Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə98/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   94   95   96   97   98   99   100   101   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
133 
gəncləri 
kamikadze 
adlandırdı. 
Komandanlıq 
məhz 
kamikadzelərin  köməyi  ilə  müharibənin  gedişini  özlərinin 
xeyrinə  dəyişmək  məqsədi  daşıyırdı.  O  vaxtın  ilk  kamikad-
zeləri  Amerika  təyyarələrini  məhv  etməyə  yollanan  yapon 
təyyarəçiləri  idilər,  sonra  isə  «adam-qayıqlar»,  «adam-
minalar»,  «adam-tanklar»  və  s.  kamikadze  oldular.  Mü-
haribənin  sonunda  Yaponiya  silahlı  qüvvələrinin  tərkibində 
yüzlərlə  kamikadze  dəstələri  fəaliyyət  göstərirdilər  ki,  bə’zi 
dəstədə olan döyüşçülərin sayı minlərlə idi». 
İlk  kamikadze  dəstələrinin  banisi  və  ideya  təhrikçisi 
1944-cü ildə  Filippin adasında  kamikadze eskadrasını təşkil 
edən  admiral  Onisi  olmuşdur.  Bu  admiral  haqqında  kitabda 
oxuyuruq: «Onisi kamikadze olan hər döyüşçünü inandırırdı 
ki, o, «yer istəklərindən uzaq olan allahdır». 
Kamikadze  təyyarəçilər  «uçan  qalaları»  (bom-
bardmançı  B-42  amerikan  təyyarələrini)  və  başqa  böyük 
məntəqələri  talana  mə’ruz  qoymalı  idilər.  «Adam-qayıqlar» 
düşmənin  hücuma  keçən  gəmisinə  partlayıcı  maddələrlə 
təchiz  olunmuş  torpedaları  istiqamətləndirməyi  öyrənmiş-
dilər. «Adam-minalar» dalğıc kostyumu geyinərək, uclarında 
güclü  partlayıcılar  olan  alətlərlə  silahlanır,  düşmənin  desant 
gəmilərini  partlatmağa  hazırlaşırdılar.  «Adam-minalar» 
həmçinin belə üsullarla hücuma keçən tankları məhv etməyi 
mənimsəyirdilər. 
Piyada 
orduda 
«adam-pulemyotlar», 
«adam-snaryadlar» da vardı. 
Cənub-Şərqi 
Asiya 
bölgəsində 
İkinci 
Dünya 
müharibəsinin  sonlarında  uğurlu  hərbi  əməliyyatlar  aparan 
amerikan  komandanlığı  əvvəllər  yapon  kamikadzelərinə 
əhəmiyyət  vermirdi...  onlar  kamikadzelərlə  mübarizə 
aparmağa  psixoloji  cəhətdən  hazır  deyildilər...  kamikadze 
dəstələrinin Yaponiyada meydana çıxmaları, əlbəttə, təsadüfi 
Şahin Fazil 
 
 
134 
deyildi.  Onlar  fəaliyyətə  başlamalarına  görə  busido 
(döyüşçünün yolu) adlanan əxlaqi-etik sistemə borclu idilər. 
Kamikadzeçiliyin  əsasında  Yaponiya  uğrunda,  imperator 
uğrunda  ölmək  ideyası  dururdu...  yapon  gəncləri  pərvanə 
atəşə  cuman  kimi  kamikadze  dəstələrinə  qoşulmağa  can 
atırdılar...  onları  gözləyən  qaçılmaz  ölüm  qabağı,  öz 
həyatlarını  Yaponiya  və  imperator  uğrunda  vermək 
niyyətləri  barədə  qohumlarına  və  yaxın  adamlarına 
yazdıqları  məktublarda  cavanlar  ruh  yüksəkliyi  ilə 
bildirirdilər:  «Mənə  görə  ağlamayın.  Bədənimin  külə 
dönəcəyinə  baxmayaraq,  mənim  ruhum  mənə  əziz  olan 
yerlərə  qayıdacaq  və  mən  həmişəlik  sizinlə,  dostlarımla  və 
qonşularımla  birlikdə  olacağam.  Mən  sizin  səadətiniz 
naminə dua edirəm». 
«Yaponlar»  kitabında  kamikadze  qətiyyəti  haqqında 
başqa mə’lumat da vardır: 
«İyirmi iki yaşlı miçman İtiro Xayasi öz məktubunda 
anasına  təskinlik  verib  yazırdı:  «Əziz  anam,  xahiş  edirəm, 
məndən  ötrü  darıxma.  Döyüşdə  ölmək  necə  də  səadətdir! 
Mənə Yaponiya uğrunda ölmək xoşbəxtliyi nəsib olmuşdur... 
Görüşənədək,  mənim  əzizim.  Məni  özünə  qəbul  etməyi 
Göydən  xahiş  elə.  Əgər  Göy  məni  qəbul  etməzsə  olduqca 
qəmlənərəm. Məndən ötrü dua et, ana!». 
Bir çox kamikadzelər hərbi əməliyyata yollanmazdan 
əvvəl əlvida şe’rləri yazırdılar. Onlardan birinin gündəliyində 
belə bir qeyd vardır: «Mən hər gün paltarımı yuyuram, çünki 
çirkli paltarda ölmək istəmirəm». Sonra həmin kamikadzenin 
belə bir şe’ri gəlir: 
 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin