Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə91/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   87   88   89   90   91   92   93   94   ...   166
  Йапонийа сяфярнамяси 
 
 
125 
etmiş, amma monarxizmə əks olan kütlə qarşısındakı qızğın 
çıxışından  sonra  ideyasının  iflasa  uğradığını  görmüş,  nəticə 
e’tibarilə həmin 7 nəfər özlərini xarakiri (seppuku) etmişlər. 
Yukio  Misimanın  bənzərsiz  həyatı  və  onun  özünü 
xarakiri etməsi qəlbimi o dərəcə riqqətə gətirdi ki, dərhal bir 
şe’r  yazdım.  Mən  həmin  şe’ri  səfərnaməmin  «xarakiri 
əməliyyatının» təsvirinə həsr etdiyim hissəsində verəcəyəm. 
Akad.  Bəkir  Nəbiyev  də  yapon  mə’bədindən 
yazmışdır.  Onun  yaxından  seyr  və  əhatəli  təsvir  etdiyi 
mə’bədlərin  biri  Yaponiyanın  qədim  paytaxtı  olan  Kioto 
şəhərindədir. Alim yazır: «Kiotoda... dağların qoynunda təbii 
fəlakətlərdən  və  basqınlardan  qorunmaq  üçün  xüsusilə 
əlverişli  hesab  edilən  guşələrdə...  müxtəlif  zamanlarda  dini 
mə’bədlər tikilmişdir. Yaponiyada mövcud olan hər iki dinə 
(sintoizm,  buddizm)  məxsus  irili-xırdalı  onlarla  bu  cür 
mə’bəd  şəhəri  üzük  qaşı  kimi  dövrələmişdir.  Mə’bədə 
girmək ərəfəsində hamı müxtəsər bir yuyunma mərasimi icra 
etməlidir.  Bə’zi  əlamətlərilə  müsəlmanların  dəstəmazını 
xatırladan  bu  mərasim  dağ  çeşməsinin  şəffaf  suyu  ilə  ağızı 
yaxalayıb  ondan  bir-iki  qurtum  içməklə  bitir.  Biz  oraya 
çatanda sinto  mə’bədində  təzə  doğulmuş uşaqlara xeyir-dua 
verilməsi  mərasimi  icra  olunurdu.  20  gənc  valideyn  qırxı 
təzəcə  çıxmış  on  körpəni  bu  münasibətilə  mə’bədə 
gətirmişdi.  Müasir  dəbdə  təzə  kostyum  geymiş  atalar  və 
əlvan  tikməli  kimanoya  bülənmiş  qadınlar  sıra  ilə  əyləşib 
çiyninə  qar  kimi  ağ  parça  salmış,  ayağı  taxta  başmaqlı 
kahinin xütbəsini dinləyir, qoşalanmış əllərini üzlərinə aparıb 
yəqin  ki,  onun  dediklərini  təkrar  edir,  hərdənbir  də  (hamısı 
eyni  vaxtda)  ikicə  dəfə  əl  çalırdılar.  Bizə  izah  etdilər  ki,  bu 
əlçalma  ilə  valideynlər  kahinin  duasının  müstəcəb  olmasına 
şərik çıxdıqlarını ifadə edirlər... Əlbəttə, valideynlər mə’bədə 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin