dövrün tələbini yerinə yetirməkdən boyun qaçıra
bilərdi?
Azərbaycanda
yaşaya-yaşaya
kim
əks
mövqedə dayana və həqiqəti qələmə ala bilərdi?» Bu
sual cümlələrinin üstündən də xətt çəkdik və beləliklə mən
yapon müəllifləri kimi məqaləmin elə cümlələrindən sərf-
nəzər etdim.
Şaiq öz otağına getdi. Saat 1-ə işləyirdi. Yuxu
gözümə gəlmirdi. Başıma şe’r gəldi. Əlbəttə, Yaponiya
haqqında:
Gündoğar ölkə
Ey qoca Yer Kürəsində
Vaxtın münasib bir və’dəsində
Hamilə bir torpağın
Gömbul qarnından çıxan
Şahin Fazil
92
Gündoğar ölkə!
Səni Allah yaratdı,
Səni Yaradan yaratdı,
Yaratdı və yaşatdı,
Mə’lumdu bu.
Səni Gün doğdumu,
Yaponiya?
Gecə-gündüz yanar
Qap-qaynar
Gündənmi doğuldun?
Öz hərarəti ilə
Gün elə qamaşdırdı gözünü,
Qıyıqgöz oldun.
Bəs başqa qıyıqgözlər?
Bəs nanaylar,
kalmıklar,
qırğızlar?
Axı o yerlərdə də
Qıyıqgözdür adamlar,
Amma,
bənzəmirlər sənə o yerlər,
çünki, sən
Gündoğar ölkəsən,
Yaponiya,
İşıqlısan büsbütün,
çünki,
Yeri yaradan,
Göyü yaradan,
Günəşi yaradan
Yaradanın –
Йапонийа сяфярнамяси
93
mamaça Allahın izni ilə
Səni doğdu Gün,
Yaponiya –
Ey Gündoğar ölkə!
Senday, 20 fevral
Şahin Fazil
94
V.21 fevral.
Tohoku Universiteti. Elmi Forumun
açılışı. Saat 10. Geniş elmi mə`ruzə və
verilən suallara cavablarım ( 1 saat 15 də-
qiqə). Məndən sonra prof ; Vaja Kiknad-
zenin oxuduğu elmi məruzə .Başqa çıxış-
lar və məruzələr ( Hiroki Oka, Seiçi Kita-
qava,Takaşi Kuroda, Hiroki Takakura).
“Hotel Leopalase Sendai” Şərəfimizə zi-
yafət.
Dünən yağan qarı axşam başlayan yağış elə dünən
də büsbütün əritmişdi. Amma, gecə yenə də qar yağdı.
Yaşıl otların, üryan ağacların, müxtəlif rəngli damların
üstü ağappaqdı. Qar ara-sıra yenə yağır. Amma günəş
şüaları da çadra buludların üstünü cırıb özlərini yerə
çatdırmaq istəyirlər.
Televizorun düyməsini basdım. ABŞ-ın yeni Dövlət
Katibi xanım Hillori Klintonun Yaponiyaya səfərindən
fraqmentlər göstərilir. Müxtəlif yerlərdə bu xanımın
şərəfinə təşkil edilən görüşlər, jurnalistlərlə press-
konferensiya və s...
Vaxtımı boş keçirmək istəmədim. Televizoru
keçirib, dəftərimi götürdüm:
Qəzəl
Mən Yaponda şərəfi, düzlüyü me’yar gördüm
Və yaponlarda təmizlik sayağı var gördüm.
|