Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə52/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   48   49   50   51   52   53   54   55   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
71 
sual-cavablarımızı  öz  elmi  rəhbərinə  ciddiyyətlə  tərcümə 
etməkdəydi. 
Restorandan  çıxdıq.  Bir  qədər  də  geniş  bir  Tokio 
prospektində  gəzişdik.  Hava  soyuq  idi.  Saat  11-di. 
Dincəlmək lazımdı. 
Otağıma  gəldim,  yatağıma  uzandım,  pəncərəni 
açdım. Elə sakitlikdir ki! Sakitlik. Sükut. Sükutu dağıtdım. 
«Dördüncü  Divan»ımda  gedəcək,  lakin  hələ  yazıb-
bitirmədiyim,  amma  üzərində  işlədiyim  bu  qəzəli 
pıçıldamağa  başladım.    Sakitlikdi.  Özüm  deyib  özüm 
eşidirdim: 
Bağda çiçəklərlə danışmaqdayam, 
Dağda küləklərlə danışmaqdayam. 
 
Vaxtımı, bəsdir, ay adam, alma ki, 
Al çiyələklərlə danışmaqdayam. 
 
Harda İsaq ilə Misaq quşları? 
Mən kimi təklərlə danışmaqdayam. 
 
Xamuş olun, dinləyin, ey xamlər, 
Mən... kəpənəklərlə danışmaqdayam. 
 
Var ucalıq öylə yaponlarda ki, 
Sanki fələklərlə danışmaqdayam. 
 
Qəddi uzun kəsləri çox dinlədim, 
Qəddi gödəklərlə danışmaqdayam. 
 
Qəlbidaş insanları dindirməyib 
İncə ürəklərlə danışmaqdayam. 
 
Sakit olun, çəkdi xəyal Şahini, 
Göydə mələklərlə danışmaqdayam. 
Şahin Fazil 
 
 
72 
 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin