Şaiq təklif olunan yeməkləri yedi, mən isə baxa-
baxa qaldım, burada olacağım 10 günüm beləmi
keçəcək?..
Cənab Okanın telefonu səsləndi. Yaponca danışdı
və dedi ki, professor Seiçi Kitaqavadır. Şaiq üzünü mənə
tutub: - Mənim elmi rəhbərimdir, - dedi.
Qeyd edim ki, cənab Kitaqava bir neçə il bundan
əvvəl (o zaman mən Əfqanıstanda işləyirdim) Bakıda iki-
üç ay olub. İxtisasca monqolşünasdır. Vaqif Priyevlə –
mənim
moqolşünas
dostumla
dostluq
ediblər,
məktublaşıblar.
Azacıq sonra balaca boylu böyük alim cənab
Kitaqava da gəlib çıxdı. Söhbətimiz xeyli uzandı. Nədən
danışmadıq ki? Tohoku Universitetindən, Azərbaycan
Elmlər Akademiyasından, Gürcüstan Tarix İnstitutundan,
Tehran Universitetindən (bu professorlar dəfələrlə İranda
olublar), indiki və gələcək həmkarlarımızdan və s. Şaiq