III kollokvium
1.Şimali Amerika adalarla birlikdə 24,2 mln kv km sahəyə və 500 mln nəfər
ə
haliyə malikdir. Əhalinin hər kv km – də orta sıxlığı 20,1 min nəfərdir.Şimali
Amerikada savadlılığın orta göstəricisi 82% - dir. Ən an ərazisi və əhalisi olan
Sent-Kits və Nevis sayılır. Ən çox əhalisi olan şəhər Mexikodur.
Ş
imali Amerikada müstəqil 10 materikdə 13 ada dövləti, 13 müstəqil olmayan
ə
razi var. 13 respublika, 2 federativ dövlət mövcuddur. ABŞ-in əhalisinin və
Kanada əhalisinin 90% - dən artığı Avropa mənşəlidir. Ən böyük neqroid qrupu
ABŞ – da məskunlaşmışdır. ABŞ – da, Kanadada əsas dövlət dili ingilis dilidir.
Dini əqidələrində katoliklər induislər, müsəlmanlar, buddistlər xeyli saya malikdir.
Kanada su ehtiyatı ilə zəngindir. Ərazinin yarıdan çoxunu meşələr örtmüşdür.
Kanada bütün faydalı qazıntı təbii sərvətlərinə malikdir. Burada çox böyük ehtiyata
malik dəmir filizi, əlvan və qiymətli metal filizləri, uran, neft, qaz, kalium duzu,
kömür, nikel yataqları aşkarlanmişdır. Kordilyerlərdə əlvan və qiymətli metal
filizləri, kömür yataqları istismar olunur. Daxili düzənliklərdə neft, qaz, kömür
(ehtiyatı 582 mlrd t) istehlak üçün yararlıdır. Kanada dünya sink və nikel
ehtiyatının 2/3 – nə, uran və qurğuşunun 2/5 – nə, dəmir filizinin (Labrador
yarmadasında), titanın, misin 1/3 – nə malikdir.
2. Kanadanın sənayesndə emaledici sahələr aparıcı rol oynayırlar. Neft, qaz,
meşə, selüloz – kağız, əlvan metallurgiya, avtomobil sahələri aparıcıdır. Kanada
dağ – mədən sənayesi istehsalına və ixracatına görə dünyada liderlik edir. İllik
məhsul istehsalının 35%- ni maşınqayırma verir. Onun aparıcı sahələri avtomobil,
nəqliyyat maşınqayırması avadanlıqları, elektrotexniki vasitələrdir. Zavodlar ən
çox hərbi sənaye məhsulları istehsalı ilə bağlıdır. Kanada son illər 3,0 mln ədədə
qədər avtomobil istehsal edib (dünyada 8- ci yer). Məhsul istehsalında 13% xüsusi
çəkisi olan metallurgiya sənaye sistemində 3-cüsüdür. Onun xammalı Labradorda
yerləşən dəmir filizi kompleksidir. Alminium istehsalına görə Kanada dünyada
ABŞ – dan sonra 2-ci, ixracatında isə 1- ci yeri tutur. Son illər kimya sənayesi 11%
çəki ilə tanınır. Kimyanın dağ- mədən, əsas, üzvi və polimerlər kimyasının
məhsulları istehlaka yönəldilmişdir. Kanada illik gübrə istehsalına görə dünyada
3-cü yeri tutur. Elektrik enerjisi istehsalında Kanada dünyada ABŞ, Çin, Yaponiya,
Rusiyadan sonrakı, 5 – ci yeri tutur.
3. Kanada dünyanın ən çox kənd təsərrüfatı məhsulları istehsal edən
ölkələrindən biridir. Heyvandarlığın xüsusi çəkisi əkinçiliyə nisbətən daha çoxdur.
Quşçuluq, donuzçuluq, xırdabuynuzlular, iribuynuzlular sayca coxdur. Əkinçiliyin
quruluşu taxılçılıq qalmaq şərtilə yem bitkilərinin- qarğıdalının, rapsin xeyrinə
dəyişdirilir. Adambaşına düşən buğda toplanmasına görə Kanada dünya ölkələri
icərisində liderlik edir.
Nəqliyyat növləri qeyri – bərabər yerləşdirimişdir. Dəmir yolları
yükdaşımada 1 – ci yeri tutur. Dəmiryollarının uzunluğuna görə ABŞ – dan, RF –
dən sonrakı yeri özünə təmin etmişdir. Transkontinental başlıca dəmiryolu sayılır.
Avtomobil nəqliyyatı son illər çox sürətlə qurularaq sərnişin dövriyyəsində liderlik
edir. Su nəqliyyatının da əhəmiyyətini qeyd etmək lazımdır. Xarici donanmaların
dəniz gəmilərindən istifadə edilir.
Boru – kəmər xətləri əsasən neft, neft emalı məhsulları, qaz daşımalarında
gərəklidirlər. Hava xətlərinin uzunluğuna görə Kanada ancaq ABŞ – dan geri qalır.
4. ABŞ – in sahəsi – 9,4 min kv km, Əhalisi – 315 mln nəfər, Paytaxtı-
Vaşinqton şəhəridir. ABŞ Şimali Amerikada yerləşərək ərazinin böyüklüyünə görə
dünyada RF, Kanada, Çindən sonrakı 4 – cü yeri tutur. ABŞ – ın ərazisi 3 hissədən
ibarətdir. Əsas hissə, Alyaska, Havay adaları. Virgin adalarının bir hissəsi, Sakit
okeanın Quam adası adlı mülkləri də vardır. ABŞ – i Sakit okean, Atlantik okeanı
suları ilə əhatələnir. ABŞ 50 ştatdan və paytaxtı – Vaşinqton yerləşən Kolumbiya
federal mahalından ibarət olmaqla federativ dövlət quruluşuna malikdir. Dövlətə,
hökümətə, hərbi qüvvələrə prezident başçılıq edir. Hər bir ştatın konstitusiyasi,
qubernatoru vardır. Əhalinin sayına görə ABŞ dünyada Çin və Hindistandan
sonrakı 3 – cü yeri tutur. Əhalinin formalaşmasında immiqrasiya böyük rol
oynamışdır. 60 mln nəfərdən çox insan ABŞ – a immiqrasiya olunmuşdur.
Ə
halinin 86% - ni Avropa mənşəli amerikanlar, 14% - ni neqrlər təşkil edir.
Ə
halinin 75% - dən artığı şəhərlərdə, 25% - i isə kəndlərdə yaşayır. Milyoner
şə
hərlər – 10, aqlomerasiyalar 113 – dür.
5. ABŞ – in sənayesi maddi istehsalın aparıcı sahəsi olmaqla təsərrüfatın
strukturunda başlıca yer tutur. Ümumi Daxili Məhsul istehsalında onun xüsusi
çəkisi 25% təşkil edir. Onun aparıci sahələri emaledici, dağ – mədən və energetika
hesab edilir. İllik məhsul istehsalının 75% - i emaledici sahənin payına düşür.
Yanacaq – energetika kompleksi ABŞ ümumi məhsul istehsalında 8% xüsusi
çəkiyə malikdir. 1.4 mlrd t- dan çox olan kömür ən çox Appalaç hövzəsindən
istehsal olunur. İllik neftin 9/10 hissəsini 5 ştat – Texas, Alyaska, Luiziana,
Kaliforniya və Oklaxoma verir. Elektro energetikanın hasilat strukturu İES – dən,
AES – dən, GES – dən, SES – dən, KES – dən GeoİES – dən ibarətdir.
Metallurgiyada son illərdə 140 qara metallurgiya müəssisələri ildə 101 mln t polad
istehsal etmişdir. Maşınqayırma ümumi ölkə sənayesinin 40% məhsulunu,
ixracatının isə 50%-ni verir. Kənd təsərrüfatı maşınları, kompyüter texnikası,
aviaraket – kosmik maşınlar istehsalı ABŞ – da sürətlə inkişaf edir. İstehsal olunan
avtomobillərin 90% - dən çoxunu 3 korporasiya – “Djeneral Motors” (48%),
“Ford” və “Kraysler” verir. Yüngül sənayesinin aparıcı sahələrindən ən ümdəsi
toxuculuqdur. “Koka-Kola”, “Pepsi - Kola” kompaniyaları ümumi yeyinti
məhsullarının 35% - ni verir. İllik məhsulun kənd təsərrüfatı 2% - dən artığını
vermir. Taxılçılıq böyük əhəmiyyət kəsb edərək onun strukturu buğda qarğadalı,
çəltik və s. – dən ibarətdir. Pambıq, şəkər cuğunduru, tütün texniki bitkilərin əsası
hesab olunur. Heyvandarlığın məhsul istehsalında iribuynuzlular,
xırdabuynuzlular, donuzçuluq üstünlük təşkil edir. Amerikan broyleri hər il 3,0
mlrd toyuq yetişdirir. Ölkədə balıq ovu və balıq yetişdirilməsi ilə yanaşı arıçılıq
təsərrüfatına da xüsusi fikir verilir.
6.ABŞ yüksək dərəcə də inkişaf etmiş nəqliyyat növlərinə malikdir. Yük
dövriyyəsində dəmir yolu, avtomobil, dəniz nəqliyyatı, boru kəmər, cay, hava
nəqliyyatı xüsusi cəkiyə malikdir. Sərnişindaşımada isə əksinə, avtomobil
nəqliyyatının xüsusi cəkisi 82%-dir. Gəmilərin yükdaşıma tonnajına görə ABŞ
dünyada liderlik edir. Ölkə meridional və entik istiqamətində bərk örtüklü
avtomobil yollarına malikdir. ABŞ 1930 – cu ildən tikilən Panamerikan avtomobil
yolu ilə bir cox ölkələrlə, hətta Buenos – Ayres şəhəri ilə də əlaqə saxlaya bilir.
Dəmiryollarının cəkisi hər istiqamətə olduğundan, il boyu vasiləsiz işlədiyindən
yük dövriyyəsi böyükdür. Dəmiryolları eninə və uzununa istiqamətlənində, Sakit
okean sahilləri ilə Atlantik okeanı sahillərini birləşdirir. Çoxlusayda cay və
göllərin mövcudluğu il boyu gəmilərin naviqasiyasının imkanlarını artırır. Daxili
daşımalarda Böyük göllər, Müqəddəs Lavrentiya və s. çayların özünə məxsusluqu
vardır. Aviasiya nəqliyyatı (hava) sərnişin daşımada başlıca rol oynayır. Ölkədə
5000 dövlət hava limanı mövcuddur. Boru kəmər nəqliyyatı başqa ölkələrə
nisbətən ABŞ – da qədim tarixə malikdir. Boru kəmər nəqliyyatının uzunluğuna
görə ABŞ dünyada 1 – ci yeri tutur. Boru – kəmər nəqliyyatı ilə əsasən neft, neft –
emalı məhsulları, təbii qaz nəql olunsa da son illər uzaq olmayan məsafələrə
kömür, kiçik ölcülü tikinti materialları daşınmaqdadır.
7. Cənubi Amerikanın sahəsi adalarla birlikdə- 18,28 min. kv. km-dir olmaqla
Ə
halisi – 354,88 mln nəfərdir. Ən cox artım Paraqvayda, az təbii artım
Uruqvaydadır. Uzun ömür sürmə Çilidə müşahidə edilir. Əhalinin 96% - i
savadlıdır. Burada 12 müstəqil dövlət, eləcə də Folklent – Malvin adaları yerləşir.
Bütün dövlətlər Respublika idarəetmə formasına, 3 dövlət isə fedarativ inzibati
ə
razi bölgüsünə malikdir. Əhalinin milli tərkibinin çoxu hind – Avropa mənşəli
xalqlardan ibarətdir. Əksər ölkələrdə İspan dili aparıcı hesab olunur. Dini
baxımdan Cənubi Amerikada-77% katolikdir, ən böyük dövlət Brazilya hesab
edilir. San –Paulu 18,5 mln nəfər əhali ilə regionda 1- ci yeri tutur.
8. Sənaye – aqrar ölkə hesab edilən Brazilya böyük iqtisadi inkişaf
potensialına malikdir. Dünya sənaye məhsulunun 2% - ni verir. Onun dağ-mədən,
energetika, metallurgiya, maşınqayırma, kimya, neft – kimya, tikinti, meşə, yüngül
və yeyinti sahələri ilə yanaşı kurort və turizm, xidmət sferası kimi inkişaf edən
sahələri mövcuddur. Enerji balansında neft və qaz- 44%, kömür ildə 20 min t-dan
artıq istehsal olunur. Elektroenergetikada İES, AES, SES-lər başlıca zəmin hesab
olunurlar. Ölkədə hasil olunan elektrik enerjisinin 90% - ni SES- lər verir. Qara
metallurgiyanın inkişafı dəmir filizinə və gətirmə kokslaşan kömürə əsaslanır.
Brazilya aliminium ixrac edən aparıcı dövlətlər arasındadır. Maşınqayırma və
metal emalı sahəsinə görə liderlik edir. Nəqliyyat maşınqayırmasının avtomobil
sahəsi xüsusilə secilir. Xarici korporasiyalardan – FİAT, “RENO” “BMV”
”TOYOTA” göstərə bilərik. Aviasiya maşınqayırması, müxtəlif növ silah istehsalı
sahəsi yaradılmışdır. Yeyinti sənaye müəssisələri şəkər, ət məhsulları, qənnadı
məhsulları, un məhsulları, cörək məmularları, müxtəlif növ konservlər, tütün, çay,
kakao, kofe əldə edilməsinə səbəb olmuşdur. Yüngül sənayede pambıq parça,
liflərdən süni parca və trikotaj, ayaqqabı sahələri aparıcı növlərdir. Kənd təsərrüfatı
ixracat məhsullarını 1/3- ni ödəyir. Soya, kakao, tütün toplanmasına, iribuynuzlular
və donuzların sayına görə dünya ölkələrinin 1- ci 5-liyinə daxil olan dövlətdir.
Onun topladığı kofe, şəkər qamışı, soya, qarğadalı,kakao, banan, pambıq
məhsulları ixracatda əsas yer tutur. Əkincilik heyvandarlıqdan sonra xüsusi yer
tutur. Pambıq və şəkər qamışı əkinçiliyin qədim sahələrindəndir. Kofe, kakao,
paxlalar, pambıq, şəkər qamışı və soya bitkiçilik məhsulunun 35% verir. Brazilya
yüksək keyfiyyətli kofe becərilməsi ilə tanınır. Brazilya sitrus məhsulları
toplanması ilə dünyada liderlik edir. Heyvandarlıqın ət, yun, dəri, gön məhsulları
ölkənin hər yerindən ixrac olunur. Diri cəkili heyvan növləri və quş əti ixrac
olunur. Balıq və müxtəlif dəniz heyvanları ovlanması Rio-de Janero ştatların sahil
sularında həyata kecirilir. Arıcılıq, baramacılıq, ilan zəhəri əldə edilməsinə kömək
edən dünyada ən böyük herpontoloji kombinata malikdir.
9. Afrikanın sahəsi adalarla birlikdə 30,3 min kv.km-dir. Əhalisi 841 mln
nəfərdən coxdur. Hər kv.km- də əhalinin orta sıxlığı 27,8 nəfər təşkil edir. Ən az
təbii artım Zimbabvidədir. Ən cox ömür sürmə isı Liviyada müşahidə olunur.
Ə
razinin böyüklüyünə görə Sudan, əhalisinin coxluğuna görə isə Nigeriya secilir.
Qahirə şəhərində 11mly nəfərə qədər əhali vardır. 53 müstəqil dövlət, 2 asılı ərazi
və 2 xüsusi statusa malik ərazisi var. Burada 49 respublika, 3 konstutisiyalı
monarxiya, 1 Camaxiriya dövləti ayrılır. Afrikanın irqi və etnik tərkibi cox
mürəkkəbdir. Onun əhalisinin yarıdan coxu neqroid irqinə məxsusdur. Burada 500-
ə
xalq yaşayır. Ərəb, Fransız, İngilis, Portuqal dilləri hakimdir. Dini əqidələrinə
görə əhalinin 40% - dən coxunu xristianlar, 35% - ni müsəlmanlar təşkil edir.
Ş
imal ölkələri müsəlmanlardan ibarətdir.
10. Cənubi Afrika Respublikası (CAR) Dünyada qızıl ehtiyatı və hasilatına,
manqan, xrom, vanadium, platin, qrupuna daxil olan metal filizləri, hasilatına görə
1 – ci, almaz, uran, kömür, dəmir filizi hasilatına görə aparıcı yer tutur. Dağ-
mədən, metallurgiya, maşınqayırma, kimya, tikinti materialları, yüngül, yeyinti
sahələri aparıcı hesab olunur. Dağ – mədən sənayesi ÜDM – nin 10% - ni verir.
Ölkədə qızıl hasilatına 1886 – cı ildən başlanmışdır. ÜDM – da qızıl sənayesinin
xüsusi cəkisi 4% - ə qədər düşüb. Uran yataqları əsasında hələ 50 – ci illərdən dağ
– mədən sənayesi inkişaf tapmışdır. Ölkə almaz hasilatı ilə də tanınır. Pretoriya,
Transvaal ərazilərində xeyli almaz yataqlarının olması aşkarlanmışdır. İldə - 10
mlyard karat almaz hasil edir. Əhəmiyyətli sahələrindən biri də dəmir filizi
ehtiyatıdır. Hər il 10 min t-dan cox cuqun, 20 min t-dan artıq polad əridilir. Əlvan
metal filizlərindən mis, qalay və sürmə də hasil olunur. Maşınqayırma və metal
emalı sahəsinin aparıcı məhsulları dağ – mədən avadanlıqlarından, nəqliyyat və
kənd təsərrüfatı maşınlarından, gəmi təmirindən, vaqonqayırmadan ibarətdir.
Kimyada əsas məhsullar dağ – mədən sənayesi üçün partladıcı maddələr və qızıl
çıxarılmasına gərək olan kükürd turşusu hasilatıdır. Yanacaq sənayesinin kömür
hasilatı sahəsi vardır. Elektroenergetika, əsasən İstilik Elektrik Stansiyalarına,
AES- ə, azda olsa SES- ə əsaslanır. Meşə sənayesinin selliloz – kağız, taxta –
ş
alban hazırlayan müəssisələri xammal rayonlarında fəaliyyətdədir. Yüngül sənaye
müəssisələri iri və orta şəhərlərdə yaradılmaqla toxuculuq, toxuma, ayaqqabı
sahələri ilə səciyyələnir. Yeyinti sənayesi meyvə - konserv sahələri, şəkər, süd
məhsulları, cörək məmulatları müəssisələrə malikdirlər. Kənd təsərrüfatının xüsusi
cəkisi 3% dən artıqdır. Kənd təsərrüfatında fərqlənən Afrika və Avropa sektoru
mövcuddur. Afrika sektoru taxıl məhsulunu 12% dən artığını verdiyi halda,
iribuynuzluların – 40% ni, qoyunların 10% - dən coxunu özündə birləşdirmişdir.
Avropa sektorun torpaqların 87% - nə malikdir. Kənd təsərrüfatının əkincilik
sahəsində taxıl, texniki bitkilər, üzüm, bağ, bostan bitkiləri becərilir. CAR buğda
məhsulu tədarükünə görə Afrikada aparıcı rol oynayır. Texniki bitkilər əsasında
şə
kər qamışı araxis, kartof, pambıq, tütün becərilməsi durur. Kənd təsərrüfatının 2
– ci aparıcı sahəsi iribuynuzluları, xırdabuynuzluları, donuzculuğu, quşculuğu,
arıcılığı, baramacılığı və balıqcılığı əhatə edən heyvandarlıqdır.
11. Avstraliya və Okeaniyaya-Avstaraliya, Okeaniya materiki və Sakit
okeanın ada dövlətləri, o cümlədən 10 mindən artıq ada daxildir. Burada 14 dövlət,
13 asılı mülk mövcuddur. Əhalinin 90 % - dən artığı Avropa mənşəlidir. Əksər
ölkələrdə dövlət dili ingilis dilidir. Protestant dini üstünlük təşkil edir.
Avstraliyanın sahəsi 7686,8 min kv.km, əhalisi 21 mln nəfərdir. Əhalinin hər
kv.km-də orta sıxlığı 2,5 nəfərdən artıqdır. Əhalinin 73%- ingilis –
avstaraliyalılardan, 20% -i Avropa mənşəlilərdən ibarətdir. Paytaxtı Kanberradır.
Avstarliya ərazisi 6 ştata və 2 əraziyə bölünür. Avstraliya Böyük Britaniyanın
başcılıq etdiyi birliyə daxil olan fedarativ dövlət sayılır. Dövlət başcısı Böyük
Britaniyanın kraliçasıdır. Avstraliya yüksək inkişaf etmiş sənaye – aqrar ölkəsi
hesab edilməklə Ümumi Daxili Məhsulda Sənaye – 26%, kənd təsərrüfatı- 3% -
dən artığa catmır. Dağ – mədən, metallurgiya, maşınqayırma, neft emalı və kimya
aparıcı sayılan sənaye sahələridir. Kənd təsərrüfatının əsasında zərif yunlu
qoyunçuluq, ətlik, südlük istiqamətli iribuynuzlu sahəsi durur. Əkincilikdə
taxılcılıq, şəkər qamışı, pambıq, meyvə, üzüm becərilməsi gəlirli sahələrdəndir.
Nəqliyyatın bütün növlərinin inkişafı üçün şərait vardır. Tanınmış dəniz limanları
yaradılmışdır. Hava nəqliyyatının fəaliyyətində Sidney, Melburn beynəlxalq hava
limanları böyük rol oynayır.
12. Rusiya Fedarasiyasının sahəsi – 17,4 mln kv.m əhalisi – 142,2 mln
nəfərdir. Adambaşına düşən Məhsul İstehsalı- 11700 dollar. Çoxsahəli
təsərrüfatının inkişafına zəngin təbii şəraiti, təbii ehtiyatları müsbət təsir edir.
Dünyanın yeganə ölkəsidir ki, xammalların bütün nomenklaturasına görə
Mendeleyevin Dövrü Sistemində olan elementlərin hamısı ilə təmin olunmuşdur.
Kolium duzu ehtiyyatına görə dünyada 1 – ci yeri tutur. Yanacaq enerji ehtiyatları
dünya əhəmiyyəti kəsb edir. Neft ehtiyyatı 27,0 mlrd t-dur. Təbii qaz ehtiyyatına
görə dünyada 1 – ci yerdə durur. Kömür ümumi ehtiyyatı 6000 mlrd t olmaqla
dünya ehtiyyatının 45% - ni verir. Dünya oduncaq ehtiyatının 25% buradadır.
Meşə sahəsinə və oduncaq ehtiyatına görə dünyada 1 – ci, regionlarda isə Latın
Amerikasından geri qalır. Dünyada ən soyuq iqlimə malik olması ilə tanınır.
Dünyanın ən dərin gölü Baykal burada yerləşir. Adambaşına düşən su təchizatına
görə dünyada 1 ci yeri tutur. Fedarativ dövlət olmaqla Respublika idarəetmə
üsuluna malikdir. Bura 89 subyektdən 21 respublika, 6 ölkə, 49 vilayət, 10 muxtar
mahal, 1 muxtar vilayətə ayrılır. Ölkədə 100-dən artıq xalq yaşayır. Rusların
xüsusi cəkisi 82% - dir. Xristian, İslam, Buddizm dinləri aparıcıdır.
13. RF – sı Dünya sənaye məhsulunun 4,47 % - ni verir. İllik məhsul
istehsalında yanacaq sənayesi 16,4%-r. Son illər 486 min t neft, 656 mlrd kub metr
qaz, 315 mln t kömür hasil olunur. Ölkədə 600 İES, 100 SES, 9 AES və eləcə də
KES, QES, Geotermal, ES, GES fəaliyyət göstərməklə ümumi gücləri 214 min kvt
dan coxdur. Onlar hər il 1016 mlrd kvt/saat elektrik enerjisi hasil edirlər. İES- lər
illik enerji hasilatının 69% - ni verərək Perim, Kastroma, İriqlin, Surqut İES-ləri
var. İES – lər qazla, kömürlə, mazutla işləyərək elektrik enerjisi, kommunal
təsərrüfatın və isti şitilliklərin qızdırılması üçün isti su, buxar hasil edir. Dünyada
ilk AES RF – də ümumi gücü 5 min kvt olmaqla Kaluqa vilayətinin Obninski
ə
razisində 1954 – ci ildə yaradılmışdır. Burada 9 sayda 29 bloklu AES – in ümumi
gücü 21,3 1000 kvt (dünyada olan AES – lərin 6%) təşkil edir.
14. RF-sı Dünya kənd təsərrüfatı məhsullarının 2,0%- ə qədərini verərək 12-
ci yeri tutur. Dünyada əkin sahəsi 20 min ha , məhsul toplantısının illik miqdarı
300 min t – dan cox olan, əsasən mülayim qurşağın bitkisi hesab edilən kartof
toplanmasında 2- ci yeri tutur. Belə ki, illik məhsul tədarükü 34 min t təşkil edir.
İ
llik taxıl tədarükü 87 min t, şəkər cüğunduru 14,2 min t, yun 60 min t, ət 2,3 min t,
süd 33,2 min t təşkil edir. Şimali Qafqaz ölkənin bağcılıq bazasıdır. Kənd
təsərrüfatının 2 – ci aparıcı sahəsi iribuynuzlulardan, donuzculuqdan, quşculuqdan,
maralcılıq və atcılıqdan, balıqcılıqdan ibarət olan heyvandarlıqdır. Belə ki, 30 min
baş iribuynuzlu, 17 min baş donuz saxlanılır; və s.
15.RF-nın Nəqliyyatın dəmir yolları 154 min km (dünyada 2 – cıdır) olmaqla
onun 47% - i elektrikləşdirilmişdir; ilk dəmir yolları 26 km uzunluğa malik Sankt –
Peterburqla – Tsarskoe Selo (Povlovskoe) arasında 1837 – ci ildə və 1851 – ci ildə
Sankt – Peterburq – Moskva arasında fəaliyyət göstərmişdir. Avtomobil yolları 900
min km qaz kəmərləri 63 min km-dir. Magistral qaz kəməri ilk dəfə 1946 – cı ildə
Saratov – Moskava arasında (840 km) cəkilmişdir. Neft kəmərləri 150 min km - ə
catmaqla boru kəmər nəqliyyatı 213,0 min km uzunluğa malikdir. Belə vəziyyət
onu ABŞ – dan sonra dünyada 2 ci – yerdə saxlayır. Limanlarda 4700 – dən artıq
gəmiləri vardır və s.
16. Hal – hazırda Ukraynanın milli gəlirlərinin strukturunun 50,5 % - ni
sənaye, 21,4% - ni kənd təsərrüfatı, 9,9 % - ni tikinti, 5,7% ni nəqliyyat və rabitə
təşkil edir. Sənaye məhsulları istehsalının 70% - i ağır, 30% - i isə yüngül
sənayenin payına düşür. Respublikalararası şəkər ixracının 83%- i, makaron
məmulatının 86% - i, bitki yağının 55%- i Ukraynanın payına düşürdü. Lakin bir
cox məhsulları Ukrayna indi də digər dövlətlərdən alır. (Taxıl yığan kombayn,
metropoliten vaqonları, yük avtomobilləri, trolleybuslar, yüngül sənaye üçün
avadanlıqlar, minik avtomobilləri, traktor, neft, yüngül sənaye məmulatları və s.).
Ukraynanın iqtisadiyyatı daha cox Rusiya iqtisadiyyatı ilə əlaqəli inkişaf etmişdir.
1990 – cı ildən başllayaraq iqtisadi gerilik daha cox nəzərə carpdı. Ukraynanın
başlıca şəhərlərindən biri yanacaq – energetika kompleksidir(YEK). Bu
kompleksdə həmişə əsas rol kömür sənayesinə məxsus olmuşdur. Ukraynanın neftə
olan illik tələbatı 60 min ton olduğu halda, 2010 – cu ildə cəmi 3,7 min. ton
istehsal edilmişdir. Ukraynada ən cox neft 1970 – ci ildə istehsal edilmişdir. (14
min ton) Ukraynanın iqtisadiyyatında qaz istehsalının da mühüm əhəmiyyəti
vardır. Ölkədə 18 mlrd m
3
qaz istehsal olunur, əslində ona tələbat 118 mlrd.m
3
-dur.
Yanacq və su ehtiyyatlarının zənginliyi burada elektroenergetika sənayesinin
inkişafına zəmin yaratmışdır. Ukraynanın aparıcı sənaye sahələrindən biri qara
metallurgiyadır. Xammal bazası Krivoy – Roq və Kercin dəmir filizi, Nikopolun
manqan filizi, Doneski hövzəsinin kömürüdür. Maşınqayırma sənayesi də sənaye
strukturunda qabaqcıl yer tutur. Ağır və nəqliyyat maşınqayırması, gəmiqayırma,
kənd təsərrüfatı maşınları, avtomobilqayırma, energetika maşınqayırması,
dəzgahqayırma, cihazqayırma inkişaf etmişdir. Meşə sənayesi Ukraynanın ənənəvi
sahələrindən biridir. Yüngül sənaye məhsulları istehsalı ölkənin tələbatını ödəmir.
Burada fərqlənən əsas sahələr toxuculuq (ipək və yun parcalar), trikotaj
məmulatları və ayaqqabı istehsalıdır. Sənayenin strukturunda yeyinti sənayesi
mühüm əhəmiyyət kəsb edir. Şəkər, yağ-piy, ət və süd, konserv, şərab məhsulları
istehsalı yeyinti sənayesinin mühüm sahələridir. Ukrayna MDB ölkələri icərisində
yüksək inkişaf etmiş kənd təsərrüfatı ilə secilir. Kənd təsərrüfatının
formalaşmasının başlıca amilləri burada məhsuldar torpaqların, əlverişli iqlim
şə
raitinin və əmək ehtiyyatlarının zənginliyidir. Kənd təsərrüfatının strukturunda
aparıcı mövqe bitkiciliyə məxsusdur. Əsas dənli bitki payızlıq buğdadır. Texniki
bitkilərdən başlıca olaraq şəkər cuğunduru əkilir. Ukrayna dünyada ən böyük
cuğundur əkini sahələrinə malikdir. Ukrayna ən güclü şəkər sənayesinə malik
olmasına baxmayaraq, hazırda yerli xammal bu sahəni tam təmin etmir. Digər
bitkilərdən cənub rayonlarda günəbaxan, Polesyedə kartof becərilir. Tərəvəzcilik,
bağcılıq, üzümcülük (xüsusilə Krımda) geniş yayılmışdır. Ukraynada kənd
təsərrüfatının 2 – ci sahəsi coxsahəli heyvandarlıqdır. Heyvandarlıqda əsas yeri
iribuynuzlu mal – qara, sonra isə donuzculuq və qoyunculuq tutur. Bütün bu
deyilənlərlə yanaşı nəzərə almalıyıq ki, hal – hazırda Ukrayna müharibə
vəziyyətindədir.
17 Altay dil ailəsinin türk dil qrupuna daxil olan xalqlar türk dünyasını əmələ
gətirir. Onlar dil və mənşə fərqlərinə görə 4 qola ayrılır: Oğuzlara, qipçaq qoluna,
uyğur qoluna, bulqar qoluna. Türk xalqlarının birləşməsində aşağıdakı
xüsusiyyətlər də əhəmiyyətli rol oynamışdır: əfsanələr və dastanlarının oxşarlığı,
eyni sənət sahələrinin (ovçuluq, ipəkçilik, dəmirçilik) olması və s. Türk
xalqlarının yaşadığı ərazilər qərbdə Balkan yarımadasından şərqdə Sakit okeana
qədər sahəni tutur. Onlar şimalda Şm. Buzlu okenından cənubda Tibet dağlıq
yaylasına qədər geniş bir sahədə məskunlaşırlar. SSRİ – nin dağılması (1991 – ci il
dekabr) ilə Azərbaycan, Qazaxstan, Qırxızıstan, Özbəkistan, Türkmənistan kimi
türkdilli respublikalar müstəqillik qazandı. Çində Sintszyan Uyğur Muxtar rayonu,
RF – nin Şimali Qafqaz rayonunda Kabarda Balkar və Qaraçay – Çərkəz müstəqil
qurum kimi mövcuddur. Əhali: 12 mln km ərazidə məskunlaşan 250 min nəfərə
yaxın türk xalqlarının oğuz və bulqar qolları avropoid irqinə, qipçaq və uyğur
qolunun nümayəndələri monqoloid irqinə mənsubdurlar, Türk xalqlarının təbii
artımı çox yüksək olması ilə seçilir. 65 yaşından yuxarı əhali ümumi əhalinin 10-
15% - ni təşkil edir. Türk xalqlarının arasında daxili və xarici miqrasiya prosesləri
sürətlə gedir. Daxili miqrasiyada dağ-mədən sənayesinin inkişafı (Qazaxıstan,
Yakutiya-Saxa və Volqaboyunda) və sənayeləşmə böyük rol oynamışdır. Xarici
miqrasiyada 40-cı illərdə olan məcburi köçürmələr, son vaxtlarda isə Türkiyə və
Cənubi Azərbaycandan Avropaya (Almaniyada 2 mln türk yaşayır) və ABŞ – a
olan əhali axınları diqqəti cəlb edir. Azərbaycan, Türkiyə, Qazaxıstan və
Volqaboyu qurumlarda sənaye təsərrüfatın əsas sahəsidir. Bu ölkələrdə sənaye
ÜDM – in 60-80%- ni verir. Türk dövlətlərinin çoxu yanacaq energetika
məhsullarına olan tələbatını əsasən daxili ehtiyatlar hesabına ödəyir. Böyük metal
ehtiyatlarına malik olan qurumlarda – Türkiyə, Qazaxıstan, Özbəkistan və
Azərbaycanda metallurgiya müəssisələri vardır. Türk dövlətlərində neft
maşınqayırması, elektrotexnika (Azərbaycan, Tatarıstan), kənd təsərrüfatı
maşınqayırması (Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırxızıstan), təyyarəqayırma
(Türkiyə, Tatarıstan, Özbəkistan), avtomobilqayırma (Türkiyə, Tatarıstan,
Özbəkistan) kimi maşınqayırma sahələri inkişaf edir. Mərkəzi Asiyada kənd
təsərrüfatının rolu böyükdür. Sibirin şimalından başqa digər sahələrində kənd
təsərrüfatı suvarma əsasında inkişaf edir. Onun əsas sahələrindən dənli bitkilər,
yağlı bitkilər, texniki bitkilər əsasdır. Dənli bitkilərdən Qazaxıstanda, Türkiyədə və
Volqaboyunda buğda, Şimali Qafqazda qarğıdalı, Mərkəzi Asiyada çəltik becərilir.
Türkiyə və Azərbaycanda zeytun, Şimali Qafqazda günəbaxan əkilir. Texniki
bitkilərdən pambıq, tütün əkini sahələri Türkiyə, Azərbaycan və Mərkəzi Asiyada
geniş sahə tutur. Qoyunçuluq (Mərkəzi Asiyada), keçiçilik (türkiyə), iri buynuzlu
mal – qara saxlanması, atçılıq, maralçılıq, ipəkçilik, xəz dərili heyvandarlıq kənd
təsərrüfatında mühüm yer tutur.Türk dövlətlərinin xarici əlaqələrində dəmir yolu
(Tiva və Altaydan başqa) və hava nəqliyyatı, daxili nəqliyyatda avtomobil və çay
nəqliyyatı mühüm rol oynayır. Türkiyə, Xəzər hövzəsi ölkələrində, Yakutiya –
Saxada dəniz nəqliyyatı, neft hasilatı rayonlarında boru kəməri nəqliyyatı inkişaf
edir.
18. Türkiyə əhalisinin sayına görə Ön Asiyada birincidir. İki qitədə yerləşir.
Ə
razisinin 97% - i Asiyada, 3% - i Avropadadır. Ölkənin iqtisadi – coğrafi
mövqeyinin əlverişli cəhətləri okeana birbaşa çıxışı olması (Qara, Aralıq dənizləri),
Qara dəniz hövzəsi ölkələrini Aralıq dənizi ilə birləşdirən su yollarının (Bosfor və
Dardanel boğazları) buradan keçməsi, mühüm nəqliyyat qovşağında yerləşməsi və
s – dir.Relyefi əsasən dağlıqdır. Faydalı qazıntılardan daş kömür (Ereqli,
Zonquldaq), xromit (Dağardağ – Dovşanlı, Güləmən), əlvan metallar (boksit, mis,
sink), az miqdarda neft və dəmir var. Türkiyə qısa müddətdə iqtisadiyyatını sürətlə
inkişaf etdirmiş, təsərrüfatın strukturunda ciddi dəyişiklik yaratmışdır. Ölkədə
maddi istehsalın əsas sahəsi sənayedir. Hasilat sənayesinin başlıca sahəsi
energetika xammalının çıxarılmasıdır. Elektroenergetika yerli xammala və
hidroenerji mənbələrinə əsaslanır. SES – lər ümumi enerjinin 1/3 hissəsini verir.
Emaledici sənayedə qara metallurgiya (ildə 8 mln.ton polad), əlvan metallurgiya,
son illər maşınqayırma (nəqliyyat, kənd təsərrüfatı, dəzgah, alət maşınqayırması,
elektrotexnika, radiotexnika, məişət maşınları), kimya (neft emalı, plastik kütlə,
rezin, sintetik lif) sənayesi fərqlənir.
19. Türkiyənin emaledici sənayesində yeyinti və yüngül sənaye mühüm yer
tutur. Emaledici sənaye məhsullarının dəyərinin 2/5 – dən çoxu bu sahələrin payına
düşür (toxuculuq, xalçaçılıq, gön – dəri məhsulları). Kənd təsərrüfatında əkinçilik
üstündür (gəlirin 2/3 - si). Taxıl bitkiləri (buğda, arpa)əkin sahələrinin 80% - ni
təşkil edir (əsasən daxili Anadoluda). Suvarılan ərazilərdə çəltik, həmçinin paxlalı
bitkilər (mərcimək, noxud, lobya) becərilir. Texniki bitkilərdən pambıq, şəkər
çuğunduru, günəbaxan, küncüt, yerfındığı, soya, zeytun, tütün, çay əkilir.
Meyvəçilik (sitrus meyvəçiliyi, üzümçülük) məhsullarının xeyli hissəsi ixrac edilir.
Heyvandarlıqda qoyunçuluq, anqor keçiçiliyi əsas yer tutur. İri şəhərlər ətrafında
südlük-maldarlıq, broyler quşçuluğu inkişaf etmişdir. Baramaçılıq və balıqçılıq
imkanları genişdir.
Ölkədaxili əlaqələrdə avtomobil nəqliyyatı əsas yer tutur. Dəmiryol nəqliyyatı
ikinci yerdədir. Dəniz nəqliyyatı həm kabotaj, həm də xarici daşımalara xidmət
edir. İrir limanları İstanbul, İzmir, İzmit,İsgəndərun, Samsun, Trabzon,
Mersindədir. Sərnişin daşınmasında hava nəqliyyatı (iri aeroportlar İstanbul,
Ankara, Adana), neft və qaz daşınmasında boru kəmərinin rolu artır. Türkiyənin
ixracında toxuculuq məhsulları, dəri məmulatı, yeyinti sənayesi məhsulları, kənd
təsərrüfatı məhsulları (tütün, taxıl, kişmiş, fındıq,pambıq), son illərdə sənaye
məhsulları mühüm yer tutur. İdxalda sənaye məhsulları (maşınqayırma, kimya,
qara metal prokatı) seçilir.
20. Azərbaycan Respublikasının, sahəsi – 86,6 min kv.km, əhalisi- 9,2 mln
nəfərdən coxdur, paytaxtı – Bakı şəhəridir. İdarəetmə formasına görə prezident
respublikasıdır. Qanunvericilik orqanı Milli Məclisdir. Dövlətin başcısı 5 ildən bir
secilən Prezidentdir. Azərbaycan Cənubi Qafqaz regionunda ərazisinin
böyüklüyünə və əhalisinin coxluğuna görə ən böyük respublikadır. Respublika
Cənubdan İran İslam Respublikası ilə, Cənubi – Qərbdən Türkiyə, Rusiya
Federasiyası ilə, Gürcüstan, Ermənistanla sərhədləşir. Azərbaycan 18 oktyabr 1991
– ci ildən müstəqillik əldə edib. Xəzər hövzəsində dünyanın 3 – cü böyük neft
rayonunun kəşfi hasilat və yanacağın dünya bazarına cıxarılması ilə əlaqədar
olaraq Azərbaycan Respublikasının Geosiyası əhəmiyyəti artmışdır. Qazaxıstan və
Türkmənistanın nefti, qazı da Azərbaycan ərazisindən kəmərlər vasitəsilə qərbə
Avropa bazarlarına nəql edilməkdədir. Deyilənlərə görədir ki, dünyanın ABŞ,
Böyük Britaniya, Yaponiya, Fransa, İtaliya, Norvec, Səudiyyə Ərəbistanı, Türkiyə
kimi dövlətləri və bir sıra digər qonşu dövlətlər Azərbaycanda özlərini iqtisadi və
strateji mövqelərini daha da möhkəmləndirməyə calışır. Azərbaycan
Respublikasının Şimal-Cənub və Şərq-Qərb istiqamətli nəqliyyat magistarallarının
Avropa və Asiya ölkələri arasında Beynəlxalq böyük sərnişin daşımalarında rolu
ildən ilə artırılacaqdır. Qədim “İpək Yolu” – nun 8 sentyabr 1998 – cı ildə bərpa
olunması Azərbaycanın Şərqi - və Mərkəzi Asiya dövlətləri ilə Avropa dövlətləri
arasında böyük nəqliyyat – ticarət dəhlizlərinə cevrilməsinə əhəmiyyətli dərəcədə
təkan vermişdir. Azərbaycan əhali qədim məskunlaşmaya malikdir. Onun milli
tərkibinin 91%-ni Azərbaycanlılar təşkil edir. Orta sıxlıq 107 nəfərə catır. Şəhər –
kənd əhalisinin nisbəti 53:47 təşkil edir. Əmək ehtiyatları 6015 min nəfərdən
çoxdur. Əmək ehtiyyatlarından səmərəli istifadə etmək, əhalinin sosial
vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. “Azərbaycan regionlarının iqtisadi
inkişaf səviyyəsinin daha da inkişaf etdirilməsi” haqda dövlət proqramı həyata
keçirilir. İslam dini aparıcı din sayılır. Respublikada müxtəlif sayda digər xalqlar
da yaşayır.
21.Respublikada relyefin mürəkkəbləşməsinə səbəb olan Baş Qafqaz, Kicik
Qafqaz, Talış dağ sistemi, Cənubi Qafqaz regionunda ən böyük düzənlik sayılan
Kür – Araz, habelə Lənkəran ovalıqları insanların əmək fəaliyyətlərinə maksimum
istifadə olunmasına öz müsbət təsirini əsirgəmir. Azərbaycan hələ qədimdən təbii
sərvətlərdən neft – qaz diyarı kimi tanınmışdır. Belə yataqlar quruda və Xəzər
akvatoriyasında fəaliyyət göstərir. Neftin geoloji ehtiyatının 10,5 mlrd t, qazın isə
2,7 trln kub metr olduğu müəyyənləşdirilmişdir. Azərbaycan ehtiyatına görə
dünyada Çindəki yataqdan geri qalan, MDB – də isə tayı-bərabəri olmayan,
Daşkəsənin Zəylik sahəsində yerləşən aliminium alınmasında istifadə olunan
alunitdən, Naxçıvanın Nehrəm sahəsində ehtiyyatı 1,0 mlrd tona catan daş duzdan,
Yuxarı Ağcakənd ərazisində qipsdən, Naxçıvanda gümüşlü polimetalından,
Paraqaçay, Qapıcıq molibdenindən, Kəlbəcərdə Şorbulaq, Ağ Yataq, civəsindən,
Daşkəsəndə dəmir filizindən, Qazax rayonun Daş Salahlı bentonit gilindən,
Tovuzun Ağdaş seolitindən, çoxsaylı tikinti daşlarından, Neftçala, Xıllı, Böyük
Ş
or, Şirxan yodlu – bromlu sularından, Naftalanda mülicə neftindən geniş surətdə
istifadə olunur. Naxçıvandakı Sirab, Badamlı sularından Şuşa rayonundakı Turş
sudan, Dəvəci rayonundakı müalicə əhəmiyyətli Qalaltı mineral suları dünya
ə
həmiyyətlidir.
22. Yanacaq – energetika kompleksi Azərbaycan təsərrüfatının hələ cox
qədimdən aparıcı sahələrindən hesab edilir. Hasilatın neft, qaz, kömür, torf, şist və
odun tədarükü sahələri mövcuddur. Azərbaycan uzun müddət çar Rusiyasının,
eləcə də SSRİ – nin başlıca neft bölkəsi olub hasil olunan neftin cox hissəsini
vermişdir. Neft yataqları cox kicik ərazidə - 3000 kv.km sahədə bir – birinə yaxın
ə
razidə yerləşərək böyük geoloji ehtiyata malikdir. Azərbaycanda neft sənayesi öz
inkişafına Abşeron yarmadasının Balaxanı, Sabuncu, Ramana, Suraxanı, Binəqədi,
Pirallahı, Bibiheybət mədənlərindən başlasa da, 1949 – cu ildən Xəzərə doğru
istiqamət almışdır. Son illərdə Respublikanın daxili rayonlarında (quruda)
Muradxanlı, Mollakənd, Tərsdəllər, Kəmaləddin yataqları istifadəyə verilib. Son
vaxtlar “Azəri”, “Günəşli”, “Çıraq”, “Şahdəniz”, “Qarabağ”, “Danulduzu”,
“Əşrəfi”, “Lənkəran – dəniz”, “Naxçıvan”, “Abşeron”, “Oğuz”, “Kürdaşı”, “Araz”,
“Alov” və “İnam” yataqları aşkarlanmışdır. “Şahdəniz” yatağında isə 1,0 trln kub
metrdən artıq qaz ehtiyyatının olması kəşviyat aparan müəssisələrə aydın
olmuşdur. 1994 – cü il Azərbaycan Respublikası dünyanın 7 dövlətinin 11
tanınmış neft şirkətləri arasında müqavilə imzalanmışdır. Neft ehtiyatının 80% -
dən artığı qaz kondensatının isə 93% - dən çoxu Xəzər dənizində yerləşən
yataqların öhdəsinə düşür. Şahdəniz – Tblisi – Erzurum qaz boru xətti 2006 – ci
ildə cəkilərək Gürcüstana, Türkiyəyə, Yunanıstana, Rumuniyaya, İtaliyaya və
eləcə də Avropanın digər bazarlarına mavi yanacaq nəql edəcəkdir. Respublika
daxilində ən zəngin qaz yataqları Qarabağ, Qobustan, Gürkən – Zirə zonalarında
yerləşir.
23. Azərbaycanda elektroenergetikanı günün tələbatı səviyyəsində inkişaf
etdirmək üçün hər cür imkanlar vardır. Daha doğrusu, yanacaq, su, külək, günəş,
geotermik mənbələr mövcuddur. Bu əsasdan da respublikada SES, İES, İEM,
Modul tipli, KES fəaliyyət göstərir. Metallurgiya kompleksində dəmir filizi
çıxarılmasından, çuqun, polad əridilməsindən, prokat və başqa metallarla dəmir
ə
rintiləri, ferro ərintilər təbəqə dəmir boru, rels və s. İstehsalından ibarət olan tam
dövriyyəli qara metallurgiya müəssisələri mövcuddur. Respublikada 1954 – ci ildə
Daşkəsən dağ mədən kombinatı, filiz saflaşdırma fabriki, 1952 – ci ildə Sumqayıt
boru prokat birliyi, Bakıda təkrar qara metallurgiya müəssisəsi, İrimaşınqayırma
zavodları nəzdində cox da böyük olmayan – kiçik metallurgiya sexləri
yaradılmışdır. Maşınqayırma kompleksi aparıcı rol oynayır. O özündə 600- dən
artıq müəssisə və istehsal sahələrini birləşdirir ki, onlar da 350 – dən cox adda
müxtəlif növlü məhsullar verir. Bunların icərisində neft maşınqayırmasının xüsusi
cəkisi 50% - dən az deyildir. Bunlardan Səttərxan adına, “Bakı fəhləsi”, Keşlə
maşınqayırması, Sərdərov adına, Qarabağ dəniz özülləri, Binəqədi və s. neft – qaz
maşınqayırma zavodlarının adını cəkə bilərik. Kimya və neft- kimya kompleksinin
ə
sas müəssisələri Bakıda, Sumqayıtda, Gəncədə, Neftcalada, Mingəcevirdə
tikilmişdir. İstehsal olunan soda, sulfat turşusu, kükürd, kalium gübrəsi, tibb
pereparatları, yuyucu tozlar, xlor, lak – boya, etil spirti, plastik kütlə, polietilin və
s. məhsulları vardır. Yüngül sənayedə toxuculuq, tikiş, toxuma, xalcaçılıq, trikotaj,
xəz – dəri, gön-dəri, ayaqqabı sahələri vardır. Toxuculuğun pambıq parca, yun
parca, ipək parca sahələri ilə yanaşı trikotaj, gön- dəri, ayaqqabı fabrikləri istehlak
rayonlarında – Bakıda, Gəncədə, Minkəcevirdə yaradılmışdır. Xalcaçılıq, demək
olar ki, hər yerdə qədim inkişaf tarixinə malikdir. Yeyinti sənayesinin 30 – dan cox
sahəsi mövcuddur. Cörək, cörək məmulatları, ət və ət məmulatları, şəkər, şəkər
tozu, qənnadı məmulatları, süd və süd məhsulları konservlərin müxtəlif növləri və
s. buraya daxildir.
24. Kənd təsərrüfatında illik verdiyi məhsulun 61% - ni əkinçilik sahəsi verir.
Ə
kinçiliyin strukturunda taxılçılıq, texniki bitkilər becərilməsi, subtropik
bitkiçiliyi, bağçılıq, bostançılıq, tərəvəzçılik, üzümçülük sahələri öz əksini tapır.
Taxılçılıqın xüsusi əhəmiyyəti var. Azərbaycanda 2,4 min ton taxıl tədarük
olunmuşdur. Texniki bitkilərdən pambıq, tütün, kartof, şəkər cuğunduru
becərilməkdədir. Gədəbəy, Tovuz, Şəmkirdə kartof məhsulu toplanır. Tütüncülük
təsərrüfatı Oğuz, Qəbələdə, şəkər çuğunduru İmişli, Kürdəmirdə. Suptropik
bitkiçililiyi Lənkəran, Astaradadır. Son illər Lənkəranda yaşılçay bükmə fabrikləri
tikilmişdir. Heyvandarlıqda iribuynuzlular, xırdabuynuzlular, qoyuçuluq,quşçuluq
inkişaf etmişdir.
25.Azərbaycanda nəqliyyatın bütün növlərinin inkişaf etdirilməsi üçün təbii
və iqtisadi imkanlar ölcüyə gəlməzdir. Onun dəmiryolu, avtomobil, dəniz və çay
yolu, hava boru kəməri və habelə elektron növü bir – birilə birləşərək qovşaq təşkil
edir. Dəmir yolu nəqliyyatı aparıcı yer tutur. Bu da onun il boyu fasiləsiz
işləməsilə də bağlıdır. Respublikada dəmir yollarının ümumi uzunluğu 2100 km –
dən artığa catmaqla 1400 km- ə qədəri cox yük sərnişin daşınmasını daha yaxşı
təmin etmək məqsədilə elektrikləşdirilmişdir. Hələ 1967 – ci ildə Metropoliten
istifadəyə verilmişdir. Qısa məsafələrə, dağlıq ərazilərdə yük və sərnişin
daşımalarda rentabelli hesab edilən avtomobil nəqliyyatı ölkədə yük daşımada,
sərnişin daşımada 1-ci yeri tutur. Bakı – Rostof, Bakı- Astara, Bakı- Tblisi,
Yevlax-Balakən xəttlərini göstərə bilərik. Ən bahalı nəqliyyat növü Hava
nəqliyyatı hesab olunur. Hal – hazırda respublika daxilində bir cox istiqamətə hava
xətti fəaliyyət göstərir. Dəniz nəqliyyatı xüsusi əhəmiyyətə malikdir. Ona görə ki,
Xəzər dənizi Avropa ilə Asiya arasında əlverişli mövqeydə yerləşərək körpü
rolunu oynayır. Azərbaycanda çay nəqliyyatından demək olar ki, istifadə olunmur.
Yalnız Kürün ağzından Yevlax şəhərinə qədər az miqdarda çay gəmiçiliyindən
istifadə olunur. Boru kəmər nəqliyyatının qədim inkişaf tarixi vardır. Balaxanı,
Qaraşəhər neft boru xətti 1878 – ci ildə hasil olunmuş. Neft Daşları – Bakı Siyəzən
– Bakı, Qroznı-Bakı neft kəmərləri, Bakı – Qroznı-Novarosiyyski (1411 km),
Bakı-Tblisi-Subsa neft kəmərləri də Bakı neftinin dünya bazarına çıxarılmasında
mühüm rol oynayır.
Dostları ilə paylaş: |