Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


(Divan, Bakı, 1996, səh.325-326)



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə97/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   93   94   95   96   97   98   99   100   ...   166
(Divan, Bakı, 1996, səh.325-326) 
Şahin Fazil 
 
 
132 
 
Möhtərəm  oxucu,  şe’r  uzun  oldu.  Dərdlərimiz  kimi. 
Deməyin  Şahin Fazil uzunçudur. Deməyin cavabsız sualları 
var.  Cavabımız  olar  inşallah.  «Cavab  qaldı  qiyamətə» 
deməyəcəyəm.  Cavab  tezliklə  olar  ümidindəydim.  Cavab 
olacaq! 
Yaponların  çoxlu  kamikadzeləri  olub.  Hərbiçilər 
İkinci Dünya müharibəsi vaxtı kamikadze adlandırılan bə’zi 
vətənpərvərləri  raket-bombaların  içərisinə  «hörüb»  düşmən 
tərəfin  təyyarə  bazaları  və  gəmilərinə  tərəf  atır,  nəticədə 
içəridən idarə olunan və düz hədəfə dəyən raket-bombalar da 
məhv olur, hədəflər partlayırdı. Kamikadzelər haqqındakı bu 
mə’lumatı  mən  hələ  tələbə  ikən  müxtəlif  mənbələrdən 
oxumuşam. «Yaponlar» kitabında kamikadze xarakteri, onun 
ölümdən qabaqkı xoş əhvali-ruhiyyəsi, öləndən sonra ölməz 
olacağına inamı aşağıdakı kimi əks olunur: 
«XII  əsrin  ikinci  yarısında  Yaponiya  monqol 
hücumuna  mə’ruz  qaldı.  Çingiz  xanın  nəvəsi  Hubilay  iki 
dəfə (1274 və 1281-ci illərdə) gəmilər armadası ilə Yaponiya 
sahillərinə  gələrək  ölkəni  fəth  etmək  istədi.  Amma,  hər  iki 
yürüş uğursuz oldu. İşğalçıların Yaponiya adalarına endikləri 
vaxt  baş  verən  güclü  tufanlar  onların  gəmilərinin 
əksəriyyətini  darmadağın  etdi.  Yapon  tarixçiləri  həmin 
tufanları «kamikadze» - «ilahi külək» adlandırmaqla məhz o 
küləyin  yapon  xalqına  ilahi  kömək  etdiyini  yazdılar» 
(«Yaponlar» kitabı, səh. 173; V.Ovçinnikov. Sakura budağı, 
səh.18). 
Kitabın müəllifləri sonra XII əsrdən XX əsrə gələrək 
könüllü ölümə gedən gənc adamları belə xarakterizə edirlər: 
«İkinci  Dünya  müharibəsinin  axırında  Yaponiya 
məğlub  olduğu  vaxt  yapon  komandanlığı  ölümə  gedən 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin