Partiyasının Böyük Vətən müharibəsi dövründə fəaliyyəti»
adlı monoqrafiyası haqqında yazır: «Bu kitabda müəllif
problemə bütün sovet tarixçilərinə xas olan partiyalı
mövqedən yanaşdığına və subyektiv mülahizələrə üstünlük
verdiyinə görə sırf KP-nin mövqeyini əks etdirir. Kitabda
müharibə dövründə Azərbaycan əhalisinə qarşı yeridilmiş
səhv
siyasətdən,
Stalin
rejiminin
qeyri-qanuni
hərəkətlərindən söhbət açılmaması isə, fikrimizcə, dövrün
tələblərindən irəli gəlmişdir» (Bunlar M.Zülfüqarlının
sözləri idi). Sonrasa mən məqalə müəllifi kimi belə
yazıram: «Əlbəttə elədir, cənab Zülfüqarlı. Hansı tarixçi