmə 
alınmışdır. 
Hayku  öz  qısalığı  və  özünəməxsus  poetikliyi  ilə 
seçilən lirik şe’r növüdür. 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri 
doktoru, professor  Şahin Fazil hayku yaradıcılığına 2004-
cü  ildən  başlamış  və  onun  bir  neçə  haykusu  Bakıda  və 
Tokioda Azərbaycan və yapon dillərində çap olunmuşdur. 
Oxuculara  təqdim  olunan  «Azərbaycan  haykuları» 
yapon  hayku  janrı  tərzində  Azərbaycanda  yazılan  ilk 
kitabdır. 
Şahin  Fazil  hazırda  haykudan  əvvəlki  yapon 
poeziya  janrı  olan  və  «vaka»  adlanan  «Azərbaycan 
vakaları»  adlı  kitab  üzərində  işləyir»  (Bax:  Azərbaycan 
haykuları, Bakı, 2007, səh. 372-373). 
Cənab  M.Seqava  prof.  V.Kiknadzeyə  də  müxtəlif 
suallar  verirdi.  Onların  aralarında  gedən  söhbət  Şaiqin 
köməyi olmadan ingilis dilində gedirdi. 
Sözün  tam  mə’nasında  «kəllə»  adamdır  bu 
kəlləşünas  professor.  Eşq  olsun  belə  alimlərə!  Axşam  bu 
günün  təəssüratı  ilə  «eşq  olsun»  rədifli  belə  bir  qəzəl 
yazdım, «mizbanlara eşq olsun» dedim: 
 
Elm üzrə yaponlarda tüğyanlara eşq olsun, 
İmkan eləyib gördüm, imkanlara eşq olsun. 
 
Şahin Fazil 
 
 
76 
Tüğyan belə tüğyansa, dövran belə dövransa, 
Hicran belə hicransa hicranlara eşq olsun. 
 
Eşq əhlinə fürsət var, elm əhlinə diqqət var, 
Loğmanlara qiymət var, loğmanlara eşq olsun. 
 
Söhbətləri həlva tək, hörmətləri dərya tək, 
Oka və Seqava tək insanlara eşq olsun. 
 
Nərgizdi, nilufərdir, reyhandı, sənubərdir, 
Güllər təzədir, tərdir, bağbanlara eşq olsun. 
 
Rəhm olsa gər insanda, qan axmasa 
 meydanda, 
Can çıxmasa meydanda meydanlara eşq olsun. 
 
Bir gündə uçub gəldim, şahin quşuna mən tay, 
Senday nə gözəl Senday! Mizbanlara 
 eşq olsun. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin