a). Hasaqeva Touhaku Bijutsu
b). Bunou ( Genna 8-ci il 1622-ci il)
c). Bərpa edilmişdir (Rikihou Bijutsu) 1988-ci
il, şova 63-cü il
Muzeyin əsas abidələri:
Hondou Shouhekiga, Genna (1622)
Unpan (Karyaku Gannen, 1326)
Mokuzou Godaimyo Uouzon (11-ci əsr, Shotou)
Butsu Nehanzu (Muromachi)
Saka Seppouzu (Muromachi)
Date Masamune Kachuu İzou (Shotou, 1652)
Date Rekidai Hanshu Gazou (Edo)
Zuiganji Rekidai Chousou (Edo)
Ungo Kiyo Bokuseki
Chawan (Tenmoku, Akaraku, Gohon, Koseto)
Youkenzu, Ema (Keian, 1650)
Йапонийа сяфярнамяси
123
Oowакizashi (Meireki Gannen, 1655)
Bonshou (Keichou, 1608)
Youtokuin Yoşihime (Edo)
Youtokuin Mokozou (Keian, 1650)
Tenrinin Gorohachi (Edo)
Tenrinin Mokozou (Kanbun, 1663)
Date Masamune Waka Kaishi (Keichou, 1609)
Matsushima (Kyouho Gannen, 1716)
Date yazı abidələri Tadamune
1
Yaponiya mənim gördüyüm Zuyqanji mə’bədindən
başqa çoxsaylı mə’bədlər diyarıdır ki, onlardan biri və ən
möhtəşəmi «Qızıl Mə’bəd»dir. Yukio Misimanın məşhur
«Qızıl Mə’bəd» adlı romanı məhz bu tarixi abidə
barəsindədir. Müəllif gənc bir monax tərəfindən 1950-ci ildə
Kioto şəhərində yandırılan həmin mə’bədin hekayətini
qələmə almış, «Nyu York Tayms»da yazıldığı kimi, özünün
dünyanın ən iste’dadlı yazıçılarından biri olduğunu
göstərmişdir. Kitabda oxuyuruq: «Kitayama malikanəsində
yaşayan zadəgan Yosimitsa Asikada /1358-1408/ geniş bir
ərazidə böyük bir saray kompleksi inşa edir. Bu tikintidə
dini səciyyəli bir Aramgah, Müqəddəs Od Mə’bədi, Tövbə
Zalı, Su ilə Təmizlənmə Mə’bədindən başqa bir sıra mülki
1
Бунлар Зуйgанжи мя’бядиня дахил оларкян мяня верилян рянэли
памфлетдян (мялумат китабчасы) эютцрцлмцшдцр. Йапон дилиндя
йазылмыш щямин памфлет материалларынын тяръцмясини мяня
тягдим едян БДУ Шяргшцнаслыг Факцлтяси, Узаг Шярг Дилляри вя
Ядябиййаты кафедрасынын мцяллими Йашар Ибращимова тяшяккцр
едирям.
Şahin Fazil
124
binalar da vardı: Baş Saray, Müşavirə Zalı, Saray Adamları
Evi, Səma Güzgüsü İmarəti, Qütb Ulduzu Qalası, «Bulaq»
İmarəti, Qara Baxıb Həzz Almaq Malikanəsi və s. Ən çox
vəsait sonralar Kinkakudzi – «Qızıl Mə’bəd» adlanan
Aramgaha xərclənmişdi.
1938-ci ildə inşa olunan Qızıl Mə’bəd 3 mərtəbədən
ibarətdir. Mə’bədin damı sərv ağacının qabığı ilə
örtülmüşdür və orada üstünə qızıl suyu çəkilmiş bir mis
simurğ quşu heykəli vardır. Ağacdan hazırlanmış divardakı
tirlər özündə buddizm me’marlığı elementlərini əks etdirir.
Yosimitsanın vəsiyyətnaməsinə əsasən Kitayama
saray Ansamblı Zen sektasının ixtiyarına verilir və
«Rokuondzi Mə’bədi» adlanmağa başlayır. Əsrlər ötdükcə
imarətin bir sıra binaları dağılırsa da, Qızıl Mə’bəd möcüzəli
bir tərzdə öz əvvəlki görünüşünü saxlayır (Bax: Юкио
Мисима. Золотой храм, Санкт-Петербург, 2002, səh.24-
25).
Hörmətli oxucu, bu mə’lumatı mən 48 roman, 18
pyes, çoxsaylı hekayə, esse və publisistik yazılar müəllifi
olan məşhur və ən çox oxunan yapon yazıçısı Yukio Misima
(əsl adı Xiraoka Kimitakedir) tərəfindən yazılmış «Qızıl
Mə’bəd» romanından götürmüşəm.
1925-1970-ci illər arasında yaşamış bu qeyri-adi
insanın əsərləri bütövlükdə 100 cildə qədərdir. Öz qısa
ömründə Yukio Misima yazıçı olmaqdan başqa idmançı,
rejissor, teatr və kino aktyoru, simfonik orkestr dirijoru,
təyyarəçi, səyyah və fotoqraf kimi də şöhrət qazanmışdır.
Ömrünün son illərində fanatikcəsinə monarxizm və
samurayçılıq ən’ənənələrini öyrənməyə qapılmış, 1970-ci
ildə, başçılıq etdiyi «Qızıl Qalxan» adlı özünümüdafiə
qrupunun 6 nəfər üzvü ilə birlikdə monarxizm çevrilişi
|