105
Haykular haqqında eşidib yox, oxuyub fikirləşmək
lazımdır:
Mənim şe’rlərimi Oxuyub sətir-sətir, Dərk edib şe’r-şe’r, Çevirib varaq-varaq fikirləş. Mənim şe’rlərimi Fikirləşib oxuma, Oxuyaraq fikirləş. (İkinci Divan, səh. 558-559)
Yaponşünas
Rəşad
Quluzadənin
mə’lum
məqaləsində Şahin Fazil haykuları haqqında müsbət
fikirlər
vardır
(bunu
mənim
qeyri-təvazökarlığım
sanmayın. Mən demirəm ki, Rəşad Quluzadə deyir): «...
Şahin Fazilin sevgi mövzusunda yazılmış haykuları əsasən
sevgili yar ilə olan söhbət, sevgiliyə olan hisslərin
tərənnümü, sevgili haqqında olan xatirələrin təsviri
formasında işlənmişdir:
Özünü sıx mənə, Qoyma üşüsün Divarda kölgəmiz».
Digər tərəfdən, onun haykuları arasında qəm-kədər,
qüssə mövzuları da az deyil.
Tut əlimi, Şahin Fazil
106
Əlim çirkli deyil, Göz yaşımla yumuşam.
Şair göz yaşını tökərək ağladığını «əlimi göz
yaşımla yumuşam» deyə ifadə edir.
Şahin Fazilin haykularında təbiət mövzusu da əsas
mövzulardan biridir:
Quru budaq Ölüdür onsuz da, Yaşı sındırma, külək!
Qarşısına çıxan hər şeyi sındırıb dağıdan küləkdən
şair heç olmazsa hələ cavan olan budağı sındırmamağı
xahiş edir.
Şahin Fazilin haykularında, bunlardan başqa,
«Tanrı», «İnsanlara müraciət» kimi mövzular da var:
Ey Allah, Çata bilmirəm sənə, Əlim aşağıdır.
Burada Tanrının dahiliyi, əlçatmazlığı və bununla
yanaşı insanların gücsüzlüyü haqqında danışılır» (Bax:
Göst. jurnal, səh. 147-148).
Matsuşimanın sahildən bir qədər uzaq olan
Zuyganji adlı mə’bədgahına gəldik.
Yaponiya mə’bədlər diyarıdır. Mə’bəd yaxud
mə’bədgah. Hər iki istilah ibadətgah deməkdir. İbadətgah,
yəni insanların ibadət etməyə gəldikləri müqəddəs yer. Bu
ölkədə qədimdən bəri iki din (sintoizm və buddizm)