Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə73/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   69   70   71   72   73   74   75   76   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
99 
Prof. 
Seiçi 
Kitaqava 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. 
Takaşi 
Kuroda 
(Tohoku 
UNiversiteti, 
Beynəlxalq Mədəni Tədqiqatlar Mərkəzi). 
Prof. Hiroki Takakura (Tohoku Universiteti, Şimal-
Şərqi Asiya Tədqiqatlar Mərkəzi). 
 
Forumun  gündəliyindəki  bütün  çıxışlar  dinlənildi, 
müzakirə  olundu.  Takaşi  Kurodanın  mə’ruzəsi  mənim 
üçün çox maraqlı idi: «İranda Sovet Sosialist Respublikası 
Gilan».  Çıxışçıları  «Hotel  Leopalase  Sendai»  adlı  böyük 
bir  restorana  də’vət  etdilər  və  şərəfimizə  ziyafət  verildi. 
Yenə  də  ən’ənəvi  yapon  yeməkləri.  Ofisiantın  gətirdiyi 
şorbada  ən  gözəl  və  yadda  qalan  keyfiyyət  qaynadılmış 
böyük  bir  balıqqulağının  tən  ortasındakı  kiçik  bir  qurd 
oldu.  Yeyənlər  kef  etdilər.  Həmin  qurdu  iki  çubuqla 
götürüb elə ləzzətlə yedilər ki... 
Otelə  qayıdırıq.  Piyada.  Senday  şəhərinin  mərkəzi 
küçələrini  bir  daha  maraqla  seyr  edirəm.  Təmiz  və  saf 
havalı  şəhər.  Hər  yanda  rəngarəng  neon  çıraqları.  Hər 
tərəfdə  özünəxas  yapon  təmizkarlığı.  Küçələrdə  qədəm 
basdığın  asfalt  o  qədər  təmizdir  ki,  buraya  nə  qədər  qar, 
yağış  yağsa  da  tər-təmiz  qalır,  çünki  asfaltın  üstündə 
palçıqdan  əsər-əlamət  görünmür.  Mən  artıq  3  gündür  ki, 
Senday  şəhərindəyəm.  Hələ  bircə  nəfər  də  polis  gözümə 
dəyməyib. Səbəbini Şaiqdən soruşuram: 
- Polis niyə görünmür? 
-  Polis  nəyə  lazımdır  ki?  Bir  ölkədə  ki,  qanunlar 
işləyir,  qaydalara  əməl  olunur,  oğurluq  və  rüşvət  halları 
yoxdur,  hər  kəs  nizam-intizamı  göz  bəbəyi  kimi  qoruyur, 
polis nəyə lazımdır ki? 
Şahin Fazil 
 
 
100 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Əlbəttə, 
Yaponiyada polis var, amma onları görə bilmirsən. Zərurət 
olduqda  onların  özləri  çağırış-filan  gözləmədən  peyda 
olurlar.  Şəhəri  monitorlar  tam  nəzarət  altında  saxlayır. 
Doğrudan  da  «polis  nəyə  lazımdır  ki?».  Qanun-qaydanı 
gözləyən,  xuliqanlığa  yol  verməyən,  siqaret  kötüklərini 
hara gəldi tullamayan, küçə hərəkəti qaydalarını pozmayan 
adamlar  olan  yerdə  «polis  nəyə  lazımdır  ki?».  Mədəni 
davranış,  nəzakətli  rəftar,  qarşılıqlı  ehtiram  varsa  «polis 
nəyə  lazımdır  ki?».  Yaxşı  şe’r  mövzusudur,  deyilmi? 
Bəlkə  də  hər  yapon  düşünür:  «Mən  polisi  görməsəm  də, 
polis məni görür. Özümü lazımi səviyyədə aparmalıyam». 
Əgər  biz  də  belə  düşünsək  «polis  nəyə  lazımdır 
ki?». 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin