Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə81/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   77   78   79   80   81   82   83   84   ...   166
Ölülər ölü deyil 
 
Behiştdə diri varsa, 
Ölülər ölü deyil. 
Əl çalıb oynayarsa, 
Ölülər ölü deyil. 
 
Ey Məmmədquluzadə, 
Yaşamırmı dünyadə 
Ölü – düşərsə yadə? 
Ölülər ölü deyil. 
 
Eşq gölünü üzürsə, 
Cənnət bağın gəzirsə, 
Şahin Fazil 
 
 
110 
Cəhənnəmə dözürsə 
Ölülər ölü deyil. 
 
Bu məfhumda varmı sirr? 
Şəhadət eləyibdir, 
Allah özü deyibdir
1

Ölülər ölü deyil. 
 
Şahin Fazil, hər nəfər 
Ölən kimi, dirilər. 
Diridir, ey dirilər, 
Ölülər ölü deyil. 
 
13.08.2005 
Üçüncü Divan, səh.645-646 
 
Sintoizm,  buddizm  və  konfutsizm  haqqında  görək 
başqa  mənbələr  nə  yazırlar:  1.  Sintoizm  –  ibtidai  təbiət 
kultuna,  nəsli  və  tayfa  allahlarına  inam  və  müxtəlif 
sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə 
yanaşı).  Sinto-yaponca  «Allahın  yolu»,  yaxud  «tə’limi» 
deməkdir.  Sintoizmə  görə,  insanın  mənşəyi  sonsuz  sayda 
ruhlardan,  nüfuzlu  allahlardan  (kami)  başlayır.  Həmin 
allahlar  içərisində  xüsusi  yeri  Günəş  ilahəsi  Amaterasu 
tutur.  Yeni  eradan  əvvəl  660-cı  ildə  «Yamato  dövləti»nin 
taxtına  əyləşmiş  əfsanəvi  Yaponiya  imperatoru  Dzimmu 
(Dzimmu  -  Tenno)  birbaşa  Amaterasunun  nəslindəndir. 
                                                
1
 «Биз юлцляри дирилдярик» 
Гу’ран, Йасин суряси, 12-ъи айя. 
«Сонра Aллащ онлара «юлц» деди. Сонра щамысыны дирилтди». 
Гу’ран, Бягяря суряси, 243-ъц айя. 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin