85
qalmış, 1991-ci ildən müstəqil Azərbaycan Respublikası
e’lan olunmuşdur».
XX əsr tarixinin dövrlərə bölünməsi uzun zaman
Sov. İKP-nin siyasi xətti əsasında həyata keçirilmişdir.
Lakin, Azərbaycan müstəqil respublika e’lan olunduqdan
bir il sonra (1992, may) BDU Tarix fakültəsində
«Azərbaycan tarixinin dövrləşməsi» probleminə həsr
olunmuş seminar keçirildi, alimlər yeni bölgülər təklif
etdilər. Prof. Yaqub Mahmudov tariximizi 4 dövrə, prof.
Süleyman Əliyarov isə onu 5 dövrə bölməyi təklif etdilər.
Bu mübahisəli məsələ xüsusunda hələlik ümumi fikir
yoxdur.
Tədqiqatçılar
(Z.Bünyadov,
M.İsmayılov,
S.Əliyarov,
Y.Mahmudov,
C.Həsənli,
E.İsmayılov,
X.Məmmədov, A.İsgəndərov, M.Qasımov, K.Şükürov,
İ.Musayev,
F.İbrahimli,
X.İbrahimli,
A.Balayev,
T.Qaffarov və s.) problemin öyrənilməsi sahəsində
mövcud olan nöqsanları tənqid edərək, Azərbaycanın
sovet dövrü tarixinin «ağ ləkələrdən» təmizlənməsində
məqsədyönlü fəaliyyət göstərmişlər. Akademik Ziya
Bünyadov
yazırdı:
«Kommunist
rejimi
dövründə
ölkəmizdə tarix elmi... hər kəsin istədiyi kimi rəftar edən
əxlaqsız qadına çevrilmişdir. Yuxarıların ab-havasını tutub
gedən müttəfiq və muxtar respublikaların katibləri
(respublika başçıları – Ş.F.) tarixi öz istədikləri kimi idarə
edirdilər».
Bu
problemin
tədqiqindəki
çatışmazlıqların
səbəblərini təhlil edən prof. Y.Mahmudov belə nəticəyə
gəlmişdi: «Tarixçilər içərisində torpağının, el-obasının
təşəbbüsünü çəkən, nurlu ideyaları olan tədqiqatçılar az
olmamışdır. Lakin onlara istənilən səviyyədə sərbəst
işləmək imkanı verilməyib. Onlar sifarişlə tarix yazmağa
Şahin Fazil
86
məcbur ediliblər. Bir sıra problemlərin analizi məsələsi
sadəcə olaraq qadağan edilib, mədhiyyələr yazılmasına isə
yaşıl işıq yandırılıb».
Ədəbiyyat sahəsində də eləcə. Məşhur şairlərimiz
kolxozu, sovxozu, MTS-i, beşillik planların «yerinə
yetirilməsi»ni, Lenin-Stalin mövzularını yazmaqla orden
qazanırdılar.
Aşıqlarımız
isə,
Allah
göstərməsin,
sosializmi, hətta kommunizmi şıdırğı təbliğ edir,
əyinlərinə Stalinin geydiyi dəbdə yekə cibli hərbi köynək
keçirir, qalife şalvar dəbində şalvar geyinir, ayaqlarına
sapoq taxırdılar (Elə indi də belədir. Məgər inqilaba
qədərki aşıqlar beləmi geyiniblər? Yaltaqlıq! Yaltaqlıqdan
ötrü yamsılama «üsulu»).