Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə79/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   75   76   77   78   79   80   81   82   ...   166
Şahin Fazil 
 
 
108 
dini  mə’nası  vardır.  İnsanın  ayağı  altındakı  çınqıl  sanki 
dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu 
allahla söhbətə hazırlayır. Budda mə’bədinə isə adətən daş 
tavalardan düzəldilmiş dolanbac, ensiz yollar aparır. 
Nəhayət,  dua  edənlərin  özlərinin  hərəkətlərinə 
baxıb din haqqında fikir yürütmək olar. Adamlar mə’bədin 
qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma 
mərasimi  haqqında  akad.  Bəkir  Nəbiyevin  də  izləməsini 
vermişik  –  Ş.F.),  sinto  allahlarının  diqqətini  cəlb  etmək 
istəyirlər.  Lakin  onlar  hindlilər  kimi  dinməz  durub 
başlarını  sinələrində  qoşalaşdırdıqları  ovuclarına  tərəf 
əyirlərsə, deməli Buddaya müraciət edirlər. 
Əcnəbi  bu  fərqləri  tədriclə  öyrənəndən  sonra 
nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı 
olduğu  haqqında  sual  versə,  cavabında  çox  qəribə 
rəqəmlər  eşidər.  Həmin  rəqəmlərdən  elə  çıxar  ki,  ölkədə 
dindarların  sayı  əhalinin  sayından  iki  dəfə  çoxdur.  Bu,  o 
deməkdir  ki,  hər  bir  yapon  özünü  həm  sintoçu,  həm  də 
buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir. 
Allahların  bu  cür  yanaşı  durmalarını  nə  ilə  izah 
etmək  olar?  Onlar  hər  bir  yaponun  qəlbində  necə  yer 
tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə 
cavab  vermək  mümkündür:  əməyin  qəribə  bölgüsü 
sayəsində  sinto  insan  həyatındakı  bütün  fərəhli  hadisələri 
götürmüş,  kədərli  hadisələri  isə  buddizmə  vermişdir. 
Uşağın  anadan  olması  və  toy  sinto  mərasimləri  ilə  qeyd 
edilirsə,  dəfn  və  sələflərin  yası  budda  mərasimləri  ilə 
keçirilir. 
Yeni  doğulan  yaponu  ən  əvvəl  sinto  mə’bədinə 
aparırlar  ki,  yerli  allaha  təqdim  etsinlər.  Müəyyən 
müddətdən  sonra  uşağın  ölməsi  təhlükəsinin  sovuşduğu 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin