81
Daşdan çıxarmışıq çörəyimizi... Sevgi yumşaltsa da ürəyimizi Əfqan diyarında bərkimişik biz. Ölümdən qorxmayıb bir an da belə Olarıq vətənə qurban da belə, Nizami də belə, Mehman 1 da belə... Əfqan diyarında bərkimişik biz, Bərkimişik biz! («İkinci Divan», səh. 696-697)
Mənim Əfqanıstan şe’rlərim çoxdur. Oradan
qayıtdıqdan sonra Bakıda bə’zi «əfqanlara» (orada uzun
illər
olan,
yaxud
döyüşlərdə
fəal
iştirak
edən
vətəndaşlarımıza «əfqan» deyirdilər) olduqca kobud
münasibətin şahidi də olduq. Əlimdən nə gəlir ki? Bir şe’r
yazdım:
Məni o diyara kim göndərib bəs? «Səni Əfqanısta-
na mən göndərməmi
şəm...» (Əfqanıstandan
yaralı qayıdan bir sovet
əsgərinə
sovet
hə-
kiminin dediyi söz)
1
Низами Мящрям щазырда Бакыда ишляйир, филолоэийа цзря фялсяфя
докторудур, тарих елмляри доктору Мещман Сцлейманов ися Азярбайъан
Республикасынын Иран Ислам Ъцмщуриййятиндя щярби атташесидир.
Şahin Fazil
82
Dil necə qıyaraq o sözü deyib? Məni o diyara kim göndərib bəs? Sən göndərməmisən, o göndərməyib, Məni o diyara kim göndərib bəs? Hərə yaxasını çəkir bir yana, Gözü yaşlı qaldı nə qədər ana... Kim mənə «get, - deyib, - Əfqanıstan?» Məni o diyara kim göndərib bəs? Kim məni yollayıb oda, ölümə? Kim məni qurşayıb belə zülümə? Qumbara, tapança verib əlimə Məni o diyara kim göndərib bəs? Günümüz qaraydı, ayımız qara, Tale boxçasında payımız qara... Tamarzı qoyaraq yoldaşa, yara Məni o diyara kim göndərib bəs? Əlim getməzdi heç badam qırmağa, Yadam öldürməyə, yadam qırmağa... Adam öldürməyə, adam qırmağa Məni o diyara kim göndərib bəs? Mənmi yaralıyam, yaralımı sən? Həkim, duymayırsan məlalımı sən. Karsan? Eşitmirsən sualımı sən? Məni o diyara kim göndərib bəs? Məni o diyara kim gönədrib bəs?