partiyasının və keçmiş sosial-demokratlar qrupunun
birləşdirilməsi yolu ilə təşkil edilmiş Sollar partiyası da iştirak
etdi və 5%-lik həddi keçərək 8,7% səs toplayıb bundastaqda 54
yer qazandı.
ASDP – 34,3 %, XDİ/XSİ 35,2%, «Yaşlılar» partiyası isə
8,1 % səs topladı. Nəticədə AFR tarixində ikinci dəfə (birinci
dəfə 1966-1969-cu illərdə təşkil edilmşidir). ASDP ilə
XDİ/XSİ-nin üzvlərindən ibarət «böyük koalisiya» hökuməti
təşkil edildi. XDİ-nin lideri Angela Merkel kansler seçildi.
Xarici işlər naziri Frank-Valter Staynmayer isə sosial-
demokratlardan idi.
2006-cı ilin mayında ASDP-nin sədri Kurt Bek seçildi.
2004-2006-cı illərdə partiya öz tərkibini 7%-ə qədər itirdi.
Onun tərkibində 590 min nəfər qaldı.
Kansler A.Merkel «saflaşdırma, islahatlaşdırma, sərmayə
ayırmaq» şüarını irəli sürdü. Vergi qoymaq məsələsində hər iki
hakim partiya qarşılıqlı surətdə güzəştə getdilər. 2007-ci ildən
pensiya yaşını 65-dən 67-yə qədər artırmaq məsələsi irəli
sürüldü. Bu işi 2009-cu ilə qədər həll etmək nəzərdə tutulurdu.
Yeni kabinetin qarşısında duran vəzifələrdən biri
büdcənin «sabitləşdirilməsi» məsələsi idi. Bundan məqsəd
dövlət borclarının ödənilməsi idi. 2010-cu ilə qədər məmurlar
üçün olan mükafatlar məhdudlaşdırıldı, parlamentarilər və ştat-
katiblər üçün isə tamamilə təxirə salındı. 2007-ci ildən gəliri
500 min avrodan yuxarı olanlar üçün vergilər 42%-dən 45%-ə
qaldırıldı. İqitsadiyyatı canlandırmaq və əmək bazarını
tənzimləmək üçün 25 milyard avro sərmayə ayırmaq nəzərdə
128
tutulurdu. Ölkədə 5 milyon işsizin (ölkənin əməkqabiliyyətli
əhalisinin 12,1%-i) olması da böyük problem idi.
2007-ci ildə Şröderin kanslerliyi dövründə keçirilmiş
islahatlar öz bəhrəsini verdi. 2007-ci ilin yekunlarına görə
Almaniya iqitsadiyyatının artım surəti Avropada ən yüksək
hesab edilirdi. 2008-ci ildə ölkədə 1,5 milyona qədər işsiz var
idi. Bunun bir səbəbi də pensiyaya çıxarılanların çox olması
ilə əlaqədar idi. İqtisadi artımın davam etməsi isə ilk növbədə
ixracla bağlı idi. Məsələn, BVM alman avtokonserni 2007-ci
ildə 1,5 milyon ədəd avtomobil satmışdı ki, bu 2006-cı ildə
satdığından 9% çox idi.
A.Merkel hökuməti dövlət işçilərinin əmək haqqını
dondurdu. Hökumət 2007-ci ildə kömür şaxtalarının 2017-ci
ilədək işinin dayandırılması haqqında qərar qəbul etdi ki, bu
30000 fəhlənin işsiz qalması demək idi. Saarda zəlzələ
nəticəsində kömür şaxtalarında iş daha əvvəl dayandırılmalı
oldu. Bu isə hökumətdən narazılığı daha da gücləndirirdi.
2008-ci ilin martında 1,3 milyon işçinin tətilindən sonra
əmək haqqı məsələsində hökumətlə həmkarlar ititfaqı arasında
kompromis alındı.
2009-cu ilin fevralında bankdan milliləşdirmək və sosial
xərcləri azaltmaq haqqında qanun verildi.
Markel kabinetinin xarici siyasəti. Merkel hökuməti
xarici siyasətdə ilk növbədə Avropa istiqamətinə söykənirdi.
Almaniya Fransa ilə birlikdə Avropa inteqarsiyasının yenə də
«motor»u hesab edilirdi. 2008-ci ilin mayında AFR 2007-ci ilin
dekabrın 13-də Aİ-nin Lissabon sammitində imzalanmış
müqaviləni bəyəndi. O, Şengen vizasının 9 yeni ölkəyə (Polşa,
Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Malta, Pribaltika
respublikaları) aid edilməsini (2007-ci ilin dekabrın 21-dən)
müdafiə etdi.
2008-ci ilin fevralın 17-də AFR Kosovanın müstəqilliyini
tanıdı AFR ABŞ-la münasibətdə «yeni başlanğıc», yeni
atmosfera yarandığını elan etdi. Merkel Şröderlə müqayisədə
129
ABŞ-a daha çox yaxınlaşmaq tərəfdarı idi. Ancaq ABŞ-AFR
münasibətləri tərəflərin maraqları ilə müəyyən edilirdi. Şröder
kimi Merkel də alman silahlı qüvvələrinin İraqa göndəril-
məsinə razılıq vermədi. O, Əfqanısdandakı qoşun kontin-
gentinin sayını artırmağa razı olsa da, onların Əfqanıstanın
daha gərgin rayonlarına göndərilməsinə etiraz etdi. Merkel Al-
maniyanın maraqları çərçivəsində ABŞ-la bağlı alyansı, tran-
satlantika münasibətlərini möhkəmləndirmək fikrinə tərəfdar
olduğunu bildirdi.
AFR əvvəlki kimi Rusiyaya strateji tərəfdaş kimi baxsa
da, Rusiyada insan hüquqları problemini gündəliyindən sil-
məmişdi. Almaniya Rusiyanın bir sıra qayğılarını nəzərə alaraq
məsələyə müstəqil mövqe nümayiş etdirmək istəyirdi. Al-
maniya Ukrayna və Gürcüstanın hələ NATO-ya girmək üçün
hazır olmadığını birdirməklə yanaşı, hər bir dövlətin buna hü-
ququ olduğunu da inkar etmirdi. Almaniya NATO-nun Şərqə
doğru genişlənməsinin Rusiyaya istiqamətlənməsinin əleyhinə
idi. O, silahlar üzərində nəzarəti gücləndirmək tərəfdarı idi.
Tərksilah məsələlərinə dair müqavilələrin istər ABŞ, istərsə də
Rusiyanın birtərəfli qaydada imtina etməsini düzgün hesab
etmirdi AFR həmçinin ABŞ-ın Çexiya və Polşada raketdən
müdafiə qurğularını yerləşdirməsini bəyənmir və bu məsələnin
bütövlükdə NATO-nun səlahiyyətlərinə daxil olduğunu gös-
tərirdi. Almaniya Rusiya ilə elektrikə dair dialoqu dəstəkləsə
də, ondan enerji tabeliyində olmaqdan ehtiyat edirdi. AFR
Rusiyaya qarşı ehtiyatlı siyasət yeridirdi.
Hazırda, Almaniya-Azərbacan əlaqələri yüksələn xətt
üzrə inkişaf edir. Almaniya Azərbaycana texniki və maliyyə
dəstəyi göstərir. Energetika, ekologiya, hərbi-texniki sahədə
əməkdaşlıq davam edir. 2007-ci ilin fevralında Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev Almaniyaya rəsmi
səfər etmiş, kansler Markel və başqa vəzifəli şəxslərlə görüşlər
keçirmişdir.
130
2009-cu ilin sentyabrında keçirilən parlament
seçkilərində XDİ-XSİ bloku qələbə çaldı. Angela Merkel
yenidən kansler oldu. Sosial-demokratlar cəmi 23% səs aldılar.
Almaniya XXI əsrin ilk illərində də dünyanın aparıcı
dövlətlərindən biri kimi öz mövqeyini saxlayır. Tarazlayıcı
xarici siyasət yeridərək dünyanın güc mərkəzlərindən biri olan
Avropa İttifaqında mühüm rol oynayır. Hazırda Almaniya
çalışır ki, BMT Təhlükəsizlik Şurasının üzvü olsun və orada
işlədilən dillərə alman dili də əlavə edilsin. O, buna dünyanın
inkişaf etmiş qabaqcıl dövləti kimi haqqı olduğunu iddia edir.
Almaniya Federativ Respublikasının daxili və xarici
siyasətində Qərb yönümünə yenə də üstünlük verilir.
131
IV. FRANSA
Fransa üçün Ikinci dünya müharibəsinin nəticələri.
Birinci dünya müharibəsində olduğu kimi, İkinci dünya
müharibəsindən də Fransa qalib dövlət kimi çıxdı. Lakin bu
qələbənin nəticələri onun üçün o qədər də ürəkaçan deyildi.
Birinci dünya müharibəsi ilə müqayisədə Fransanın insan itkisi
xeyli az – 600 min nəfər olsa da, ölkə ərazisində dağıntılar
daha çox idi. 1400 min hektar torpaq sahəsi, 2 mlyon 100 min
ev, 253 min kəndli təsərrüfatı, 195 500 sənaye müəssisəsi,
1000 körpü yararsız hala düşdü. Ölkəyə dəyən ümumi zərər 4,8
trilyon frank təşkil edirdi. 1945-ci ildə dövlət büdcəsinin kəsiri
200 milyard frank təşkil edirdi. Müharibə nəticəsində sənaye
istehsalı 1938-ci illə müqayisədə 38%-ə, kənd təsərrüfatı
məhsulları istehsalı isə 50%-ə düşdü. Frankın dəyəri 6 dəfə
azaldı. Fransanın məhsuldar qüvvələrinin 10%-i məhv edildi.
Müharibə Fransanın dünyadakı nüfuzunu xeyli sarsıtdı. Çünki
o ABŞ-dan iqtisadi cəhətdən asılı düşdü və ona borclu olan
dövlətə çevrildi. Fransada işsizlərin sayı 600 mini ötüb keçdi.
Müharibə Fransanın bir müstəmləkəçi dövlət kimi də
zəifləməsinə səbəb oldu. Belə ki, 1943-cü ildə Suriya, 1945-ci
ildə Livan onun mandatından çıxdı, Hind-Çində milli-azadlıq
hərəkatı gücləndi. 1946-cı ildə Vyetnam xalqı öz azadlığı
uğrunda müharibəyə başladı.
İkinci dünya müharibəsinin son dövründə sinfi
qüvvələrin yenidən qruplaşması başlandı. Köhnə siyasi
Dostları ilə paylaş: |