126
ianə gətirmişdilər. Onlar da, buraya gəlmiş digər «allah
bəndələri» də öz nəzir-niyazını mə’bədin girəcəyində
qoyulmuş şadaralı qutulara salırdılar» (Bax: Bəkir Nəbiyev.
Göst. kitab, səh. 696).
Bəkir müəllimdən 18 il sonra Kiotoda olmuş Yasif
Nəsirli də kitabında Kioto mə’bədlərindən bəhs etməyi
unutmur, amma onun yazdıqlarının bə’zi müvafiq təsviri
Bəkir müəllimin yazdıqları ilə üst-üstə düşür: «Kioto üç
tərəfdən sıx meşəli dağlarla əhatə olunmuşdur. Yaponiyada
mövcud olan hər iki dinə (sintoizm və buddizm) məxsus olan
mə’bədlər şəhəri üzük kimi dövrələmişlər» (Bax: Yasif
Nəsirli. Günəşlə görüş, səh.44-45).
Y.Nəsirlinin V.Ovçinnikovun kitabından əxz etdiyi
maraqlı bir açıqlaması da var. «Günəşlə görüş»də oxuyuruq:
«Hər iki dinə məxsus olan mə’bədlərdə yaponlar Allahlarına
üz tutanda üç dilək istəyirlər:
- Xəstəlik onlardan uzaq olsun;
- Ailədə əmin-amanlıq hökm sürsün;
- İşsiz olmasınlar, işdə uğur qazansınlar» (Bax: Yasif
Nəsirli. Günəşlə görüş, səh.45; V.Ovçinnikov. Sakura
budağı, səh.24).
«Sakura budağı»nda oxuyuram: «Bu üç dua hər hansı
bir dinə mənsubiyyətdən asılı olmayaraq həyatda adi arzular
kimi səslənir. Yaponlar üçün ruhani, məsələn, katoliklərdə
olduğu kimi nəsihətçi deyil, sifariş ilə müəyyən mərasimləri
yerinə yetirən adi şəxsdir» (Bax: Sakura budağı, səh. 24).
Yaponiyanı
məndən
qat-qat
artıq
tanıyan
V.Ovçinnikov yuxarıdakı fikrindən sonra yaponların dinə
münasibətləri barədə belə bir fikrə gəlir: «Ümumiyyətlə,
qonşuları çinlilər kimi yaponlar da dinə az inanırlar. Lakin
çinlilərdə dini bir çox hallarda etika, yə’ni adamlar