Microsoft Word s?may?kitab?sas doc


partiyası isə səslərin 17,6%-ni yığsa da, parlamentdə 180



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə15/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası isə səslərin 17,6%-ni yığsa da, parlamentdə 180 
deputat yeri tutdu. Beləliklə, Şarl de Qoll parlamentdə öz 
müdafiəsini təşkil etmiş oldu. Baş nazir Şarl de Qollun 
partiyasından olan M.Debre oldu. Hökumətin tərkibinə 
«müstəqillər»in və Xalq respublika hərəkatı partiyasının 
nümayəndələri də daxil oldular. 1958-ci ilin dekabrın 21-də 
Şarl de Qoll respublikanın prezidenti seçildi.
Fransada yeni rejim yaradıldıqdan sonra istehsalın və 
kapitalın mərkəzləşməsi və təmərküzləşməsi gücləndi. 10 iri 
inhisar, demək olar ki, xüsusi mülkiyyətin 40%-nə nəzarət 
edirdi. Lakin bununla belə Fransa istehsalın mərkəzləşməsinə 
görə inkişaf etmiş kapitalist ölkələrindən geri qalırdı. Xırda 
müəssisələrin payı (beş fəhləsi olan müəssisələr də nəzərə 
alınmaqla) bütün sənaye müəssisələrinin 84%-ni təşkil edirdi. 
Dövlət sifarişləri, digər imtiyazların köməyi ilə sənaye 
sahələri sürətlə inkişaf etməyə başladı. Ölkənin sürətlə 
silahlanmasının da bu inkişafa təsiri böyük idi. Büdcə kəsirini 
azaltmaq məqsədi ilə yeni vergilər təyin edildi, sosial təminat 
xərcləri azadıldı. Şarl de Qollun dövründə kənddə də 
modernizasiya xətti götürüldü. Kəndin yüksək texnika ilə 
təchiz edilməsi nəticəsində bir vaxtlar Avropada ən çox saylı 
olan fransız kəndliləri fermerlərə çevrildi. Kəndli kateqoriyası 
aradan qalxdı. Şarl de Qoll «metro xalqı» yaratmağa çalışdığını 
elan etdi. Ölkə tarixində ilk dəfə olaraq şəhər əhalisi kənd 
əhalisini ötüb keçdi. Şarl de Qollun prezident olduğu 10 il 
ərzində hər il kənddən şəhərə 150 min kəndli köçürdü. Kənddə 
fermer təsərrüfatının inkişafı Fransanı Avropanın ən iri ərzaq 
ixracatçısına çevirdi. Dövlət torpaq sahibliyinin minimum 
ölçüsünü müəyyən etdi, xırda və orta kəndli təsərrüfatı yox 


143
olmağa başladı. Yerli özünüidarə orqanlarının hüquqları 
məhdudlaşdırıldı.
60-cı illərdə Fransada elmi-texniki inqilab ən çox 
konveyer istehsalında, avtomatlaşmada, elektron-hesablama 
maşınlarında öz tətbiqini tapdı. İqtisadiyyatın strukturu 
mahiyyətcə dəyişildi. Yeni sənaye sahələri olan atom və raket 
sənayesi yarandı. Neft istehsalı sürətlə artmağa başldı. Kütləvi 
tələbat mallarının istehsalı çoxaldı. Fransada 1958-1968-ci illər 
arasında sənaye məhsulları istehsalı həcminin artım sürəti 60% 
oldu. 25 nəhəng sənaye-maliyyə qrupu bütün kapital qoyulu-
şunun 60%-dən çoxuna nəzarət edirdi. Şarl de Qoll ilk növbədə 
inhisarların mövqeyini möhkəmləndirmək siyasəti yeridirdi. O, 
çalışırdı ki, dünya bazarında Fransa inhisarçıları ABŞ, 
Yaponiya, Almaniya inhisarçıları ilə rəqabət apara bilsinlər. 
Şarl de Qoll Fransanı yenidən böyük dövlət səviyyəsinə qaldıra 
bildi. Fransa sənaye məhsulları istehsalı sürətinə görə 
Avropada İngiltərəni ötüb keçərək ancaq Almaniya və 
İtaliyadan geri qalırdı. Sənayenin inkişaf səviyyəsinə görə isə 
dünyada kapitalist ölkələri içərisində beşinci yeri tutdu. 
Ölkənin maliyyə sistemi sabitləşdi. 1960-cı ildə frank dönərli 
valyutaya çevrildi. Başqa kapitalist ölkələrində olduğu kimi 
Fransada da bu dövrdə istehsal sahələrindən daha çox qeyri-
istehsal sahələri artdı. 
Ölkənin sinfi strukturunda da dəyişiklik baş verdi. Belə 
ki, muzdlu işçilərin sayı ölkədə bütün işləyən əhalinin 70%-ini 
əhatə etdi. On il ərzində muzdlu işçilərin sayı xeyli artdı. 
Onların əmək haqqı isə 60%-dən 70%-ə qalxdı.
Şarl de Qollun prezidentliyi dövründə dövlətin 
iqtisadiyyata müdaxiləsi gücləndi. Bu özünü xüsusilə iqtisadi 
inkişaf planlarının tərtib olunmasında göstərirdi. Lakin bu 
planlar xüsusi firmalar üçün məcburi deyildi. «Gəlirin qabağını 
almaq» siyasəti aparılırdı. Amma bu iş kapitala qoyulan 
vergidən daha çox, əmək haqqının «dondurulması» hesabına 
həyata keçirilirdi. 


144
Elmi-texniki tərəqqi və «Müştərək bazarın» təsiri ilə 
əlaqəli şəkildə dövlətin iqtisadiyyata müdaxiləsi iqtisadi 
inkişafı sürətləndirdi. Fransa özünün sələmçi xarakterini itirdi. 
O müasir sənaye dövlətinə çevrildi. 60-cı illərin ortalarında 
Fransa bütün borclarını ödədi və yenidən kreditor dövlətə 
çevrildi. Fransanın sürətli inkişafı bir çox cəhətdən dövlətin 
məqsədyönlü səyləri ilə bağlı idi. 
1960-cı ildə Fransa 14 Afrika ölkəsinə müstəqillik verdi. 
Sağların təqiblərinə baxmayaraq Əlcəzair məsələsinə obyektiv 
yanaşıldı. 1960-1961-ci illərdə Əlcəzairdə başlamış yeni 
qiyamlar, 1961-ci ildə təşkil edilən terrorçu «Gizli silahlı ordu» 
təşkilatının de Qolla qəsd hazırlaması onu qorxutmadı. Çünki 
o, xalq tərəfindən müdafiə olunurdu. 1962-ci ilin yazında Şarl 
de Qoll Əlcəzairə səfər etdi. Xalqla görüşdükdən sonra ancaq 
bir cümlə ilə fikrini bildirdi: «Mən sizi başa düşdüm». 1962-ci 
ilin martın 18-də Fransanın Evian şəhərində bağlanmış sazişlə 
Əlcəzairə müstəqillik verildi. Həmçinin Fransa Saxarada 
müvəqqəti olaraq hərbi baza saxlamaq hüququ da əldə edirdi. 
Şarl de Qoll xarici siyasətdə Fransanın müstəqilliyini 
qoruyub saxlamaq və müstəqil xarici siyasət yeritmək xəttini 
əsas götürdü. O xarici siyasətdə özünün əsas vəzifəini – 
«ölkəyə uzun illərdən bəri malik olmadığı əzəmətini və 
nüfuzunu qaytarmaq» vəzifəsini elan etdi. Şarl de Qoll 
müstəqil xarici siyasət yeridərək Avropanın sosialist ölkələri və 
SSRİ-ilə münasibətləri yaxşılaşdırdı. De Qoll xarici siyasətdə 
eyni zamanda «bütün istiqamətlərdə müdafiə» doktrinasını əsas 
götürürdü.1966-cı ildə o, SSRİ-yə səfər etdi. Fransa ABŞ-ın 
Vyetnamdakı təcavüzünü, İsrailin Fələstinə qarşı müharibəsini 
pislədi. Şarl de Qoll ABŞ-ın atlantizm siyasətini, yəni NATO-
nun üzvü olan Avropa ölkələrində hərbi bazaların 
yerləşdirilməsi və orada ABŞ hərbçilərinin komandanlıq 
etməsini və xarici işlərdə, müdafiə, silahlı qüvvələr 
məsələsində Fransanın tutduğu yolun ABŞ-ın planlarına tabe 
olmasını heç cür qəbul edə bilmədi. 1963-cü ildə Fransa ilə 


145
AFR arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlandı. 
Lakin, 1964-cü ildə AFR ilə ABŞ arasında hərbi əməkdaşlıq 
haqqında saziş bağlandıqdan sonra Fransa NATO-ya 
münasibətini tamam dəyişdi. ABŞ-ın Avropaya müdaxiləsinin 
gücləndiyini hiss edən Şarl de Qoll NATO-nun bütün 
təşkilatlarında qalmaqla onun hərbi təşkilatlarından çıxdığını 
bildirdi. 1966-cı ildə bu hadisə reallığa çevrildi. NATO-nun 
Parisdə olan baş qərargahı Brüsselə köçürüldü. 
1959-cu ilin yanvarından sosialist partiyası rejimə qarşı 
müxalifətə keçdi. Həmin ilin sentyabrında hökumətdən 
radikallar da getdilər. Xalq respublika hərəkatı partiyasında da 
rejimdən narazılıq yarandı. 1961-ci ilin payızında ölkəni 
yenidən tətillər bürüdü. Hökumət fəhlələrin tələblərini 
ödəməyə məcbur oldu. Dəmiryolçular, şaxtaçılar və digər peşə 
sahiblərinin əmək haqları 12,5% artırıldı. 1963-cü ilin 
sentyabrın 12-də Fransa hökuməti iqtisadiyyatı sabitləşdirmək 
planı ilə çıxış etdi. Həmkarlar ittifaqına təklif olundu ki, əmək 
haqlarının artırılması tələbindən əl çəksinlər. Lakin tətillər yenə 
də davam edirdi. 1965-ci ilin payızında bir sıra demokratik 
təşkilatlar (sosialistlər, radikallar) «Demokratik, sosialist və sol 
qüvvələrin Federasiyası»nda (DSSQF) birləşdilər. Əsas yeri 
sosialist partiyası tutdu. Onun lideri Fransua Mitteran idi.
1962-ci ilin oktyabrın 28-də prezidentin bütün xalq tərəifndən 
seçiməsinə dair referendum keçirildi. Seçicilərin 60%-dən çoxu 
onun lehinə səs verdi. Yeni qanuna görə prezidnti bundan 
sonra xalq seçməli idi. 1965-ci ilin dekabrında Şarl de Qoll 
55% səs topladı və prezident seçildi. O, rəqibi sol qüvvələrin 
namizədi Fransua Mitterana qalib gəldi. 
1966-cı ilin may ayının 17-də Fransada yenidən ümumi 
tətillər başlandı. 1966-cı ilin dekabrında DSSQF ilə FKP saziş 
bağladılar ki, Şarl de Qoll rejiminə qarşı birgə hərəkət etsinlər. 
1966-cı ildə belə bir saziş FÜƏK ilə Fransa demokratik 
zəhmətkeşlər konfederasiyası arasında da bağlandı. De Qolla 
qarşı təkcə sollar deyil, sağlar da çıxmağa başladılar. 1966-cı 


146
ildə «müstəqillər»in bir hissəsi XRH və «Demokratik 
mərkəzlə» birləşib Şarl de Qollun avtoritar metodlarına qarşı 
çıxış etdi. Şarl de Qoll hökumətinin siyasəti ölkədəki müxtəlif 
qruplar arasındakı ziddiyyətləri kəskinləşdirdi. 
60-cı illərin ortalarında Şarl de Qollun yaratdığı avtoritar 
rejim Fransada həm biznesin, həm Fransa həmkarlar 
təşkilatının, həm də gənclərin xoşuna gəlməməyə başladı. 
Fransa biznesi istəyirdi ki, dövlət onun işinə müdaxilə etməsin. 
Fransa həmkarlar təşkilatı istəyirdi ki, onun hüquqları 
genişləndirilsin, gənclər dünyanın ən qabaqcıl ölkəsi olan 
ABŞ-la Fransanın münasibətlərinin normal şəklə salınmasını 
hökumətin qarşısında bir vəzifə kimi qoyurdular. Bu dövrdə 
Fransada tələbələrin sayı 600 minə çatmıqdı. Onların ancaq 
15%-i təqaüd alırdı. Tələbələr təqaüdlərinin artırılmasını, təhsil 
sistemində dəyişiklik edilməsini, ölkədə demokratik ənənələrin 
bərpa edilməsini də tələb edirdilər. Bütün bu hadisələr ilk dəfə 
1968-ci ilin mayın 3-də tələbələrin mitinqində özünü büruzə 
verdi. Mitinqə Fransanın ən qocaman universiteti olan 
Sarbonna universitetinin tələbələri başladı. Mayın 10-11-də 
barrikadalar quruldu. Nəticədə polis işə qarışmalı oldu. Üç 
minə qədər tələbənin bu hadisələr zamanı zərər çəkməsi bütün 
ölkədə böyük həyəcana səbəb oldu. Mayın 13-də 10 milyon 
adamın iştirak etdiyi böyük nümayiş baş verdi. Şarl de Qoll 
AFR-də yerləşən 500 min nəfərlik fransız ordusunu ölkəyə 
gətirmək qərarına gəldi. 
1968-ci ilin mayın 25-də hökumət və həmkarlar ittifaqları 
nümayəndələrinin birgə danışığı başlandı. Hökumət göstərdi ki, 
bir sıra tələbləri (əmək haqqının artırılması, iş həftəsinin 
azadılması, həmkarlar ittifaqlarının azadlığı) yerinə yetirə bilər. 
Hökumətin həmkarlar ittifaqlarına güzəştə getməsi nəticəsində 
təminatlı əmək haqqı 15% yüksəldi. Əmək haqqının təcili 
qaydada ümumi artımı orta hesabla 12%-ə çatdırıldı. 
Məzuniyyətlər üç həftəyədək uzadıldı, sahibkarlar həmkarlar 
ittifaqlarının hüquqları ilə razılaşmağa söz verdilər. 40 saatlıq 


147
iş hətfəsinə keçirildi. Tələbələr üçün təhsil sistemi yaxşılaşdı. 
Lakin saziş fəhlələri qane etmədi və onlar tətili davam 
etdirdilər. Bu şəraitdə burjuaziya fəhlə sinfini parçalamaq 
yolunu tutdu və bütün zəhmətkeşlərin əmək haqqını artırmaq 
kimi manevr etdi. 1968-ci ilin sonunda inflyasiya və 
qiymətlərin artması ilə əlaqədar sahibkarlar əmək haqqını 
azaltmaq istədikdə ölkəni yenidən tətillər bürüdü. 
1969-cu ilin aprelin 24-də Şarl de Qoll ölkədə senatın 
hüquqlarını genişləndirmək, yerli özünüidarə orqanlarının 
hüquqlarını məhdudlaşdırmaqla əlaqədar referendum keçirdi. 
Ölkə əhalisinin 52,4%-i bunun əleyhinə olduğunu bildirdi. Belə 
olduqda Şarl de Qoll səhəri gün istefa verdiyini və prezident 
vəzifəsindən getdiyini bildirdi. 1970-ci ilin sentyabrında o 
vəfat etdi. Şarl de Qoll dünya xalqlarının və fransız xalqının 
yaddaşında səmimi bir vətənpərvər kimi qaldı. 
J.Pompidunun (1969-1974-cü illər) və Valeri Jiskar 
D'Estenin (1974-1981-cü illər) prezidentliyi dövründə 
Fransanın daxili siyasəti. Şarl de Qollun istefasından sonra 
1969-cu ilin iyununda keçirilən prezident seçkilərində «varislik 
və dialoq» proqramını irəli sürən J.Pompidu 57,6% səs 
toplayaraq qələbə çaldı və ölkənin prezidenti seçildi. O, 
hakimiyyətə gəldikdən sonra nüfuzlu qollist qruplarla ittifaq 
saxlamaq məcburiyyətində qaldı. O, «Qollsuz qollizm» şüarını 
irəli sürdü. Baş nazir Şaban-Delmas oldu. Hökumətin tərkibinə 
«müstəqil respublikaçıların nümayəndələrindən V.Jiskar 
D`Esten də daxil edildi. Hökumət «yeni cəmiyyət» proqramını 
irəli sürdü. Bu proqrama görə sinfi mübarizəni sosial barışıq, 
sinfi əməkdaşlıq əvəz etməli idi. Hökumət dövlətin 
iqtisadiyyata müdaxiləsini zəiflətdi. Sosial siyasəti daha da 
fəallaşdırdı. Vətəndaşların təhsili və məlumatlanmasına xüsusi 
diqqət yetirildi. 1968-ci ildə ali təhsillə əlaqədar keçirilən 
islahatlar nəticəsində universitetlərin muxtariyyəti və tələbə 
özünüidarəsi möhkəmləndirildi. Peşə təhsilinin dövlət 
tərəfindən maliyyə bazası gücləndirildi. Sığortanın kate-


148
qoriyaları genişləndirildi. Ailənin müdafiəsi ilə əlaqədar də 
dövlət siyasəti fəallaşdı. 1970-ci ildə inflyasiya səviyyəsinə uy-
ğun olaraq minimum əmək haqqının səviyyəsinin hər il indek-
sasiya edilməsi haqqında qanun verildi. Bölgələrin idarəsinin 
mərkəzləşməsinin zəiflədilməsi ilə əlaqədar inzibati quruluşun 
islahatını həyata keçirmək planlaşdırıldı. Pompidu sənayenin 
sürətli inkişafını bütün sosial problemlərin həlli üçün başlıca 
vasitə hesab edirdi. Prezidentin razılığı ilə ilin sonunda radikal 
maliyyə islahatına başlanıldı. Bu xarici ticarətin canlanmasına 
səbəb oldu. Hökumət sənaye və ərzaq məhsullarının 
qiymətlərinin artımını məhdudlaşdıran bir sıra tədbirlər gördü. 
Sənayenin daha da modernləşdirilməsi layihəsi reallaşmağa 
başladı. Nəticədə sənaye məhsulu istehsalı 1969-1973-cü 
illərdə 5,7%, əsas kapitalın artımı 4,9%, əmək məhsuldarlığı 
5,2% artdı. «İqtisadiyyatın qızışması» əlamətləri görünməyə 
başladı. Lakin bu dövrdə digər Qərb ölkələri kimi Fransada da 
istehsalın sənaye sisteminin quruluşunda böhran təzahürləri 
özünü göstərməyə başldaı. 
J.Pompidu öz siyasi vəziyyətini möhkəmləndirmək üçün 
ilk növbədə qollist hərəkatın radikal təmizlənməsinə başladı. 
Hökumətdə və partiyada qollistlərin gənc nəslinin (onlar «gənc 
canavarlar» adlanırdı) nümayəndələri yerləşdirildi. Bu qrupun 
nümayəndələrinin lideri J.Şirak idi, Pompidu ona öz varisi kimi 
baxırdı. 1972-ci ildə Şaban-Dalmas baş nazir kürsüsündən 
getdi. Onu Pyer Mesmer əvəz etdi. O əslində deqolçu «əməklə 
kapitalın assosiyasıyası» konsepsiyasından imtina etmək istədi. 
Seçicilərin maddi marağını gücləndirməyin vacibliyini hiss 
edən Pompidu «dəqiq iştirak» ideyasını irəli sürdü. Onun 
mahiyyətini işçinin əməyinin nəticəsinə görə qiymətləndirmək 
təşkil edildi. İşçilərin maddi marağını gücləndirməyin 
vacibliyini hiss edən Pompidu 1973-cü ilin yanvarında 
«Fəhlələrin səhmləşdirilməsi haqqında» qanunun verilməsinə 
nail oldu. Dövlət müəssisələri öz işçilərinə səhmlərini satmalı 
idi. 


149
1972-ci il parlament seçkilərindən əvvəl digər siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin