VI . 22 fevral. Sürət qatarı. Senday-Matsuşi- ma istiqaməti. Matsuşima şəhəri. Zuy- ganji mə`bədi. Mə`bədin geniş həyə- tindəki müxtəlif budda heykəlləri və fontanlar. Zuyganji İncəsənət Muzeyi. Muzeyin müxtəlif guşə və mərtəbələri. Çoxsaylı eksponatlar. Sendaya dönüş. “ Kamikadze” adlı şeirim.
Bu gün heç bir tədbir nəzərdə tutulmamışdır. Bu
gün sadəcə olaraq gəzinti günümüzdür. Dünən yaponlar
haqqında bir qəzəl yazmışam:
Aləmlə girib bəhsə fərasətli yaponlar.
Йапонийа сяфярнамяси
101
Heyrətdə qoyur aləmi heyrətli yaponlar. Qeyrətlə sevər torpağı qeyrətli oğullar, Qeyrətlə sevir torpağı qeyrətli yaponlar. Var burda təmizlik ki, digər ölkədə varmı? Zəhmətlə çatıb məqsədə zəhmətli yaponlar. Heç yerdə görə bilmədiyim paklığı gördüm, İbrətdi bugün bizlərə ibrətli yaponlar. Davranmağı ərkanla, nəzakətlə, ədəblə Təlqin eləyir xəlqə nəzakətli yaponlar. Dövlət var elə, sanki onun qanunu yoxdur, Qanunları işlək ulu dövlətli yaponlar. Rəbb hörməti vardır deyə hörmətli olublar, Alqış sizə, əhsən sizə hörmətli yaponlar. Mə’murları, Şahin, necə də düzlüyə məftun, Düzgünlüyü vardır deyə – sərvətli yaponlar.