79
lər. Mizimizdən uzaq olsa da, bir-birindən bir qədər
aralanmış iki zoğalı rəngli zərxara pərdə arxasında bir
hindli qadını gördüm. Çörək kündələyirdi...
Menyuya göz gəzdirdim. O çörəyin adı «Qəndəhar
nan» («Nane-Qəndəhar» - «Qəndəhar çörəyi» yox, məhz
hind dilində «Qəndəhar nan») yazılmışdı.
Qəndəharı xatırladım. Çox olmuşam o şəhərdə.
«Çehel zinə» yaxud «Çehel pillə» adlanan dağ ətəyi
yadımdadır. Orada Məhəmməd peyğəmbərin (s) əbası
saxlanılır və yerli əfqanlar həmin əbanın Qəndəharda
olması ilə fəxr edirdilər. Görəsən, indi hardadır o
müqəddəs əba? Görəsən hansı talibançı geyir əyninə o
əbanı? Pis günə qoydular Əfqanıstanı. Əvvəlcə ruslar,
sonra isə əfqan talibançıları, daha sonra isə amerikalılar,
ingilislər və başqa əcnəbi hərbiçiləri. Hamı göz dikib
Əfqanıstanın sərvətinə, varına. Var isə yerin altındadır.
Uran, mis, qızıl, qiymətli daşlar, neft, qaz... Daha nə
yoxdur Əfqanıstanda? Hər şey var. Amma özünün deyil.
Özündə olsa da, özünün deyil. Kiçik dövlətin səpvəti öz
başının bəlası imiş. Zavallı Əfqanıstan. Zəngin balaca
dövlət. Böyük dövlətlərin hələ XIX əsrdən tamah
saldıqları məkan.
Hind xörəklərindən xoşum gəldi. İlbiz-filan yoxdu.
Sanki Əfqanıstandaydım. Mən yəqin ki, daha bir də
Əfqanıstanda olmayacağam. 1988-ci ildə Əfqanıstana
«əlvida» dedim. Heyf zəhmətimizdən. Heyf «SSRİ»
adlanan
bir
dövlətin
bihudə
yerə
xərclədiyi
milyardlarından. Heyf orada öldürülənlərə. Hər şey bada
getdi. Amma, bərkidik. Bərkidik o ölkədə biz. Oddan-
alovdan keçidik... Və bərkdən-boşdan çıxdıq, bərkidik.