partiyalar və qüvvələrin qruplaşması baş verdi. Sənayenin
milliləşdirilməsi nəinki dayandırıldı, hətta bir sıra hallarda
müəssisələr öz əvvəlki sahiblərinə qaytarıldı. Fövqəladə
vergilər qoyuldu, tariflər yüksəldi. Amnistiya verilməsi
nəticəsində bir çox kollaborasionist azadlığa buraxıldı. Seçki
sistemində edilmiş dəyişikliklər nəticəsində parlamentdəki
proporsional nümayəndəlik majoritar (bu və ya digər mahalda
səslərin 50%-dən çoxunu toplamış partiyanın, yaxud blokun
həmin mahaldan bütün deputat yerini tutması hüququ)
nümayəndəlik ilə əvəz olundu.
50-ci illərin ortalarında Fransada kəskin siyasi böhran
yarandı. Siyasi böhran burjua partiyalarını da bürüdü. 1953-cü
ilin mayında de Qoll öz partiyasını buraxdığını, özünün isə
siyasətdən getdiyini bildirdi. Keçmiş vişist Pujadın başçılıq
etdiyi bir çox xırda burjua dairələri tələb etdi ki, parlament
buraxılsın, demokratiya məhdudlaşdırılsın.
1954-cü ilin sonunda Fransada yeni problemlər meydana
çıxdı. 1954-cü ildə Əlcəzairdə başlanan milli-azadlıq hərəkatı
ilə əlaqədar olaraq ordu və polisdə də gizli faşist qrupları
meydana gəldi. 1955-ci ilin yayında Fransada həmçinin
Əlcəzairlə müharibəni kəsmək hərəkatı da yaranmağa başladı.
Belə bir şəraitdə 1955-ci ilin sonunda seçkiqabağı kampaniya
139
genişləndi. Sosialistlər, radikallar, sosialist-respublikaçılar və
digər mütərəqqi partiyalar birləşib «Respublika cəbhəsi»
adlanan blok yaratdılar. 1956-cı ilin yanvarın 2-də keçirilən
seçkilərdə Kommunist partiyası və «Respublika cəbhəsi»
müvəffəqiyyət qazandılar 1956-cı ilin yanvarın 31-də
sosialistlərin lideri Gi Mollinin başçılığı altında «Respublika
cəbhəsi» hökuməti təşkil edildi. İlk vaxtlarda zəhmətkeşlərin
mənafeyini müdafiə edən bir sıra sosial tədbirlər həyata
keçirildi. Əvəzi ödənilən məzuniyyət iki həftə oldu. ZonaLar-
arası əmək haqqı fərqi qadağan edildi. Qocalara pensiya ver-
mək üçün Milli fond təşkil edildi.
«Respublika cəbhəsi» hökuməti 1956-cı ildə Tunis və
Mərakeşə müstəqillik verdi. Lakin Fransanın Vyetnamla 1946-
1954-cü illərdə apardığı müharibə qurtaran kimi o, Əlcəzairlə
müharibəyə başladı. Bu mühariə 1962-ci ilə qədər davam etdi.
Əlcəzairin 8 milyon əhalisindən 1 milyonu fransız idi. Fransa
Əlcəzairə müstəmləkə kimi deyil, özünün «dənizarxası
departamenti» kimi baxırdı. 1955-ci ildə Böyük Səhrada zəngin
neft yaratqları kəşf edildikdən sonra Fransa üçün Əlcəzairin
dəyəri daha da artdı. Fransa belə hesab edirdi ki, «Əlcəzair
Fransanın olmuşdur və Fransanın da olmalıdır». 1958-ci ildə
Əlcəzairdə vəziyyət xeyli kəskinləşdi. 1956-cı ildə Fransa
Suveyş kanalının milliləşdirilməsi əleyhinə çıxaraq İngiltərə və
İsraillə birlikdə Misirə qarşı müharibəyə başladı. Həmçinin bu
hökumətin dövründə Fransa NATO-nun fəal üzvlərindən biri
kimi hərbi xərclərini xeyli artırdı. Əgər 1951-ci ildə silahlanma
üçün cəmi 875 milyard frank vəsait sərf edirdisə, bu rəqəm
1958-ci ildə 1 trilyon 576 milyard frankı ötüb keçdi.
50-ci illərdə Fransanın həm Avropaya, həm də
müstəmləkələrə münasibətində iki meyl var idi. Bu meyllərdən
biri Avropa ilə əməkdaşlıq, digəri isə Fransanın Avropada
böyük dövlət olduğunu göstərən meyl idi. Birinci meylin
tərəfdarları «Avropapərəstlər», ikinci meylin tərəfdarları isə
«millətçilər» adlanırdılar. Birinci meyl daha üstün idi. Məhz
140
birinci meylin üstünlüyü şəraitində Fransa 1951-ci ildə Avropa
kömür və polad birliyinə, 1957-ci ildə Avropa iqtisadi birliyinə
(AİB) üzv oldu. Almaniya ilə tarixən barışaraq hər ikisi bu
birlikdə rəhbər rol oynamağa başladılar. «Vətənlərimizin
Avropası» prinsipi burada əsas götürülürdü.
Müstəmləkələrə münasibətdə də ölkədə daim bir-birini
əvəz edən iki meyl mövcud idi. Bunlardan birinin tərəfdarları
«ultra müstəmləkəçilər» adlanır və onlar tələb edirdilər ki,
Fransa heç bir müstəmləkəsinə azadlıq verməməlidir. İkinci
meylin tərəfdarları «neomüstəmləkçilər» adlanırdılar. Onlar
göstərirdilər ki, Fransa müstəmləkələrinə azadlıq verməli, lakin
onları iqtisadi yolla öz rəhbərliyi altında saxlamalı, onların
sərvətlərini mənimsəməlidir.
1958-ci ilin aprelində Fransada yenidən siyasi böhran
kəskinləşdi. Sağ qüvvələr bundan demokratiyaya qarşı hücum
üçün istifadə etdilər. 1958-ci ilin may ayının 13-də neofaşist
qrupların təşkil etdiyi «Əlcəzairi milli xilas komitəsi»
tərəfindən Əlcəzairdə qiyam baş verdi. Bu qiyamdan məqsəd
ölkədə hərbi diktatura yaratmaq idi. Ultra müstəmləkəçi
qüvvələr istəyirdilər ki, Əlcəzairin Fransaya inteqrasiyasını
başa çatdırsınlar. Bu qüvvələr öz mənafeləri naminə yaranmış
siyasi böhrandan çıxmağa cəhd edərək 1953-cü ildən
siyasətdən getdiyini elan edən general Şarl de Qolla təklif
etdilər ki, yenidən hakimiyyətə qayıtsın və güclü icraedici
hakimiyyətə malik yeni siyasi rejimi yaratsın. Şarl de Qoll bu
təklifi qəbul etdi. Çünki demokratiya və siyasi sabitlik
tərəfdarları da xilas yolunu Şarl de Qollun hakimiyyətə
qayıtmasında görürdülər. 1958-ci il iyunun 1-də Milli Məclis
əksəriyyət səslə Şarl de Qollu hökumətin sədri təsdiq etdi. Yeni
hökumətin tərikibinə burjua partiyalarının, həmçinin, sağ
sosialistlərin nümayəndələri də daxil oldular. 1958-ci ilin
iyunun 2-də Şarl de Qoll ölkədə fövqəladə vəziyyət elan etdi və
Milli Məclisi buraxdı. Bu hadisə Fransada dördüncü
respublikanın sonu demək idi.
141
Fransa Beşinci respublika dövründə. Şarl de Qollun
prezidentliyi dövründə Fransanın daxili vəziyyəti və xarici
siyasəti (1958-1969-cu illər). Fövqəladə səlahiyyətlər alan Şarl
de Qoll ilk növbədə icraedici hakimiyyəti gücləndirməyi qərara
gəldi. Bu yolda ilk addım yeni konstitusiyanı hazırlamaq idi.
Burada prezidentin hüquqları və səlahiyyətləri
genişləndirilməli idi. Kommunistlər 1958-ci ilin iyunun 17-də
bu xəttə qarşı çıxdılar. Sosialistlərin çoxu isə yeni konstitusiya
layihəsini müdafiə etdilər. Bir hissəsi isə konstitusiya layihəsini
bəyənmədiyi üçün həmin sosialistlərdən ayrıldılar və Muxtar
sosialist partiyasını yaratdılar.
1958-ci ilin sentyabrın 28-də keçirilən referendumda
seçicilərin 79,25%-i (17,7 milyon adam) yeni konstitusiya
layihəsini bəyəndiklərini bildirdilər. Yeni konstitusiyada da
1946-cı il konstitusiyasında əksini tapmış demokratik
azadlıqlar saxlanıldı. Yeni konstitusiyaya əsasən prezident
dövlətin, hökumətin başçısı, silahlı qüvvələrin ali baş
komandanı idi. O parlamentin qəbul etdiyi hər bir qanuna
«veto» qoymaq hüququna malik idi. Prezidentin parlamentin
iştirakı olmadan özü xüsusi dekretlər vermək ixtiyarı var idi.
Prezident parlamentin verdiyi qanunları təsdiq etməli idi.
Prezident parlamenti buraxmaq, yeni seçkilər təyin etmək,
qanunları referendum yolu ilə birbaşa xalqın təsdiqinə vermək
hüquqları da var idi. Dördüncü respublikadan fərqli olaraq
Beşinci respublika prezidentli respublika oldu. Prezident
parlament üzvləri və xüsusi seçkilər kollegiyası tərəifndən 7 il
müddətinə seçilirdi.
Konstitusiya qəbul edildikdən sonra parlament
seçkilərinə hazırlıq başlandı. Şarl de Qollun tərəfdarları 1958-
ci ilin oktyabrın 1-də «Yeni respublikanın müdafiəsi birliyi»
adlı partiya yaratdılar. Bu partiya Fransa maliyyə
oliqarxiyasının mənafeyini müdafiə edirdi. 1958-ci ilin
oktyabrın 7-də hökumətin verdiyi dekret əsasında Fransada iki
turda keçirilən mojaritar seçki sistemi qərarlaşdı. 1958-ci ilin
142
noyabrın 23-ü və 30-da iki turda keçirilən Milli məclisə
seçkilər nəticəsində burjua partiyaları əksəriyyət deputat
mandatı qazandılar. Kommunistlər seçicilərin 18,9%-nin səsini
alsalar da, parlamentdə 10 deputat yeri tutdular. Şarl de Qollun
Dostları ilə paylaş: |