Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə99/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   95   96   97   98   99   100   101   102   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
135 
«Ölmək istəyirəm, 
Yerə tökülən gül ləçəkləri kimi  
ölmək istəyirəm. 
Çünki mən 
Yaponiyanın sakura gülüyəm». 
 
Başqa bir kamikadze isə belə yazır: 
 
«Mən göyə uçuram, 
Buludların zirvələrinə şığıyıram, 
Oradır mənim məzarım»
.11
 
 
Kamikadze  hərbi  əməliyyata  gedərkən  sanki  öz 
dəfnində  iştirak  edirdi.  Təyyarəyə  minərkən  o  aerodromda 
qalan 
adamlara 
deyirdi: 
«Yasukini 
mə’bədində 
görüşənədək!». 
Tokionun  mərkəzi  məhəllələrinin  birində  yerləşən 
Yasukuni  mə’bədində  hər  il  fevralın  11-də  imperator  və 
Yaponiya  uğrunda  ölənlərin  şərəfinə  təntənəli  mərasimlar 
keçirilir.  1945-ci  ilə  qədər  o  mərasimlər  «kiqensetsu»  - 
«imperiyanın  əsasının  qoyulduğu  gün»  adlanırdı.  Rəvayətə 
görə  e.ə.  660-cı  ilin  fevral  ayının  11-də  Yapon  adaları 
üzərində  allahlar  nəslindən  olan  imperator  Dzimmu  taxta 
əyləşmişdir.  İkinci  Dünya  müharibəsindən  sonrakı  iyirmi 
ildə  «kiqensetsu»  mərasimi  keçirilmədi.  Sonra,  11  fevral 
yapon təqvimində yenidən qırmızı rənglə yazılmağa başladı, 
amma,  mərasimin  adı  dəyişdirilərək  «dövlət  əsasının 
qoyuluşu  günü»  adlandı.  Hamı  üçün  istirahət  günü  e’lan 
olunan 11 fevral günü, əvvəllərdə olduğu kimi, adamlar yenə 
                                                
1
 Haykuların rus dilindən tərcüməsi bu sətrlər müəllifindir. 
Şahin Fazil 
 
 
136 
də  Yasukuni  mə’bədinə  həlak  olmuş  hərbiçiləri  yad  etmək 
üçün  axışırlar.  Onların  bə’ziləri  köhnə  hərbi  formada  və 
silahla gəlirlər. Mə’bədin qarşısında hərbi hissələr ritual marş 
keçirir,  tələbə  və  məktəblilər  lal-dinməz  halda  sıraya 
düzülürlər.  Mə’bədin  qapıları  önündə  ultra-sağçı  adamlar 
qara  furqonlarda  ...  marşlar  səsləndirirlər,  kamikadzelərin 
kölgələri cana gəlir («Yaponlar» kitabı, səh.173-176). 
Görəsən  biz  azərbaycanlıların  da  kamikadzeləri 
olacaqmı?  Əgər  belə  davam  edərsə,  olacaq!  Qocalığıma 
baxmayın, elə biri mən özüm. 
Kamikadze olmaq xəyalı ilə bu şe’ri yazdım: 
 
Kamikadze 
 
Torpağında 
Tarix boyu 
Savaş gedən 
Cəng olan, 
Kiçiklikdən böyüklüyə 
Yol gedib nəhəng olan, 
Gizli qalan 
Sirr ölkə, 
Çətinliyə sinə gərən 
Bir məkan, 
Çətinliyin üzərindən 
Mətinliklə adlayan, 
Çətinliklə adlayan 
Yaponiya adlanan 
Bir səltənət, məmləkət! 
Ey dininə, məzhəbinə 
E’tiqadla tapınan, 



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin