«Hind restoranı»ndan çıxıb, otelə qayıtdıq. Saat 21-
dir. Gecə yarısınadək Şaiqlə sabah yapon ictimaiyyəti,
tələbələr, tarixçi yapon professorları, Azərbaycanşünas
alimləri ilə keçiriləcək elmi forumdakı mə’ruzəmin mətni
üzərində yeni tərcümə işi apardıq. Çıxışıma 40 dəqiqə vaxt
ayrılmışdı. Mə’ruzəm geniş idi.
Yeri gəlmişkən, mə’ruzəm xüsusunda Azərbaycan
oxucusunda müəyyən mə’lumatın olması üçün müxtəsər
şəkildə onun təsvirini verməyi vacib bilirəm. Axı, mən öz
mə’ruzəmlə təkcə özümü yaponlara təqdim etmir, həm də
Azərbaycanı təmsil edirdim.
Mə’ruzə belə adlanır: «XX əsr Azərbaycan milli
tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət».
Əlbəttə, mövzu olduqca genişdir. Ölkəmizdə və
xaricdə bu haqda kitablar, dissertasiyalar, məqalələr çox
yazılmışdır. Əsl doktorluq dissertasiya mövzusudur.
Mə’ruzəmi hazırlayarkən Ə.S.Sumbatzadənin, M.P.Zülfü-
qarlının, N.Nəsibzadənin, F.İbrahimlinin, Z.Bünyadovun,
V.Çıraqzadənin,
C.Həsənlinin,
M.Əliyevin,
N.Yaqublunun, Ə.Mirhaşımovun, B.Mirzəyevanın, eləcə
də A.Bakıxanovun, ASE-nin IX cildinin, 7 cildlik
«Azərbaycan tarixi»nin, V cildinin mə’lumatlarından
olduqca
bəhrələnmiş,
qarşıma
XX
əsr
milli
tarixşünaslığımız haqqında yapon auditoriyası qarşısında
yapon təsəvvürünü icmal halda genişləndirmək məqsədi
qoymuşdum.
Məqalə aşağıdakı hissələri özündə ehtiva edir:
Şahin Fazil
84
Ön söz; Azərbaycan tarixşünaslığında XX əsr
tariximizin dövrlərə bölünməsi; XX əsrə qədərki
tarixşünaslığımız; XX əsr Azərbaycan tarixşünaslığına
giriş;
AXC
dövrünün
tarixşünaslığı
(1918-1920);
Azərbaycanda Sovet hakimiyyəti dövrünün tarixşünaslığı
(1920-1941); Azərbaycanın Böyük Vətən müharibəsi
dövrünün tarixşünaslığı (1941-1945); Sovet Azərbaycanın
müharibədən sonrakı dövrünün tarixşünaslığı (1946-1950-
)ci
illər;
1960-1980-ci
illər
tarixşünaslığı;
Sovet
imperiyasının süqutu; XX əsrin son onilliyi; Son söz.
«Ön söz»də sözümə belə başlayıram: «Yaponiya və
Azərbaycan. Yerləşdikləri məkan: Uzaq Şərq və Orta
Şərq. Şərq və Şərq. Şərq Şərqi öyrənir. Elə buna görə də
azərbaycanlı professor bu gün Yaponiyadadır. Mən
Tohoku Universitetinin professorları cənab Hiroki Okanın
və Takaşi Kurodanın də’vəti ilə bu gözəl ölkəyə gəlmişəm.
Mən bir Şərq ölkəsindən başqa Şərq ölkəsinə isti salam
gətirmişəm».
«Ön söz»dən cümlələr:
«Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi
ilə yaxından tanış olduqda mə’lum olur ki, onun təxminən
min ili müstəqillik, iki min ili isə istilalar və yadelli
qüvvələrin əsarəti dövrüdür.
Azərbaycanın XX əsr tarixi olduqca mürəkkəb və
ziddiyyətli olmuşdur. Bu bir əsrlik müddət ərzində Şimali
Azərbaycan
1918-ci
ilədək
Rusiya
imperiyasının
tərkibində qalmış, 1918-ci ilin may ayının 28-dən 1920-ci
ilin aprel ayının 27-dək müstəqil respublika kimi fəaliyyət
göstərmiş, 27 aprel 1920-ci ildən 18 oktyabr 1991-ci
ilədək Sovet Sosialist Respublikalar İttifaqının daxilində